Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1506/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə si” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-944/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir.
2. İT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək çəkməci, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək operator xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək çəkməci xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək gözət çi xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək fəhlə (01 il 04 ay 02 gün) xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək fəhlə xx.xx.2000-ci il tarixdən yol montyoru, xx.xx.2008-ci il tarixdən yol fəhləsi,xx.xx.2014-cü il tarixdən hal-hazıradək yol montyoru işləyir.
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 22 aprel 2022-ci il tarixli məktubu ilə iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması səbəbi ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 2000-ci il tarixdən Azərbaycan Respublikası Bakı X1 Cəmiyyətində yeraltı qurğularda fəhlə vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində ağır xəstəliyə tutulmuş və 17 ay əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Cavabdeh qanunsuz olaraq onun 28 iyun 2000-ci il tarixdən işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8928/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, "xxxx" QSC məhkəmə ünvanladığı məktubla iddiaçının güzəştli iş stajının xx.xx.2022-ci il tarixə 21 il 11 ay 17 gün təşkil etdiyi bildirərkən, iddiaçının "xxxx" QSC-də işlədiyi dövrün gecə növbəsini əhatə etdiyini qəbul etmiş, işlədiyi vəzifənin isə 24% zərərli əmək şəraiti təşkil etdiyini göstərmişdir. Belə olduğu hal da məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək, iddiaçının xx.xx.2022-ci il tarixədək güzəştli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən etmişdir (xx.xx.2000-xx.xx.2022=21 il 08 ay 10 gün).
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-944/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasını tətbiq etməkdə haqlı olsa da, pensiyanın təyin edilmə tarixi ilə bağlı yanlışlığa yol vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun Keçid müddəaları adlanan 2.1-ci maddəsində qeyd edilir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanunu xx.xx.2022-ci il tarixdə “Azərbaycan” qəzetində rəsmi dərc edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Belə olan halda iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamamlansa da, ona pensiyanın təyin edilmə tarixi məhz yuxarıda sözügedən Qanunun qüvvəyə mindiyi (rəsmi dərc ed ildiyi) xx.xx.2022-ci ildən qeyd edilməlidir..
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia dair etiraz ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-944/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.20 22-ci il tarixdən etibarən qüvvədə olan redaksiyaya əsasən: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mad də
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya sı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiy a instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdak ıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu, yəni hüququnun yarandığı 07 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
27. Kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi yol fəhləsi və yol montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Nəqliyyat bölməsinin Metropolitenlər bəndinin yalnız gecə vaxtlarda tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndinə aid deyil.
28. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halla rına görə iddiaçının iş növbəsinin 50%- dan çox hissəsinin gecə növbəsi təşkil etmiş, lakin iddiaçının həmin dövrlərdə icra etdiyi əmək funksiyaları yol montyoru və yol fəhləsi vəzifəsinə aid olunmuşdur ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Baxmayaraq ki, həmin vəzifələr Siyahıda nəzərdə tutulmasa da, həmin vəzifənin ən yüksək zərərlilik faizə, yəni 24 % faizə uyğun olması müəyyən olunmuşdur. "xxxx" QSC-nin sorğuya cavab məktubunda xüsusi olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı qeyd olunan peşə və vəzifələrin zərərlilik faizi 16, 20, 24 %, metropolitendə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə qiymətləndirilən peşələrin ən yüksək zərərlilik faizinin 24 % təşkil etdiyi göstərilmişdir.
29. Belə olan halda, iddiaçının işlədiyi vəzifələr Siyahıda nəzərdə tutulmasa da, həmin vəzifənin zərərlik faizi az olan 24 %-dən aşağı olan vəzifələrin Siyahıda nəzərdə tutulması və bunun əsasında digər vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə e tməsi “bərabərlik prinsipi” baxımından iddiaçının hüquqlarının pozulmasına səbəb olur.
30. Bununla bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yuxarıda göstərilən Siyahının Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən zərərlilik faizi 24 %-dən aşağı olan hər hansı bir vəzifə və ya peşə üzrə işləyən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranarsa, bu zaman Siyahıda nəzərdə tutulmayan, lakin zərərlik faizi ən yüksək olan, yəni 24 % olan vəzifədə işləyən iddiaçıya münasibətdə də ədalətlilik prinsipi ilə yanaşılmalı və onun ağır şəraitdə işləməsi nəzərə alınmalıdır.
31. Həmçinin apellyasiya məhkəməsi iddiaçıya pensiyanın təyin edilməsi tarixinin onun 60 yaşı tamam olan xx.xx.2022-ci il tarixindən deyil, xx.xx.2022-ci i l tarixdən qeyd etməklə də haqlı olmuşdur.
32. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun Keçid müddəaları adlanan 2.1-ci maddəsində qeyd edilir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanunu xx.xx.2022-ci il tarixdə “Azərbaycan” qəzetində rəsmi dərc edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Odur ki, iddiaçıya hüququ nun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 21(103)-944/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.