Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1507/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-264/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 17 fevral 2022-ci il tarixli məktubla iddiaçının ümumi və güzəştli iş stajına və yetərli pensiya kapitalına malik olmadığına istinad edərək onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 55 yaşının tamam olduğu xx.xx.2020ci tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. İddianın əsaslarına görə iddiaçı xx.xx.1983-cü il tarixdə “Sənayeqalantereya” istehsalat Birliyində dəzgahda toxucu şagirdi kimi işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu vəzifəsinə 3-cü dərəcəli işçi keçirilmiş, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar) sexində işçi, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar ) sexində 3-cü dərəcəli işçi, xx.xx.1985-ci il tarixdə toxucu, xx.xx.1989-cü il tarixdə həmin fabrikin nəzdində parça qalantereya fabrikində toxucu işləmiş, xx.xx.1989-cu il tarixdə parça qalantereya fabrikinin adı dəyişdirilərək “Rəşad-1” kimi qeydə alınmış və həmin müəssisədə 3-cü dərəcəli işçi kimi işini davam etdirmişdir. xx.xx.1992-ci il tarixdə “Rəşad-1” kimi qeydiyyata alınmış müəssisənin adı dəyişdirilərək “Kismət” kimi qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə “Kismət” müəssisəsində 4-cü dərəcəli işçi vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə öz arzusu ilə işdən azad olunmuşdur. Cavabdehə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, cavabdeh imtina məktubu ilə bildirmişdir ki, onun güzəştli iş stajı 10 ildən az (7 il 2 ay 16 gün) təşkil edir, arxiv arayış ından da göründüyü kimi 1991-ci ilin sentyabr ayından Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər aidiyyəti üzrə arxivə təhvil verilmədiyindən, əmək fəaliyyətinin davamı barədə məlumat vermək qeyrimümkündür. İddiaçıya aid sənədlər arxivə təhvil verilmədiyi üçün hazırda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququndan məhrum olmuşdur. Lakin iddiaçı öz işlədiyi sahədə yenə də işləmişdir. Odur ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi öz peşə fəaliyyəti ilə məşğul olduğundan, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 13 il 3 ay stajı vardır.
4. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçı qanunla tələb edilən 20 il ümumi sosial sığorta stajına malik deyildir. Belə ki, xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 - xx.xx.1992-c i illər ərzində iddiaçının işlədiyi dövr onun ümumi sosial sığorta stajına daxil edilməlidir. İddiaçının sözügedən illər ərzində ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı vardır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər arxivə təhvil verilməmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunaziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüng ül sənaye” bölməsinin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli sığorta stajı 07 il 02 ay 16 gün təşkil edir. İddiaçı 1983 - 1991-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 nömrəli Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. İşin mübahisələndirilən üçüncü halı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmı ş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 53040,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 6289,59 manat təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququnun yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il ümumi, 12 il 06 ay güzəştli sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olmadığından, iddia tələbi təmin edilməməlidir.
5. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-6921/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işəgötürənin güzəştli arayışı iddiaçı tərəfindən təqdim edilmədiyindən, əmək kitabçasında olan qeydlərin yoxlanılması üçün isə müəssisələrin VÖEN-i barədə məlumat almaq mümkün olmadığından, onun güzəştli stajı qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajından azdır. Həmin illər həm də iddiaçının ümumi sosial sığorta stajına daxil edilməklə də ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı toplanır ki, bu da qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajından azdır. Güzəştli şərtlərlə pensiya almaq hüququnun yaranması üçün 4 şərtdən biri – kapital tələbi ödənilmədiyindən, məhkəmə iddiaçının güzəştli və ümumi stajı toplaması istiqamətində əlavə araşdırma aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri saymamışdır.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-264/2023 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə\sədrlik edən, X.A.Cəmilova və R.Ə.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-6921/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “işin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı qanunla tələb edilən 20 il ümumi iş stajına malik deyildir. İddiaçıya məxsus əmək kitabçasındakı bütün dövrlər nəzərə alınsa belə, iddiaçının ümumilikdə 12 il 8 ay 28 gün iş stajı mövcuddur. Belə olan halda yuxarıda sadalanan qanunvericilik normalarının heç biri üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla belə işin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüngül sənaye” bölməsinin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 - xx.xx.1992-ci illər ərzində toxucu peşəsində işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməklə, ümumilikdə, cavabdehin də qəbul etdiyi kimi 07 il 08 ay 25 gün stajı toplanır (AR Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2020ci il tarixli 161 nömrəli arayışına əsasən), lakin qalan illərin güzəştli sosial sığorta stajına daxil edilməsi üçün işəgötürənin güzəştli arayışı iddiaçı tərəfindən təqdim edilmədiyindən, əmək kitabçasında olan qeydlərin isə müəssisələrin VÖEN-i barədə məlumat olmadığı üçün yoxlanılması mümkün olmad ığından, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajından azdır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilən məlumata əsasən, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabının sığorta hissəsində qeydə alınmalı pensiya kapitalı 53.040,00 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 6289,59 manat təşkil etdiyindən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlər ödənilməmişdir.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onun iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-c i il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır ( hazırki redaksiya). 9.1-ci maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyası axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəra itinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 14. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şər aiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınla r—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa..... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” - 3.1-ci bəndinə əs asən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işl ərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar;
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya m əhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibəti nin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onla rla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajın, eləcə də pensiya kapitalının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkə məsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsinə yönəlmişdir.
26. Bununla bağlı nəzərə almaq lazımdır ki, əmək kitabçasının məlumatlarına əsasən iddiaçı xx.xx.1997-ci il tarixinə kimi əmək fəaliyy əti ilə məşğul olmuşdur. Belə ki, iş üzrə materiallardan iddiaçının həmin tarixdən sonra əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmur. Bu baxımdan hazırkı mübahisə üzrə 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, eləcə də 1 yanvar 2006-cı il tarixdən sonra qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş pensiya kapitalının iddiaçıya münasibətdə mövcudluğu yoxlanılmalıdır.
27. Bu qərarın 14-cü bəndində istinad edilən normalara görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, ən azı 20 il ümumi iş stajına, o cümlədən həmin staj daxilində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır.
28. İddiaçının xx.xx.1997-ci il tarixinə kimi əmək fəaliyyəti ilə məşğul olduğu nəzərə alındıqda, bu qərarın 13-cü bəndində istinad edilən normalar baxımından onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq dövrdə qüvvədə olan qanunvericiliklə tələb olunan dispozisiya şərtləri, o cümlədən ümumi iş stajı və pensiya kapitalı il ə bağlı dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmir. Belə ki, bu qərarın 14-cü bəndində istinad olunan normalarda təsbit edilmiş şərtlər baxımından onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az təşkil etdiyi, 13-cü bəndində istinad olunan normalarda təsbit edilmiş şərtlər baxımından isə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi iş üzrə materiallarla təsdiq olunur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin e dilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab olunmalıdır.
31. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 21(103)-264/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.