Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1506/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 21(103)-1230/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1981-ci ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. 2. ИT-İ ******* nömrəli 11 fevral 1980-ci il tarixdə açılmış əmək kitabçası"na əsasən, iddiaçı 8 fevral 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat la borant vəzifəsinə qəbul edilmiş, 1 iyun 1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, 1 sentyabr 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, 15 dekabr 1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, 1 fevral 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, 15 mart 1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 3 iyul 1980-ci ildə dayaqtexnoloji quyuların qazılması və bitlərin işlənməsi (stend qazmaya) sektoruna 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, 18 noyabr 1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 7 sentyabr 1981-ci ildə avtomatika tresti Bakı Zavodu Montaj işləri üzrə sahəyə nəzarətçi usta vəzifəsinə qəbul edilmiş, 1 oktyabr 1987-ci ildə yeni tariflərin tətbiqi və vəzifə maaşları ilə əlaqədar olaraq 2-ci dərəcəli iqtisadçı hesab edilmiş, 16 oktyabr 1990-cı ildə tənzimləmə və texniki xidmət vasitələrinin avtomatlaşdırılması və idarəetmə sistemləri Mərkəzinə "xxxx" keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, 17 oktyabr 1990-cı ildə "xxxx" Mərkəzi Mühəndis-tənzimləyici təyin edilmiş və 1 nömrəli sahənin sərəncamına göndərilmiş, 1 yanvar 1992-ci ildə 3 nömrəli sahənin rəis müavini vəzifəsinə keçirilmiş, 1 iyun 1997-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNÇ ÇİB-nin tərkibinə verilmiş, 1 noyabr 1999-cu ildə 10-cu dərəcəli sazlayıcımühəndis vəzifəsinə keçirilmiş, 20 avqust 2001-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir.
3. Azərba ycan Respublikası "xxxx" ASC-nin AO 02/35 nömrəli, 23 iyun 2021-ci il tarixli güzəştli arxiv arayışına əsasən, İddiaçı xx.xx.1990-cı il tarixli 113/5 saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, xx.xx.1992-ci il tarixli, 01/k saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixli, 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu il tarixli 58 saylı əmrlə 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir. xx.xx.2001-ci il tarixli, 24/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıdakı illərdə İddiaçı “Azneft İB”-nin “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖC və A üzrə xidmət işləri yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ məqsədə uyğun hesab edilmişdir. Bu müddətə iş stajı 10 il 10 aydır.
4. Azərbaycan Respublikası "xxxx" ASC-nin AO 02/51 nömrəli, 4 noyabr 2021-ci il tarixli güzəştli arxiv arayışına əsasən İddiaçı xx.xx.1990-cı il tarixli 113/5 saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndi s vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, xx.xx.1992-ci il tarixli, 01/k saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixli, 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu il tarixli, 58 saylı əmrlə 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir. xx.xx.2001-ci il tarixli 24/k – saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıdakı illərdə İddiaçı “Azneft İB”-nin “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖC və A üzrə xidmət işlərini dəniz şəraitində növbəli iş rejimində yerinə yetirmişdir. İddiaçının əmək funksiyası birləşdirilmiş qurğuların və telemexanika qurğularının idarəetmə pultlarına xidmət edilməsindən, avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanmasından, tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanmasından, cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsindən, Kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı işçilər tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzarət edilməsindən, cih azların istismarı üzrə texniki sənədlərin aparılmasından, kompressorların siqnalizasiya-bloklama, o cümlədən ox boyu dəyişmə və vibrasiya elektron sistemlərinə xidmət edilməsindən, texnoloji işə buraxılmasında iştirak edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında kod 110000a-18494 peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məqsədə uyğun hesab edilir. Bu müddətə iş stajı 10 il 10 aydır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh 16 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildir mişdir ki, mərkəzi filiala təqdim edilən "xxxx" ASC-nin 23 iyun 2021-ci il tarixli, AO 02/35 nömrəli iddiaçıya dair güzəştli arxiv arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 9 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000a-18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən 9 dekabr 2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 9 dekabr 1959-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1981-ci ilin avqust ayında həmin universiteti bitirmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək laborant vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunda qazma sektorunda fəhlə işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X3 Bakı zavodunda nəzarətçimühəndis və digər vəzifələrdə işləmiş, xx.xx.1990-cı il tarixdən, köçürülmə yolu ilə “Şelfneftq azavtomatika Mərkəzi”ndə işə qəbul olunmuş, sazlayıcı-mühəndis və sahə rəisinin müavini kimi xx.xx.2001-ci il tarixədək “Şelfneftqazavtomatika ASC”-də işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin, cavabdehin 16 iyul 2021-ci il tarixli, **********8 saylı məktub ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası “Şelfneftqazavtomatika ASC”- nin 4 noyabr 2021-ci il tarixli arxiv arayışından müəyyən olunmuşdur ki, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında kod 110000a-18494 peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məqsədəuyğun hesab edilmişdir.
9. Cavabde h iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(112)-9264/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçının «Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahı sında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini 1 nömrəli Siyahıda ümumiyyətlə göstərilməmişdir. İddiaçının istinad etdiyi «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında 110000a-18494 bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a bölmələrində göstərilən peşələri iddiaçının işlədiyi peşələrə uyğun gəlmir. Beləliklə, iddiaçının xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(103)-1230/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X1 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan yəni hüququnun yarandığı 9 dekabr 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni 23 iyun 2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - iddiaçının 52 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur və o, 1976-cı ildən 1981- ci ilə kimi S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış (4 il 9 ay 11 gün (xx.xx.1976-xx.xx.1981)), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək dayaqtexnoloji quyuların qazılması və bitlərin işlənməsi (stend qazmaya) sektoruna 2-ci dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək avtomatika tresti Bakı Zavodu Montaj işləri üzrə sahəyə nəzarətçi usta, 2-ci dərəcəli iqtisadçı vəzifəsində (9 il 1 ay 9 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Mərkəzi Mühəndis-tənzimləyici, 3 nömrəli sa hənin rəis müavini və 10-cu dərəcəli sazlayıcımühəndis vəzifəsində işləmişdir (10 il 10 ay 3 gün). Beləliklə, iddiaçının təhsil müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 23 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 10 il, 10 ay güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-110000a-18494) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığ ı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyası İ. Hər kəsin sosial təminat hüququ v ardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvaf iq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişil ər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərl i və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində Kod 1100000a—18494
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
23. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən fakt iki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəm əsinin araşdırmaları yetərli hesab olunur.
29. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 19-21-ci bəndlərində istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsini n hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Azərbaycan Respublikası "xxxx" ASC-nin AO 02/51 nömrəli, 4 noyabr 2021-ci il tarixli güzəştli arxiv arayışdan göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixədək 1 0 il, 10 ay 4 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-110000a18494) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
31. Beləliklə, hazırkı qərarın 23.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin etmişdir.
32. Yuxarıda gös tərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 21(103)-1230/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.