Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1508/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı ailə başçısının itirilməsinə görə əmə k pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2552/2018 nömrəli inzibati iş üzrə 26 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 22 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 1927-ci il təvəllüdlü mərhum X2 07 iyul 1961-ci ildən 19 avqust 1991-ci ilədək Azərittifaqın Bakı Şəhər Kooperativ cəmiyyətinin nəzdində olan (Bakqorkooptorq) 2 saylı mağazasına əmrlə satıcı, baş satıcı vəzifəsinə işə qəbul edilmişdir; 07.06.1961-ci il (əmr № 303, 07.06.1961 il); 29.03.1972-ci il (əmr № 117, 29. 03.1972 il); 15.09.1988-ci il (əmr № 396/ok, 16.09.1988 il); 31.12.1988-ci il (əmr № 525/ok, 30.12.1988 il); 22.01,1989-cu il (əmr № 26/ok, 20.01.1989 il); 02.07.1990-cı il (əmr № 87/ok, 17.07.1990 il); 14.12.1990-cı il (əmr № 302, 14.12.1990 il); 19.08.1991-ci il (əmr № 158/ok, 19.08.1991 il) üzrə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının ƏQM-nin 36 maddəsinin 2-ci bəndinə uyğun olaraq X2 19.08.1991-ci ildən 2 nömrəli mağazanın İ kateqoriyalı satıcı vəzifəsindən azad edilmişdir. (Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” idarə heyəti aparatı tərəfindən verilmiş AAŞ-M-17/16 nömrəli, 12 aprel 2018-ci il tarixli arxiv arayışı) İddiaçı (bundan sonra - iddiaçı) 03.07.1937-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. (AZE seriyal ı 13376731 saylı şəxsiyyət vəsiqəsi) İddiaçı 18.10.1958-ci ildə X2 ilə nikaha daxil olmuşdur. (keçmiş Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 18.10.1958-ci ildə verilmiş 201958 saylı evlənmək haqqında şəhadətnamə). X2 25.02.1994-cü ildə vəfat etmiş, bu barədə, ölüm haqqında akt qeydləri kitabında 04.03.1994-cü il tarixdə 351 nömrəli qeydiyyat aparılmışdır. (04.03.1994-cü il tarixli 450706 nömrəli ölüm haqqında şəhadətnamə). İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh 18.04.2018-ci il tarixdə 15/1789 nömrəli məktubla ona imtina cavabı vermişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 07.06.1961-ci ildən 19.08.1991-ci ilədək Azərittifaqın Bakı şəhər Kooperativ cəmiyyətinin nəzdində olan (Bakqorkooptorq) 2 saylı mağazasında satıcı, baş satıcı vəzifəsində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona 1995-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X2 ilə 18 oktyabr 1958-ci ildə nikaha daxil olmuş, sonuncu 25 fevral 1994-cü ildə vəfat etmişdir. X2 1961-1991-ci illər ərzində Azərittifaqın Bakı şəhər Kooperativ cəmiyyətinin nəzdində olan (Bakqorkooptorq) 2 saylı mağazada satıcı və baş satıcı vəzifəsində işl əmiş, daha sonra əmək müqaviləsinin müddəti bitdiyindən 19 avqust 1991-ci ildən 2 saylı mağazanın 1-ci kateqoriyalı satıcı vəzifəsindən azad edilmişdir. X2 04.03.1994-cü il tarixdə vəfat etmişdir. Bundan sonra ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin imtinasına əsas kimi mərhumun iş stajı barədə arxiv arayışının onun əmək kitabçasında əksini tapmaması göstərilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərini müəyyənləşdirir. Bu Qanunun 14.1.12-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüquqları vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş staj əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, iddiaçının təqdim etdiyi mərhum həyat yoldaşının əmək kitabçası olmadığından iddiaçıya ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tаrixli, 2-1(82)2491/2018 nömrəli qərarı ilə (hakim: X.X.İmanov) iddia qismən təmin edilmiş, iddiaçının məhrum əri X1 07.06.1961-ci ildən 19.08.1991-ci ilədək Azərittifaqın Bakı şəhər Kooperativ cəmiyyətinin nəzdində olan (Bakqorkooptorq) 2 saylı mağazasında satıcı, baş satıcı vəzifəsində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 01.01.2006-cı ildən ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilmə si vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2552/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tаrixli, 2-1(82)-2491/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2552/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı bildirir ki, mərhum əri X2 ilə 18 oktyabr 1958-ci ildə nikaha daxil olmuşdur. Mərhum əri X2 1961-1991-ci illərdə Azərittifaqın Bakı şəhər Kooperativ cəmiyyətinin nəzdində olan (Bakqorkooptorq) 2 saylı mağazasında satıcı, baş satıcı vəzifəsində işləmişdir. Lakin iddiaçı mərhum əri X1 əmək kitabçasını təqdim edə bilməmişdir. Ona görə də iddiaçıya mərhum ərinin əmək kitabçası olmadığı halda arxiv arayışlarına əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qeyrimümkündür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiya da və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı mərhum əri X1 əmək kitabçasını təqdim edə bilmədiyindən, arxiv arayışları əsasında ona pensiya təyin edilməsi qeyri-mümkündür. Göstərilən əsasları qanunsuz hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (maddə 3, 4, 21) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sos ial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (istinad olunan Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur). Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Bunda n əlavə, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsin icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, hazırki hald a, iddiaçının mərhum ərinin sığorta stajı arxiv arayışları ilə təsdiq olunmuş və həmin arxiv arayışlarında göstərilən, mərhumun vaxtı ilə müvafiq vəzifələrə qəbul olunmasına və azad olunmasına dair əmrlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Başqa sözlə, iddiaçının mərhum ərinin 1961-1991-ci illərdə 30 ildən artıq sığorta stajının olması qeyd olunan arxiv arayışı ilə yanaşı, müvafiq dövrlər üzrə əmrlərin təsdiq olunmuş surətləri ilə təsdiq olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüq uqu vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 7-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilədək olan redaksiyası) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın qeyd hissəsində göstərilmişdir ki, «Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır». “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “Əmək pe nsiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ ərinin vəfat etdiyi 25 fevral 1994-cü ildən yaranmasına baxmayaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası 01 yanvar 2006-cı ildən təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası): 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 32.3-cü maddəsinə əsasən ailə, başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bel əliklə, Qanunun istinad olunan normalarının tələblərindən göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi pensiyanın 01 yanvar 2006-cı ildən əvvəlki tarixə təyin olunması istisna edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun 01.01.2006-cı il tarixdən qüvvəyə minmişdir və iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası həmin Qanuna əsasən hesablanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2552/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1508/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1508/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver