Məhkəmə qərarları › İş №2-1(102)-1507/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1507/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1507/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; iddia vermə müddətinin əvvəlki qanuna görə ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarının X3, X14, X7 və X15 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3*.*1.2*24-cü il tarixli, 2-1(1*6)-151/2*24 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarı ilə torpaq islahatı ilə əlaqədar «Gərmətük» aqrar islahat komissiyasının 2*.*2.1998-ci il tarixli və 27.*2.1998-ci il tarixli qərarları təsdiq edilmişdir. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1*23F nömrəli kod 8*2*6*16 saylı şəhadətnaməyə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarı ilə Seyfullayev Bayram Qulamhüseyn oğlunun, Seyfullayev Fikrət Bay ram oğlunun, X2, X9, X4 və X1* mülkiyyətinə *,*6 ha həyətyanı torpaq sahəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1* saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarı ilə atası Seyfullayev Bayram Qulamhüseyn oğluna həyətyanı torpaq sahəsinə görə verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1*23F, Kod-8*2*6*61 saylı şəhadətnamədə səhvən yazılan X2, X9, X4 və X1* adları çıxarılmaqla, atasının övladları olan X11, X16, X12, X17, X26, X22, X18, X27, İddiaçı və Seyfullayev Fikrət Bayram oğlu kimi yazılması və *,12 hektar torpaq sahə sinin olması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1* saylı Lənkəran Ərazi İdarəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarının X3, X14, X7 və X15 aid hissədə ləğv edilməsi öhdəliyinin Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan İnzibati Məhkəməsinin *2.*9.2*22-ci il tarixli, 2-1(12*)-1678/2*22 saylı qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1* saylı Lənkəran Ərazi İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olu nmuşdur.

6. İddiaçı *9.*9.2*22-ci il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Şirvan İnzibati Məhkəməsində Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarından iddia qaldırmışdır. Hazırda onlara məxsus olan torpaq və evi sənədləşdirmək istəyərkən aydın oldu ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə uzun illər onlara lazım olmadığı üçün evin arxivində sənədlərin arasında baxılmamış qalmışdır. Həmin sənədlə bağlı müddət bitmişdir. Qeyd olunanları nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsini xahiş edir.

7. Şirvan İnzibati Məhkəməsinin *2.*9.2*22- ci il tarixli, 2-1(12*)-1678/2*22 saylı qərardadı ilə X5, X23, X13 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.

8. Şirvan İnzibati Məhkəməsinin 11.1*.2*22-ci il tarixli, 2-1(12*)-1678/2*22 saylı qərardadı ilə Seyfullayev Fikrət Bayram oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçıların əsaslandırması:

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Seyfullayev X6 rayonunun Gərmətük qəsəbəsində doğulmuş, orada yaşamış və 19.*4.2**1-ci ildə vəfat etmişdir. Atası Seyfullayev Bayram Qulamhüseyn oğlunun 1* övladı olmuşdur. 1) X11, 2) X16, 3) X12, 4) X17, 5 ) X26, 6) X22, 7) X18, 8) X27, 9) İddiaçı. 1*) Seyfullayev Fikrət Bayram oğlu. Atasının övladlarından X16 və X12 vəfat etmişlər. Hal-hazırda atasının 8 övladı, sağsalamat y aşayırlar. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarı ilə atası Seyfullayev Bayram Qulamhüseyn oğluna həyətyanı torpaq sahəsinə görə verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1*23F, kod 8*2*6*61 saylı şəhadətnamədə uyğunsuzluq və səhvlər vardır. Belə ki, şəhadətnamədə adları və soyadları qeyd olunmuş 4 nəfər atasının övladları və onların ailə üzvləri deyillər. Həmin şəxslər onlarla bir qəsəbədə yaşayan X8, X1 Kəsirə Fətta qızı və X24 olmaqla ayrı-ayrı ailənin üzvləridir. 1998-ci ildə islahat zamanı şəhadətnamə yazılarkən bu cür səhvlərə yol verilmişdir. Hətta atasının şəxsi istifadəsində olan torpaq sahəsı *,12 hektar olduğu halda, şəhadətnamədə səhvən *,*6 hektar yazılmışdır. X31 verdiyi arayışdan da görünür ki, Seyfullayev Bayramın öhdəs ində *,12 hektar həyətyanı torpaq sahəsi vardır. İcra nümayəndəliyinin arxiv arayışından və başqa rəsmi sənədlərdən görünür ki, şəhadətnamə ilə həmin sənədlər arasında böyük uyğunsuzluq vardır və reallıqda hüquqi anlaşılmazlıq mövcuddur. Şəhadətnamədə təkcə bir nəfər ailələrinin üzvü Seyfullayev Fikrət Bayram oğlunun adı düzgün yazılmışdır. Qalan 9 nəfər ailə üzvlərinin şəhadətnamədə səhvən adları və soyadları qeyd edilməmişdir. Buna görə də onlar X32 1* saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişlər. Reyestr idarəsi onlara bu haqda imtina məktubu verərək məhkəməyə müraciət etmələrini məsləhət görür. Bunun üçün “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan səhvləri düzəltmək üçün inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. cavabdehin etirazı:

10. C avabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şirvan İnzibati Məhkəməsinin 29.11.2*22-ci il tarixli, 2-1(12*)-1678/2*22 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*31998-ci il tarixli, *5 saylı qərarının X3, X14, X7 və X15 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüqu qlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2***-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*11-ci il 3* iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2***-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Mübahisələndirilən qərar əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 1998-ci ildə verildiyi və həmin qərara şəhadətnamədə də bilavasitə istinad edildiyi nəzərə alındıqda, iddiaçının həmin qərardan məlumatsız olduğuna dair iddiaçının dəlilləri əsassızdır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 2*11-ci il 1 yanvar tarixədək itirmişdir. 2*11-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2*11-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barəd ə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.*2.2*23-cü il tarixli, 21(1*6)-83/2*23 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin 29.11.2*22-ci il tarixli, 2- 1(12*)-1678/2*22 nömrəli qərardadı ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları x idməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsasını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. c. birinci instansiya məhkəməsində ikinci icraat

16. Şirvan İnzibati Məhkəməsinin *6.*9.2*23-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Hazırkı işdə iddiaçı öz adına Lənkəran rayonu, Gərmətürk qəsəbəsində yerləşən *.*6 ha (həyətyanı) torpaq sahəsinin ona məxsus olmasına dair sübutlar təqdim etməmişdir.

18. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1*23F, kod 8*2*6*61 saylı şəhadətnamədə adı qeyd edilmiş iddiaçının atası Seyfullayev Bayram Qulamhüseyn oğlunun vərəsəsi Seyfullayev Fikrət Bayram oğludur.

19. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarının X3, X14, X7 və X15 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddia çının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz.

20. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur.

21. Bundan başqa, məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük ş ərtləri mövcuddur.

22. Hüquq münasibətlərinin yarandığı zaman, yəni *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş 11.*9.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keç məsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 23. 31.*5.2*12-ci il tarixədək qüvvədə olmuş *1.*9.2***-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna ma likdir.

24. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2*19-cu il 3 nömrəli bülletenində öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların *1.*1.2*11-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”.

25. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraa t

26. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3*.*1.2*24-cü il tarixli, 21(1*6)-151/2*24 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin *6.*9.2*23-cü il tarixli, 2-1(12*)-2678/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi, lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdir və şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda, həmin qərardan şikayətin verilməsi üçün qanunl a müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdir.

28. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd etmişdir ki, yaşadıqları ev islahat keçirilməmişdən qabaq tikilmiş, islahat keçirilərkən və ondan sonra həmin evdə ailə üzvləri ilə birgə yaşamış, lakin Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27.*3.1998-ci il tarixli, *5 saylı qərarı ilə yaşadıqları evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilməmiş, adına şəhadətnamə tərtib edilməmiş və şəhadətnamənin verilməməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə müraciət etməmişdir. Verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, 1998-ci il tarixdə keçirilmiş aqrar islahat zamanı yaşadıqları evin həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilməsə də, mülkiyyətlərinə *.11 hektar çöl pay torpaq sahəsi verilmiş və adına torpağa mülkiyyət hüququna dair JN 571 nömrəli, Kod 8*2*6*16 saylı dövlət aktı tərtib olunaraq, 2**4-cü il tarixdə onlara təqdim olunmuşdur.

29. Göründüyü kimi, iddiaçı 1998-ci il tarixdə torpaq islahatının keçirilməsindən məlumatlı olsa da, yaşadıqları evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməməsi ilə bağlı narazılığını hüquq münasibətlərinin mövcud olduğu zamanı nə faktiki nədə ki, rəsmi şəkildə ifadə etməmiş və qüvvədə olan qanunvericiliyə uyğun iddia və yaxud şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə müraciət etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiy a şikayətinin dəlilləri

30. İnzibati Prosessual Məcəllənin 14.3, 68.2, 73.1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 14.3-cu maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında ) iddialar üzrə həmin aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalınız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar v ə sübutlara əsaslanmalıdır.

32. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

34. Üçüncü şəxs Seyfullayev Fikrət Bayram oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum atasına məxsus JH-1*23F KOD-8*2*6*61 nömrəli torpaq şəhadətnaməsində *,12 hektar yox, *,*6 hektardır. Mərhum atasının çıxarışı ona aid olduğu sovxoz dövründə arayışa əsasən *,12 hektar torpağın üstünə verilib. Bunu saxtalaşdıran İddiaçı və digərləridir. Onlar mərhum atasının torpaqlarını zəbt edib qanunsuz ev tikiblər. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

35. Həmçinin üçüncü şəxs Natəvan Seyfullayeva etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.

38. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 40.Məhkəmə kollegiyası razılaşır ki, iddiaçıların mübahisələndirdikləri qərarların qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2***-ci il 1 sentyabr tarixdən qüvvə yə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*11-ci il 3* iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

41. Həm də 2***-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

42. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2*11-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2*11-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

43. Başqa sözlə, 1 yanvar 2*11-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, müba hisələndirmə müddətinin axımı 1 yanvar 2*11-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir.

44. Beləliklə, iddiaçılar İPM-in 35.1-ci maddəsinə əsasən hüquqlarının pozulduğunu iddia edə bilməzlər.

45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir. 46.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3*.*1.2*24-cü il tarixli, 21(1*6)-151/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar