Məhkəmə qərarları › İş №2-1(102)-1508/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1508/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1508/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarış və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-512/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şüvəlan ərazisində yerləşən, sahəsi 0,075 ha olan 36/3313b nömrəli bağ sahəsinə dair iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və istismarı Birliyi arasında xx.xx.2005-ci il tarixli 34118 nömrəli müqavilə bağlanmışdır.

2. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cava bdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********21 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən koordinatlarla qeyd edilən ərazinin “İşıq” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Həmçinin, bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyy ətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 2005-ci il 10 iyun tarixli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixdən 16/Ş saylı əmr əsasında "xxxx" SC-nin EM və Y birliyinin məlumat hesablama mərkəzində avtomatlaşdırılmış idarəetmə sistemlərinin tərtibi və koordinasiyası xidmətinin texniki vəzifəsinə işə qəbul edilib. Bu təşkilatda müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2010-cu il tarixdə onunla əmək münasibətlərinə xitam verilib. 19 yanvar 2005-ci tarixdə X4 və istismarı Birliyi ilə 34118 saylı müqavilə bağlayaraq Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “36/33136b” saylı bağı istifadəsinə götürüb, burada bir sıra tiki nti işləri aparılmışdır. Cavabdeh təşkilata Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən “36/33136b” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edilərək hüquqların qeydiyyatından imtina edilmişdir.

5. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********21 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair hərəkətlərinin qanunazidd hesab edilməsi, cavabdehin üzərinə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və istismarı Birliyi ilə idd iaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 34118 nömrəli müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,075 ha torpaq sahəsi olan 36/3313b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həm cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtinaya dair bildirişdə, həm də məhkəməyə təqdim edilmiş etirazda iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 36/3313b saylı bağ sahəsinin “İşıq” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyi bildirilmiş, eyni zamanda məhkəmənin mütəxəssis rəyinin verilməsi haqqında qərardadında da mütəxəssis qarşısında qoyulmuş suallarda iddiaçıya ayrılmış torpaq sahəsinin “İşıq” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşib-yerləşmədiyinə dair suallar qoyulmuşdur. Baxmayaraq ki, sözügedən bağ sahəsinə dair müqavilədən görünür ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və istismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 34118 nömrəli müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. Göründüyü kimi, həmin bağ sahəsi “İşıq” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən deyil, yuxarıda adı çəkilən Birlik tərəfi ndən iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsi iddiaçıya ayrıldığı vaxtdan onun istifadəsində olmuş və hazırda da istifadəsindədir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerqu ruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə əsasən daşın maz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Qeyd olunanlarla yanaşı cavabdeh imtina bildirişində hüquqların dövlət qeydiyyatından imtinanın digər əsasını bağ sahəsinin bir hissəsinin 110 KVt-luq yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə sonasında yerləşməsi ilə əlaqələndirmiş və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarına istinad etmişdir. Bildirilir ki, qeyd olunan qərarla təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaqların hüquqi və fiziki şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsini qadağan edən hər hansı müddəa yoxdur. Hətta “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət e dilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etiraz imtina məktubu ilə eyniyyət təşkil edir. Etirazın maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci, 10-cu, 11ci, 23-cü maddələrinə istinad edilmişdir.

7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusu əsasında təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən sahə bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin bağ sahəsinin qərb istiqamətində 4,6-5,9 metr məsafədən 110 KVt-luq yüksək gərginlikli eklektik xətti keçir. Faktiki sahəsi 802,0 m2 olan bağ sahəsinin mühafizəyə düşən 458,0 m2 hissəsi çıxıldıqdan sonra yerdə 344,0 m2 sahə qalır. 3b/3313b saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi və həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından, bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmamış, həmçinin 3b/3313b saylı bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmadığından (cizgisi və bağçılıq-yoldaşlığın bölgü sxemi arxivdə olmadığından) qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. 8. "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 36/3313b ünvanında yerləşən ərazi "xxxx" ASC-yə məxsus 110 kV-luq 1-ci “Şimal” hava xəttinin mühafizə zonasına düşür. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2 005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 20 metr qəbul olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(112)-1281/2022 saylı qərarı ilə (hakim: G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,075 ha olan 36/3313b saylı bağ sahəsi üzərində İddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. 10.Biri nci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-512/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(112)-1281/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilənlərə əsasən id diaçının adı bağçılıq yoldaşlıq cəmiyyətinə aid arxiv qovluğunda olan sənədlərdə, o cümlədən adlı siyahıda öz əksini tapmış, iddiaçıya bu barədə üzvlük kitabçası verilmişdir. Qeyd edilən “bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşməməsi” barədə imtina əsasına münasibətdə qeyd edilməlidir ki, bu məsələ üzrə mövcud uyğunsuzluğun düzəldilməsi vəzifə olaraq qanunla iddiaçıya aid edilməmişdir. Ona görə də bağ sahəsinin ayrıc aktının daxilində yerləşməməsi ilə bağlı məsuliyyət heç bir halda iddiaçının üzərinə qoyula bilməz. 13.Cavabdeh inzibati orqanın imtinasının ikinci - “bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi” əsasına gəldikdə isə qeyd olunmalıdır ki, bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik mühafizəsi zonasına düşməsi halı olsa belə, bunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olması qanunla müəyyən edilməmişdir. 14.Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 15.Belə ki, iddiaçı müvafiq tələblə bağlı idarəyə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla qeyd edilən ərazinin “İşıq” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc akt ı daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Həmçinin, bağ sahəsinin bir hissəsi (0,0454 ha) hissəsi yüksək gərginlikli (110 kV) elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. 16.Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən də, bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 36/3313b ünvanında yerləşən ərazi "xxxx" ASC-yə məxsus 110 kV-luq 1-ci “Şimal” hava xəttinin mühafizə zonasına düşür. 17.İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zaman; məlum olmuşdur ki, müvafiq bağ sahəsi 3336 saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir. 18.Şikayətdə Torpaq Məcəlləsinin 55, 67, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövl ət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən maddələrinin tələbinə riayət edilmədiyindən qərar qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.... 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara a yrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənəd lərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əs aslardan biri hesab olunur. 22.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsər rüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini ap aran dövlət orqanı tərəfindən verilir. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı 25.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 26.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 28.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 29.Hazırki işdə iddiaçının hüquqi marağı Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli müqavilə əsasında ona veri lmiş Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,75 ha torpaq sahəsindən ibarət olan 36/3313b nömrəli bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsidir. 30.İddiaçının tələbini əsaslı hesab edən birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etsələr də, cavabdeh məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Şikayətdə qeyd edilir ki, iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan iddia əsaslı sayıla bilməz. 31.Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrd ə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 36/3313b saylı 0.75 ha torpaq sahəsindən ibarət bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 departamentinin X4 və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli müqavilə əsasında iddiaçıya verilmişdir. Həmin müqavilə səlahiyyətli dövlət orqanı ilə bağlanmış və hal-hazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. 32.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitab çası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. 33.Cavabdeh kassasiya şikayətində qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla qeyd edilən ərazinin “İşıq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Həmçinin, bağ sahəsinin bir hissəsi (0,0454 ha) hissəsi yüksək gərginlikli (110 kV) elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Belə olan halda həmin torpaq sahəsinə çıxarış verilə bilməz. 34.Kassatorun gətirdiyi dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,075 ha olan 36/3313b saylı bağ sahəsinin “İşıq” bağçılıq-yoldaşlıq təsərrüfatına aid olub-olmaması və onun ayrıc aktı daxilində yerləşib-yerləşmədiyinə dair sübutları, o cümlədən həmin X1 aid sənədlər toplusunun (BTK-nın qovluğunu) məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu göndərilmişdir. 35.Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə sənədlər toplusu təqdim edilmişdir. Həmin sənədlər toplusuna əlavə edilmiş 2000-ci il tarixli bağçılığın üzvlük kitabçasından görünür ki, X7 cəmiyyəti üzvlərinin 02 saylı xx.xx.2000-ci il tarixli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 36.Eyni zamanda "xxxx" ASC-nin “İşıq” Bağçılıq Yoldaşlığının üzvlərinin iclasının 02 saylı xx.xx.2000-ci il tarixli protokolundan görünür ki, Gündəlikdə duran məsə lə, yəni bağ inventarizasiya aktına əsasən boş qalmış bağ sahələrinin qalan üzvləri arasında 12 sot hesabı ilə bölüşdürülməsi məsələsi üzrə bağçılıq yoldaşlıq cəmiyyətinin sədri B.Ə.Rüstəmov çıxış etmiş və gündəlikdə duran məsələni üzvlərə çatdırmış, Bakı şəhər BTİ və İB tərəfindən 45 ədəd bağın zəbt olunması, 38 nəfər üzvün respublikadan köçüb getməsi və vəfat etməsi haqqında üzvlərə məlumat vermiş, müzakirədə çıxış edən Yarıyev, Quliyeva, Yusifov, Xanızadə, Əliyeva və s. bəzi yoldaşlar tikinti apara bilmədikləri üçün öz sahələrinin yanındakı yoldaşlara verməyə hazır olduqlarını bildirmişlər. Bununla bağlı köhnə siyahının ləğv edilərək, yeni siyahının protokolla birlikdə Bakı şəhər BTİ və İB-nə göndərilməsi və həmin siyahı ilə üzvlərə yeni üzvlük kitabçalarının verilməsi, Bağ sahəsi ayrıl mış hər bir üzvdən 2 ay müddətində hasar tikilməsi haqqında öhdəçilik ərizəsinin alınması, bu müddət ərzində tikintisi aparılmasa bağ sahəsinin geri alınması və "xxxx" ASC-nin növbədə duran başqa işçilərinə verilməsi barədə qərar qəbul edilmişdir. 37.Həmçinin "xxxx" ASC-nin “İşıq” Bağçılıq Yoldaşlığının üzvlərinin xx.xx.2000-ci il tarixli siyahısı nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, həmin siyahıda iddiaçı X6 adı 124-cü sırada öz əksini tapmışdır. 38.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. 39.İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququ n yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı cavabdehin imtinanın əsası kimi göstərdiyi halların heç biri müəyyən edilməmişdir.” 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cüml ədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. 42.Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı mövcud olduğundan, iddiaçı həmin əmlak üzərində hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. 43.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. 44.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-512/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar