Məhkəmə qərarları › İş №2-1(102)-1507/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1507/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1507/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), 14.05.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçıların nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs X5 qarşı mənzilə qeydiyyatdan çıxarılmanın qanunsuz hesab edilməsi və qeydiyyatın bərpa edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasını n 29. yanvar 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarə tərəfindən iddiaçıların qeydiyyatdan çıxarılmağının qanunsuz hərəkət sayılması və həmin mənzilə pasport qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-1978/2018) cavabdeh İdarə tərəfindən iddiaçıların ünvan 1 ünvanından pasport qeydiyy atından çıxarılması ilə bağlə hərəkətlərinin qanunsuz sayılması və iddiaçıların ünvan 1 ünvanından pasport qeydiyyatının bərpa edilməsi öhdəliynin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.01.2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər İ.Əhmədov və İ.Şirinov; iş № 21(103)-26/2019) üçüncü şəxs X4 apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərarın qəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçılar kassasiya şikayəti verərək, qərarı ləğv edərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiy a şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması, işin faktiki hallarının düzgün araşdırılmaması ilə qəbul olunmuşdur. Bu səbəbdən məhkəmə qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçıların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.01.2019-cu tarixli qərarını ləğv edərək, iddianın edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçıların nümayəndəsi N.Məmmədova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin və üçüncü şəxs E.Alışovun nümayənjələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olu nmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin məlumatlarına dair çıxarışlara görə, İddiaçı2 xx.xx.1987-ci il tarixdə Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur, yaşayış yeri Şərur rayonunun Şəhriyar kəndidir; AZE 145 20965 nömrəli şəxsiyyət vəsiqəsi 04.11.2013-cü il tarixdə Şrur RPŞ tərəfindən verilmişdir; İddiaçı1 xx.xx.1989-cu il tarixdə Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur, yaşayış yeri Şərur rayonunun Şəhriyar kəndidir, AZE *** ***** nömrəli şəxsiyyət vəsiqəsi 09.07.2015-ci il tarixdə Şərur RPŞ tərəfindən verilmişdir. Cavabdeh İdarənin İddiaçı2 ünvanladığı 10.03.2017-ci il tarixli 9/10-078-69762 nömrəli məktubuna müvafiq olaraq, iddiaçının ünvan 3 ünvana qeydiyyata alınmağı ilə bağlı müvafiq sənədləri təqdim etmək məqsədilə Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə gəlməyi məqsədəmüvafiqdir. Cavabdeh İdarənin 1-ci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq ünvanladığı 01.05.2018 və 29.05.2018-ci il tarixli məktublara əsasən, iddiaçılar barədə Nərimanov RPİ-nin Q və ŞVŞ-nin kartotekasında heç bir məlumat yoxdur. Surəti 115 saylı MKİS-in möhürü ilə təsdiq olunmuş Forma B arayışında əks olunan məlumatlara əsasən, iddiaçılar, F.X.Xoyski küçəsi 140 a, mənzil 90 ünvana 108.08.1994-cü il tar ixdə qeydiyyata düşmüş, 21.01.2008-ci il tarixdə qeydiyyatdan çıxmışlar. Şərur rayonu Şəhriyar kənd İƏD üzrə nümayəndə A.Mustafayev tərəfindən Şəhriyar kənd sakinlərinə - iddiaçılar İddiaçı2 və İddiaçı1 verilmiş, surətləri 115 saylı MKİSin möhürü ilə təsdiq olunmuş 21.01.2008-ci il tarixli 09 və 10 nömrəli arayışlara uyğun olaraq, həmin şəxslər həqiqətən Şəhriyar kəndində qeydiyyatda dururlar. İşin materiallarında olan, Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda 05.04.2008-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə görə satıcı X3 (iddiaçıların anası və hazırki işdə onların nümayəndəsidir) Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospekti 140 a nömrəli evin, 90 nömrəli mənzilini alıcı X5 (hazırki iş üzrə 3-cü şəxsdir) 12.480 manata satmışdır. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 20.09.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli qətnaməsi ləğv edilməklə, İddiaçı1 cavabdehlər X5 və X2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin mülk işdə iddiaçı qismində çıxış etmiş İddiaçı1 (hazırki işdə iddiaçılarıdan biridir) apellyasiya şikayətinin əsaslarına görə, anası X3 onun xəbəri və iştirakı olmadan mənzildən qeydiyyatdan çıxarmış və mənzili satmışdır. İşə 3-cü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının digər mülki iş üzrə 12.09.2014-cü il tarixli qətnaməsilə isə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.10.2014-cü i l tarixli qətnaməsi ləğv edilməklə, iddiaçı X1 (hazırki iş üzrə iddiaçıların nümayəndəsidir) cavabdehlər X5, DƏDRX Bakı ŞƏİ-yə və Bakı şəhəri 9 saylı dövlət notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X5 verilmiş çıxarışın ləğv edilməsi və sair tələblərə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-575/2015 nömrəli iş üzrə 26.02.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İdarənin 1-ci instansiya məhkəməsinə ünvanladığı 14.11.2018-ci il tarixli 078-32760 nömrəli məktubuna əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nərimanov rayonu X8 prospekti 140 a, mənzil 90 ünvanda heç vaxt pasport qeydiyyatında olmadıqları üçün onların həmin ünvana qeydiyyatının bərpa edilməsi mümkün deyil. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçılar mənzilə qeydiyyata alınmaları üçün qanunla tələb olunan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini nə cavabdeh inzibati orqana və nə də, məhkəməyə təqdim etməmişlər, onların belə bir sənədə malik olmaları faktı iddia ərizəsində də qeyd olunmamışdır. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Republikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayı ş yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməl idir: 1) şəxsiyyət vəsiqəsini; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, habelə order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini. İddiaçıların mübahisəli mənzildə nə vaxtsa qeydiyyatda olmaları da mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə müvafiq olaraq, həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü his səsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının 08.12.1999-cu il tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a)mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b)icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v)yaşayış sahəsinə köçmək üçü n əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q)vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 30.12.1999-cu il tarixli 244 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq, həmin Əsasnamənin 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında, 4-cü, 5-ci və 6-cı maddələrində, 9-cu maddəsinin birinci abzasında, 11-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 12-ci maddəsinin birinci abzasında, 13-cü, 14-cü, 16-cı maddələrində, eləcə də həmin Əsasnaməyə 3 və 4 və 6 saylı Əlavələrdə nəzər də tutulmuş “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, qanunvericilik birmənalı qaydada təsbit etmişdir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Daxili İşlər Nazirliyi (onun struktur qurumları) tərəfindən həyata keçirilir. Odur ki, iddiaçıların, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasında heç bir səlahiyyəti olmayan MKİS-in arayış və digər sənədlərinə istinadı əsaslı sayılmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 2008-ci ildən Şə rur rayonunda qeydiyyatda olan, hətta 2013 və 2015-ci illərdə bu barədə şəxsiyyət vəsiqələri alan iddiaçıların müvafiq olaraq 10, 3 və 5 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmələri də tənqidi münasibət formalaşdırır. Bundan əlavə, iddia tələbini ərizədə faktiki cəhətdən “...qeydiyyatdan çıxarılmaları Bakı şəhəri Nərimanov rayonu 115 saylı MKİS yerinə yetirib. Nə vaxtdan vətəndaşın qeydiyyata düşüb çıxarılması polis orqanlarının yox, MKİS-in səlahiyyətlərinə verilib?” məzmunda hallarla əsaslandıran iddiaçıların həmin quruma deyil də, hazırkı cavabdeh İdarəyə qarşı iddia qaldırmaları da eyni qaydada qiymətləndirilir. Digər tərəgdən, nə iddia ərizəsində, nə də iddiaçıların təqdim etdiyi başqa işin materiallarında cavabdeh İdarənin məhz, hansı hərəkətinin qan unsuz olduğu, iddiaçıların cavabdeh İdarədə də olan (qeydə alınan) hansı qeydiyyatının, nə vaxt ləğv edildiyi dəqiqləşdirilmir (əsaslandırılmır), daha çox iddiaçıların anasının üçüncü şəxslə bağladığı alqı-satqı müqaviləsinin etibarsızlığı və 115 saylı MKİS-in hərəkətlərindən bəhs olunaraq, cavabdeh İdarədən onların həmin mübahisəli mənzilə qeydiyyata alması tələb olunur. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdeh inzibati orqanın iddiaçıları qeydiyyata almaqdan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdeh inzibati orqanın imtinası inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Ona görə də, iddiaçıların iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçıların kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıları cavabdeh İdarədən reallıqda başqa şəxsin mülkiyyətində olan mənzilə, bu şəxsin razılığı olmadan qeydiyyata alınmağı tələb edirlər ki, bu nə Qanun tələbi baxımından, nə də ki, cavabdeh İdarənin qanunla müəyyən edilmiş səlahiyyətləri baxamandan mümkün deyil. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 29.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar