Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1506/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya təyin edilməsi vəzi fəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-674/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci ildə Şəki rayonunda doğulmuş, 1976-cı ildən 1981-ci ilədək ali təhsil almışdır.
2. İddiaçı, xx.xx.1981-ci ildə Bakı Təcrübə Eksperimental Zavoduna usta köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci ildə Alət sexində İİ qrup usta vəzifəsinə keçirilmiş, SSRİ Elektrotexnka Sənayesi Nazirliyinin xx.xx.1984-cü il tarixli 170 saylı əmrinə əsasən ”X1” i/b Bakı Təcrübə Eksperimental Zavodunun adı Bakı Elektrik Termik avadanlıqları zavodu adlandırılmışdır. İddiaçı xx. xx.1985-ci ildə oraya baş usta keçirilmiş, xx.xx.1988-ci ildə orada sex rəisinin səlahiyyətlərini icra edən keçirilmiş, xx.xx.1989-cu ildə Alət sexinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci ildə öz təşəbbüsü ilə işdən azad edilmiş, xx.xx.2001-ci ildə Poladəritmə sexinə şixtə sahəsinə pasaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Poladəritmə sexinə şixtə sahəsində şixtaçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildən Poladəritmə sexinə şixtə sahəsinə briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2“a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü ildə Poladəritmə sexinə şixtə sahəsinə briqadir vəzifəsinə qəbul edilmişdir. xx.xx.2013-cü ildə Poladəritmə sexinə şixtə sahəsində usta vəzifə sinə keçirilmiş, xx.xx.2013-cü ildə Poladəritmə sexinə şixtə sahəsinə fəhlə keçirilmiş, xx.xx.2014-cü ildə Poladəritmə sexinə şixtə sahəsində şixtəçi keçirilmişdir. xx.xx.2017-ci ildən Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsində əvəz edilməsilə əlaqədar şixtə sahəsində şixtəçi vəzifəsi xəlitə yükləyicisi adlandırılır.
3. İddiaçı 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********8 nömrəli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
4. İmtinanın səbəbi kimi iddiaçı tərəfindən təqdim olunan sənədlərdə qeyd olunan xx.xx.2001-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X5” MMC-də şixtə sahəsində işlədiyi posaçı, şixtəçi, fəhlə, usta, briqadir vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri Siyahısı”nda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməməsi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
6. İddia tələbini belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının da 62 yaşı var və 18 ildir ki əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışır.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 57 yaşı tamam olan tarixdən yəni xx.xx.2014-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
8. İddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir.
9. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya hüququnun yarandığını iddia edə bilməsi üçün işlədiyi peşələrin Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahısında öz əksini tapması zəruridir. Lakin, adıçəkilən Siyahıda iddiaçının əmək kitabçasında göstərilmiş peşələr (şixtəçi, şixtə sahəsində briqadir) nəzərdə tutulmayıb. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4312/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olan tarixdən yəni xx.xx.2014-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş əmək kitabçasına görə, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajını və 12 il 06 ay güzəştli iş stajı mövcuddur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4312/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-674/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4312/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2001-ci ildən-hal-hazıradək Poladəritmə sexində isti və zərərli iş şəraitində usta, briqadir, fəhlə, şixtəçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin Metallurgiya İstehsalatı bölməsinin və 3.6 Polad və ferroərintilər istehsalı (a) yarımbəndinə poladərinti və ferroərinti istehsallarında xəlitə təsərrüfatının briqadirləri, 3.2 Polad və ferroərintilər istehsalatı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraiti işlərdə məşğul olan ustalar və böyük ustalar, 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri kimi öz əksini tapmışdır.
15. İş materiallarında məhkəmənin qərarının tərəflərə xx.xx.2020-ci il tarixində göndərilməsi barədə məktub olsa da, tərəflərin həmin qərarı nə vaxt əldə etməsini təsdiq edən sübut yoxdur.
16. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)674/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şik ayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol verib. Belə ki, iddiaçının güzəştli iş stajı olduğunu iddia etdiyi dövr 2001-ci ildən etibarən çalışdığı peşələr üzrə müddəti ehtiva edir. Yəni, mübahisənin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla hər hansı bağlılığı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, həmin Qanunun tətbiqi üçün iddiaçının xx.xx.2017-ci ilədək 57 yaşına çatması, 25 il ümumi, 12,5 il güzəştli iş stajını tamamlaması tələb edilirdi. İddiaçının əmək kitabçasındakı qeydlərdən görünür ki, onun çalışdığı peşələr Nazirlər Kabinetinin məlum 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda öz əksini tapmayıb. Sadəcə olaraq, “X5” MMC-nin xx.xx.2019-cu il tarixli, 03/L saylı araşdırıcı arayışına Poladəritmə sexində şixtə sahəsinin adı sonradan xəlitə yekləmə sahəsi, şixtəçi vəzifəsinin adı isə xəliyə yükləyicisi olaraq dəyişdirildiyi göstərilsə də, bununla bağlı hər hansı rəsmi sənəd təqdim edilməyib. Eyni zamanda, bu sahənin təyinatı və burada çalışan şəxslərin vəzifə öhdəliklərinin eyni, yoxsa fərqli olduğu açıqlanmayıb. Güzəştli peşələrin siyahısında ümumiyyətlə “şixtəçi” deyə bir peşə öz əksini tapmayıb. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
20. İşə baxılmasının va xtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həm in Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin Metallurgiya İstehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı (a) yarımbəndində poladərinti və ferroərinti istehsallarında xəlitə təsərrüfatının briqadirləri, 3.2-ci Polad və ferroərintilər istehsalatı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraiti işlərdə məşğul olan ustalar və böyük ustalar, 3.2-ci Polad və ferroərintilər istehsalatı (a) yarımbəndində xəlitə yükləyiciləri öz əksini tapmışdır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları i lə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya instansiyası məhkəməsinin qərarının tərəflərə rəsmi qaydada təqdim olunması barədə iş materiallarında sübut olmadığından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətlərinin dəlillərinə m ünasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Cavabdeh kassasiya şikayətinin dəlillərində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin hazırkı iş üzrə tətbiq edilməsinin düzgün olmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
31. Belə ki, qərarın 21-ci bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
32. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından da görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər h ərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur.
33. Cavabdeh kassasiya şikayətinin digər dəlilində iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.
34. Belə ki, qərarın 22-ci bəndindən aydın olur ki, mübahisələndirilən dövrdə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən fakti ki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-674/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.