Məhkəmə qərarları › İş №2-1(102)-1508/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1508/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1508/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xeyriyyə fondunun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (təvəllüd:xx.xx.2000, FİN:xxxxxxx), İddiaçı2 (təvəllüd:xx.xx.1975, İddiaçı3 (təvəllüd:xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “X1 dövlət qeydiyyatına alınması” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1434/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarından İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. FİN:xxxxxxx), İŞİN HALLARİ

1. İddiaçı3 “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 25 yanvar 2021-ci il tarixli 05/6276-13 nömrəli məktubda qeyd olunmuşdur ki, “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birlikl ər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 121.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin maddələrin müddəalarına zidd olaraq fondun nizamnamə kapitalına dair sənəd müraciət ərizəsinə əlavə olunmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılmış, məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacağı bildirilmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 02 aprel 2021-ci il tarixli 05/1298/3-13 nömrəli məktubda qeyd olunmuşdur ki, “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdi m edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılmış, məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacağı bildirilmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 26 may 2021-ci il tarixli 05/1298/2-13 nömrəli məktubda qeyd olunmuşdur ki, “X2”nun dövlət qeydiyyatına alınması i lə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində Himayəçilik Şurası və onun formalaşması haqda məlumatlar qeyd olunmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılmış, məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X2”nun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə qoyulması barədə qərar barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi “X2”nun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdir. Belə ki, hər dəfə müraciət zamanı fərqli səbəblərlə sənədlər geri qaytarılmışdır. Halbuki nöqsanların aradan qaldırılması üçün sənədlərin geri qaytarılmasına heç bir ehtiyac yoxdur. Təsisçi olaraq iddiaçılarla telefon və digər əlaqə vasitəl əri mübahisəli məsələni aydınlaşdırmaq mümkün olardı. Qeyri-kommersiya təşkilatlarının yaranmasından fərqli olaraq, kommersiya təşkilatlarının yaradılması zamanı imtinada göstərilənlərə dair hər hansı bir tələb yoxdur. Qeyd edilməlidir ki, hüquqi şəxs yaradıldıqdan və hesablaşma hesabı açıldıqdan sonra təsisçi tərəfindən nizamnamə kapitalının ödənilməsi praktikası artıq bir neçə ildir ki, tətbiq edilir. İddiaçılar “Qeyrihökümət təşkilatları haqqında” Qanunun 12.1, 12.1-1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2, 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, qurumun təsis sənədləri ilk dəfə 11 dekabr 2020-ci il tarixd ə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra 25 yanvar 2021-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır Belə ki, “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin müddəalarına zidd olaraq fondun nizamnamə kapitalına dair sənəd təqdim olunmamışdır. 16 fevral 2021-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. Sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Sonuncu dəfə qurumun sənədləri 13 aprel 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim edilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən fondun nizamnaməsində digər məsələlərlə yanaşı Himayəçilik Şurası və onun formalaşması qaydası haqda məlumatlar qeyd olunmalıdır. Lakin nizamnamədə həmin məlumatlar qeyd olunmadığından 26 may 2021-ci il tarixdə sənədlər geri qaytarılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim F.İ.Mədətli) iddia Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə münasibətd ə mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sənədlərin geri qaytarılması barədə məktub “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırıldığından əsassız hesab edilə bilməz. Belə ki, sonuncu imtina məktubu ilə təsis sənədlərindəki (nizamnamə kapitalına dair sənədlər) çatışmazlıqların aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə olmadığı müəyyən edilir. Bu isə təşkilatın təqdim etdiyi ərizəyə əlavə edilmiş təsis sənədlərində aşkar olunmuş pozuntuların ara dan qaldırıldıqdan sonra fondun dövlət qeydiyyatına alınmasının və dövlət reyestrinə daxil edilməsinin qanunauyğun olacağını təsdiq edir.

11. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1434/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı r.

14. İddiaçı3 kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti işin faktiki halları və iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qeyri-hökumət təşkilatı 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.... Maddə

16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində ed ilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 16.2-2. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir. 16.3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlik lərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir. 16.4. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Maddə

17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. 18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu a lmaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeyd iyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanların ın səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya fili alının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. 11.4-1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakim iyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir. 11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyy atına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələ ri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçılar bir neçə dəfə “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müvafiq məktublarla imtina cavabı verilmiş, lakin sənədlərin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması barədə məsələyə yenidən baxılacağı qeyd olunmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır.

27. Bundan başqa, cavabdeh orqan tərəfindən sənədlərin geri qaytarılması barədə məktub “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırıldığından əsassız hesab edilə bilməz. Belə ki, sonuncu imtina məktubu ilə təsis sənədlərindəki (nizamnamə kapitalına dair sənədlər) çatışmazlıqların aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün mane ə olmadığı müəyyən edilmişdir.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1434/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar