Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1509/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu Səfərova Mətanət İsa qızının katibliyi üçüncü şəxs X1 vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə (Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəliyi və X3 üçüncü şəxslər olmaqla) qarşı 09 mart 1995-ci il tarixli, 755 №-lı sərəncamın Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 yerləşmə cizgisinin ləğv olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-374/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qərardadından üçüncü şəxs X3 tərəfi ndən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 12 iyun 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: İddiaçı Cavabdehnə, üçüncü şəxslər Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəliyinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “xxxx” ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinə Cavabdeh Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 №-li sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-1(81)3245/2018 saylı qərardadı ilə (hak im: E.Q.Məmmədov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayıla bilməz. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-374/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-1(81)-3245/2018 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın müddətə görə mümkün sayılmamasına da ir birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından üçüncü X3 tərəfindən kassasiya şikayəti verilərək, həmin qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (iddiaçı, cavabdeh və digər üçüncü şəxs) məhkəm ə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-374/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın q əbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Adı çəkilən normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün göndərməklə, əslində iddianı mümkün hesab etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi isə A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Üçüncü şəxs X3 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-374/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qərardadından verilmiş şikayət üzrə kas sasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1509/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1509/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver