Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1507/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi hissənin tərkibində zabit kimi hərbi xidmət keçməsinin döyüş tapşırığının yerinə yetirilməsi kimi hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbayca n Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının 3 aprel 2006-cı il tarixdən 30 iyun 2012-ci il tarixədək N saylı hərbi hissənin tərkibində zabit kimi hərbi xidmət keçməsinin döyüş tapşırığının yerinə yetirilməsi kimi hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-395/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N saylı hərbi hissə komandirinin iddiaçıya ünvanladığı 29 iyul 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 3 aprel 2006-cı il tarixdən 30 iyun 2012-ci il tarixədək N saylı hərbi hissədə xidmə t etmişdir. Hərbi hissə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında olan dövlət sərhədində yerləşir, iddiaçı müvafiq döyüş tapşırığını yerinə yetirir və 16 avqust 2008-si ildə döyüş postlarını yoxlayarkən yıxılmışdır
2. N saylı hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli arayışına əsasən hərbi hissənin hərbi qulluqçusu – iddiaçı 16 avqust 2008-ci il tarixdə xidmət etdiyi taborda gecə döyüş postlarını yoxlayarkən yıxılmış və “Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” xəsarətini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 3 iyun 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3 aprel 2006-cı il tarixdən 30 iyun 2012-ci il tarixədək N saylı hərbi hissənin tər kibində zabit kimi hərbi xidmət keçməsinin döyüş tapşırığının yerinə yetirilməsi kimi hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1979-cu il tarixdə Laçın rayonunun Pircahan kəndində doğulmuşdur. 1993-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 1996-cı ildə həmin Liseyi bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş, dövlət imtahan komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisası verilmişdir. Məktəbi bitirdikdən sonra ona “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün 47N saylı xüsusi təyinatlı hərbi hissəyə göndərilmişdir. N iyul 2000-ci il tarixdən 4 dekabr 2002-ci il tarixədək 47N saylı hərbi hissədə xüsusi təyinatlı taqım komandiri, 4 dekabr 2012-ci il tarixdən 1 may 2004-cü il tarixədək 47N saylı hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, 1 may 2004-cü il tarixdən 13 dekabr 2004-cü il tarixədək N saylı hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, 13 dekabr 2004-cü il tarixdən 3 aprel 2006-cı il tarixədək N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 3 aprel 2006-cı il tarixdən 3 fevral 2007-ci il tarixədək N saylı hərbi hissədə 4-cü motoatıcı tabor komandirinin MTT üzrə müavini, 3 fevral 2007-ci il tarixdən 3 mart 2007-ci il tarixədək həmin hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah rəisinin MTT üzrə köməkçisi, 3 mart 2007-ci il tarixdən 19 sentyabr 2008-ci il tarixədək 1-ci motoatıcı tabor komandirinin müavini, 19 sentyabr 2008-ci il tarixdən 30 iyun 2012-ci il tarixədək N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun qərargah rəisi – tabor komandirinin müavini, 30 iyun 2012-ci il tarixdən 20 may 2013-cü il tarixədək N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun qərargah rəisi – tabor komandirinin müavini vəzifəsində xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir. Ona N iyul 2000-ci il tarixdə “leytenant”, N iyul 2002-ci il tarixdə “baş leytenant”, 26 dekabr 2005-ci il tarixdə “mayor” hərbi rütbələri verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidm ətin 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrum, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. 2013-cü ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli 822 nömrəli qərarına əsasən o, 16 avqust 2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almışdır. Bunun nəticəsində ona “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqnozu təyin edilmişdir. O, 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. İddia tələbi ondan ibarətdir ki, 3 aprel 2006-cı il tarixdən 30 iyun 2012ci il tarixədək N saylı hərbi hissənin cəbhədə döyüş tapşırığını yerinə yetirən taborunun tərkibində zabit kimi xidmət keçməsi və 16 avqust 2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən müdafiə rayonunda travma alması döyüş tapşırığını yerinə yetirərkən alınmışdır kimi hesab edilməlidir. Bu barədə o, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 9 aprel 2019-cu il tarixdə müraciət etmişdir. Lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7 və 10-cu maddələrinin tələblərini pozaraq onun müraciətinə cavab verməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hərbi hissə komandirinin 30 avqust 2013-cü il və 7 oktyabr 2018-ci il tarixli arayışlarına əsasən o, 3 aprel 2006-cı il tarixdən 30 may 2012ci il tarixədək N saylı hərbi hissənin düşmə nlə təmas şəraitində olan bölmələrində (ön xətdə yerləşən, döyüş tapşırığını yerinə yetirən və müdafiənin dayanıqlığını təmin edən) tabor komandirinin müavini – qərargah rəisi vəzifəsində xidmət etmişdir. Onun xidmət etdiyi hərbi hissə düşmənlə təmas xəttində yerləşirdi və onun komandir müavini – qərargah rəisi olduğu taborun əsas tapşırığı düşmənin hücumunun qarşısını almaq, düşmənə itki yetirərək ehtiyat qüvvələrin əks həmləyə keçməsinə şərait yaratmaq idi. Ön xətdə yerləşən hərbi birləşmələrdə xidmət bütün sutka ərzində, istirahət günləri olmadan, yalnız müəyyən olunmuş müddət ərzində rəsmiləşdirilən məzuniyyət günləri istisna olmaqla fasiləsiz aparılır. Bütün hallarda öz xətdə yerləşən hərbi hissələrin əsas vəzifələri və tapşırıqları dövlətin ərazisini düşmənin hücumunun qarşısını alma qla müstəqilliyini və suverenliyini qorumaqdan ibarətdir. Xəstəlik haqqında 822 nömrəli 13 avqust 2015-ci il tarixli qərarda təsbit olunduğu kimi o, 16 avqust 2008-ci il tarixdə taborun ərazisində bilavasitə xidməti vəzifələrini yerinə yetirərkən travma almışdır, 2-ci eşelona dislokasiya olunmuş ehtiyat hərbi hissənin taborunun deyil, ön xətdə, bilavasitə düşmənlə təmasda olan 1-ci eşelon taborun müdafiə rayonunda xəsarət almışdır. “Quru qoşunları döyüş nizamnaməsi”nin 3 – 6-cı bəndində qeyd edilir ki, müdafiədə 1-ci eşelon taboru – düşmənin həmləyə keçməsi üçün açılması və həmləsi zamanı ona zərər vurulması; onun hücumlarının dəf edilməsi və tutduğu rayonun saxlanılması; düşmənin müdafiəni dərinliyə yarmasının qarşısının alınması; tutduqları mövqelərdə və hədlərdə bölmələrin fəaliyyətləri ilə soxulmuş düşmənin darmadağın edilməsi üçün təyin edilir. O, müdafiəni birinci müdafiə mövqeyində hazırlayır və tutur. Həmin Nizamnamənin 2.3-cü bəndinə qeyd edilir ki, taborun idarəetməsi komandirin qərarı əsasında təşkil edilir. Tabor komandiri qəbul edilmiş qərarlara, tabelikdəki bölmələrin düzgün tətbiqinə və onlar tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilmələrinə görə şəxsən məsuliyyət daşıyır. O, böyük rəisləri tərəfindən müəyyən edilmiş müddətdə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsini təşkil etməyə, tabeliyində olan bölmələrin taktiki fəaliyyətlərin bilavasitə hazırlanmasına rəhbərlik etməyə, habelə, davamlı və qətiyyətlə onları idarə etməyə, qəbul olunmuş qərarın müəyyən olunmuş müddətdə yerinə yetirilməsinə nail olmağa borcludur. Əlavə olaraq qeyd edilir k i, “Azərbaycan dilinin izahlı lüğəti”nin 1-ci cildindən göründüyü kimi, “cəbhə” sözü düşmənlə üz-üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt kimi izah edilmişdir. Hazırda Azərbaycan Respublikasının Ermənistanla müharibə şəraitində olmasını nəzərə aldıqda onun (iddiaçının) xidmət etmiş olduğu N saylı hərbi hissənin taboru cəbhədə yerləşir. Belə olan halda, o, travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə döyüş tapşırığını yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinə əsasən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbayc an Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə sərhədi mühafizə edərkən alması. İddianın maddi hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə, İPM-in 33-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin və “Quru qoşunları döyüş nizamnaməsi”nin müddəalarına istinad edilmişdir.
5. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi qulluqçu kimi özü ilə inzibati orqan arasında 7 il bundan əvvəl mövcud olmuş xidməti hüquq münasibə tləri ilə bağlı məhkəmədə iddia qaldırmış, bununla da inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddia müddətini üzrlü səbəblər olmadan buraxmışdır. Tabeliyində olan hərbi hissənin harada, hansı şəraitdə yerləşdiyini, hansı vəzifələri yerinə yetirdiyini, hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hüquqlarını və vəzifələrini Müdafiə Nazirliyi bilir. N saylı hərbi hissənin bölmələri iddiaçının xidmət etdiyi dövrdə təhlükəsizliyin təmin edilməsi və s. üzrə döyüş növbəsi çəkmişdir. İddiaçı həmin hərbi hissədə xidmət keçən digər zabitlər kimi qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə etmişdir. İddiaçının əsas məqsədi 16 avqust 2008-ci il tarixdə aldığı “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi”nin hərbi həkim komissiyası tərəfindən “Hərbi travm adır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınmasına və belə qərarın verilməsinə nail olmaqdır. Onun həmin iddiası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının hazırkı iddiası üzrə hər hansı inzibati akt qəbul edilə və ya belə aktın müəyyən etmə və ya tanınma haqqında iddia kimi də baxmaq olmaz. Çünki, belə iddia üzrə qəbul olunmuş məhkəmə qərarı ancaq hüquq münasibətlərinin müəyyən olunması ilə məhdudlaşır. Cavabdeh isə belə hüquq münasibətlərinin mövcud olmasını, yəni iddiaçının konkret hərbi hissədə xidmət etməsini inkar etmir. Tələb daha çox hüquqi faktın müəyyən edilməsi iddiasına bənzəyir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-2410/2019 saylı iş) 22 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək “iddiaçının müvafiq dövrdəki xidmətinin döyüş tapşırığının yerinə yetirilməsi kimi hesab olunması” tələbinə dair iddiası rədd edilmişdir..
7. Birinci instansiya məhkəməsi hesab etmişdi r ki, bir tərəfdən həm hazırda qüvvədə olan, həm də iddiaçının xidmət etdiyi müvafiq illərdə qüvvədə olmuş qanunvericiliyin müddəaları hərbi xidmətin ayrıca növü kimi “döyüş tapşırığını yerinə yetirmə” müəyyən etməmişdir. Digər tərəfdən də iddiaçı bununla bağlı müvafiq sübutları müvafiq inzibati icraat və inzibati məhkəmə icraatında təqdim etməklə, arzuladığı inzibati aktın qəbulunu və ya inzibati aktın qəbulu ilə əlaqədar olmayan hərəkətin olunmasını tələb edə və ya istəyə bilər. Bundan başqa iddiaçının dəlili yəni “müvafiq hərbi hissənin döyüş tapşırığını yerinə yetirən qurum olması”, onun xidmətinin də “döyüş tapşırığının yerinə yetirilməsi kimi” qiymətləndirilməsinə yeganə əsas kimi çıxış edə bilməz.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia nın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X6, 2-1(103)-395/2020 saylı iş) 20 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddiası prosessual hüquqi cəhətdən mümkünsüz sayılmalıdır. Əgər iddiaçı 16.08.2008ci il tarixdə aldığı qapalı kəllə-beyin travmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsini istəyirsə, onun bu tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haq qında işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması barədə aidiyyət qaydası MPM-lə müəyyən edildiyindən, hüquqi əhəmiyyəti olan fakt inzibati məhkəmə tərəfindən müəyyən edilə bilməz. Başqa sözlə, inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sairlə bağlı yaranan münasibətlərdən irəli gələn mübahisələrdir.
11. İddiaçı həmin qərardaddan 18 may 2020-ci tarixdə kasasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının xidmət etdiyi hərbi hissənin komandirinin 30.08.2013-cü il və 07.10.2018-ci il tarixli arayışlarına əsasən 03.04.2006-cı il tarixdən 30.05.2012-ci il tarixədək N nömrəli hərbi hissənin düşmənlə təmas şəraitində olan bölmələrdə (ön xətdə yerləşən, döyüş tapşırığını yerinə yetirən və müdafiənin dayanıqlılığını təmin edən) tabor komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etmişdir. Xəstəlik haqqında 822 nömrəli 13.08.2015-ci il tarixli qərarda təsbit olunduğu kimi, 16.08.2008ci il tarixdə taborun ərazisində bilavasitə xidməti vəzifələrini yerinə yetirərkən travma almış, 2-ci eşelona dislokasiya olunm uş ehtiyat hərbi hissənin taborunun deyil, ön xətdə, bilavasitə düşmənlə təmasda olan 1-ci eşelon taborun müdafiə rayonunda xəsarət almışdır. Hazırda xidmət etmiş olduğu N nömrəli hərbi hissənin taboru Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ordu hissələrinin yerləşdiyi xətdə, yəni cəbhədə yerləşir. Belə olan halda travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə döyüş tapşırığını yerinə yetirərkən almışdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin a) bəndinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa.
14. Hərbi xidmətinin 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzən, Quşçuayrum, Cəfərli, Qızılhacılı kəndlərinin ərazisində keçirmiş, 2013-cü ilin may ayında silahlı qüvvələrdən ehtiyata buraxılmışdır.
15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli 822 nömrəli qərarında göstərilir ki, 16 avqust 2008-ci il tarixdə iddiaçı xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almışdır. Bunun nəticəsində ona “Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Ancaq aldığı xəsarət “döyüş tapşırığını yerinə yetirərkən alınmış xəsarət” kimi qəbul edilmir. Halbuki, həmin dövrdə xidmət etdiyi N saylı hərbi hissənin düşmənlə üzbəüz təmas şəraitində olan bölmələrində olması və aldığı xəsarət rəsmi arayışlarla təsdiq olunur.
16. İddiaçı iddia tələbinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı olması barədə məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sən ədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. (MPM-nin 308-ci maddəsi) İddiaçının qaldırdığı mübahisə ilə bağlı isə hüquqi əhəmiyyəti olan faktlar səlahiyyətli dövlət orqanlarının rəsmi sənədləri ilə təsdiq edilir. Xidmət etdiyi hərbi hissənin döyüş şəraitində olması mübahisə doğurmayan haldır. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli 822 nömrəli qərarında göstərilir ki, 16 avqust 2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almışdır. Bunun nəticəsində ona “Qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq y aradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə və təndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir.
21. Əsasnamənin 1.3-cü bəndinə görə hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır.
22. Əsasnamənin 1.4-cü bəndinə əsasən, hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: (-) hərbi qulluqçuların; (-).
23. Əsasnamənin 1.5-ci bəndinə gö rə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.
24. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir.
25. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri h ərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin.
26. Əsasnamənin 1.7-ci bəndinə əsasən, hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
27. Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunların və orqanların uçuş heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan uçuş heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi qulluqç u hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və bu hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşlar tabeliyində aviasiya bölmələri olan orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilən «Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq həkim-uçuş komissiyalarında şəhadətləndirilirlər.
28. Əsasnamənin 1.9-cü bəndinə əsasən, vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər.
29. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş ko missiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.
30. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir.
31. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbihəkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür.
32. Əsasnamənin 7.2-ci bənd inə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, mü stəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmı şsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi z amanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).
33. İnzibati Prosessual Məc əllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, hə mçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
35. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
38. İddiaçının əsas dəlili ondan ibarətdir ki, ön xətdə xidmət edərkən xəsarət almışdır. Xidmət etmiş olduğu hərbi hissənin taboru Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ordu hissələrinin yerləşdiyi xətdə, yəni cəbhədə yerləşir. Odur ki, travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə döyüş tapşırığını yerinə yetirərkən almışdır. Əsasnamənin 7.2-ci maddəsini a) bəndinə görə onun xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi qeyd edilməli idi.
39. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə görə hərbi qulluqçuların şəhadətləndirilməsi hərbi-həkim komissiyaları tərəfindən həyata keçirilir. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını da həmin komissiya verir. Bu qərarın verilməsi üçün Əsasnamənin 7.2-ci bəndində olan tələblərin olması zəruridir. Əsasnamənin tələbinə görə vətəndaş hərbi-həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyas ına və ya məhkəməyə şikayət verə bilər.
40. İşdə hərbi-həkim komissiyasının qərarı olmasa da, iddiaçı iddiasında komissiya tərəfindən 13 avqust 2015-ci ildə belə qərar verildiyi, qərarda travmanın hərbi xidmət vəzifələrini yerinə yetirməsi zamanı alması qeyd edilmişdir. İddiaçı qərardan narazı olduğu halda, yuxarı orqana, yaxud məhkəməyə müraciət etmək hüququ olmuşdur.
41. İddiaçı xidmət etdiyi hərbi hissənin tərkibində hərbi xidmət keçməsini cəbhədə döyüş tapşırığının yerinə yetirilməsi kimi hesab edilməsi tələbi ilə iddia ilə, əslində hüquqi marağı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması ilə bağlıdır. Bu da yuxarıda qeyd edildiyi kimi, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə görə hərbi-həkim komissiyalarının səlahiyyətlərinə aid olan məsələdir. Beləliklə, işin hazırkı halında iddiaçının hüquqi marağı mövcud olmadığından iddiaçının şikayətinin və şikayətdə qeyd edilən məzmunda iddiasının təmin olunması üçün əsaslar yoxdur.
42. İPM-in 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
43. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olduğundan şikayət təmin edilə bilməz.
44. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 f evral tarixli 21(103)-395/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.