Məhkəmə qərarları › İş №2-1(102)-1509/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1509/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1509/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-1359/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1982-xx.xx.1983-cü illər ərzində “Bakı məişət kondisionerləri” zavodunda usta köməkçisi, usta, mühəndis vəzifələrində; - xx.xx.1983-xx.xx.1985-ci illər ərzində “Bakelektroavtomat” zavodunda mühəndiskonstruktor vəzifəsində; - xx.xx.1985-xx.xx.1986-cı illərdə X1 İnstitutund a mühəndis vəzifəsində; - xx.xx.1986-xx.xx.1990-cı illərdə həmin zavodda mühəndis vəzifəsində işləmiş; - xx.xx.1990-xx.xx.1993-cü illərdə “Bakelektroavtomat” zavodunda metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi, metal konstruksiya quraşdırıcısı vəzifələrində; - xx.xx.1995-xx.xx.1995-ci il ərzində Bakı Balıq Soyuducu Donanması İdarəsində mexanik vəzifəsində; - xx.xx.1995-xx.xx.1998-ci illərdə 1 nömrəli rayonlararası İstehsalat Təmir Tikinti Trestində sürücü; - xx.xx.1999-xx.xx.1999-cu il ərzində “Star” taksi firmasında sürücü; - xx.xx.1999-xx.xx.2000-ci il ərzində “X4” Ltd şirkətində mexanik köməkçisi; - xx.xx.2002-xx.xx.2002-ci illərdə həmin şirkətdə yarımixtisaslı quraşdırıcı; - xx.xx.2002-xx.xx.2003-cü, xx.xx.2004-xx.xx.2006-cı, xx.xx.2007-xx.xx.2009-cu, xx.xx.2010-xx.xx.2010-cu, xx.xx.2011-xx.xx.2011-ci, xx.xx.2012-xx.xx.2017-ci illərdə ərzində həmin şirkətdə metal konstruksiya quraşdırıcısı; - xx.xx.2018-xx.xx.2019-cu il ərzində "xxxx" QSC “Zığ” Gəmi təmir və tikintisi zavodunun Gəmi tikintisi bölməsinin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 4-cü dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində işləmiş; - xx.xx.2019-cu ildən hal-hazıradək isə həmin bölmənin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. 2. “X2” CSC tərəfindən verilmiş 13 mart 2017-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1999-xx.xx.2000-ci və xx.xx.2002-xx.xx.2002-ci illər ərzində metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi, xx.xx.2002-xx.xx.2012-ci illər ərzində müxtəlif dövrlərdə və xx.xx.2012-xx.xx.20 17-ci illər ərzində həmin müəssisədə metal konstruksiya (polad) quraşdırıcısı vəzifəsində işləmişdir. 3. "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilmiş RN03/18 nömrəli 1 mart 2021-ci il tarixli arayışa əsasən iddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında xx.xx.2018-ci ildən 4-cü, xx.xx.2019-cu ildən isə 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı vəzifəsində işləyir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən bölmə Xİ, bənd 11/6, a - bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bə ndinə uyğundur.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********8 nömrəli, xx.xx.2020-ci il tarixdə **********6 nömrəli, xx.xx.2021-ci il tarixdə **********4 nömrəli və xx.xx.2021-ci il tarixdə **********8 nömrəli məktublarla imtina cavabı vermişdir.

5. İmtinaların ümumi cəhəti güzəştli iş stajının 12 il 6 aydan az olduğuna istinad edilməsində təzahür etsə də, 7 iyul 2020-ci il tarixdə **********8 nömrəli ilk imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1999-xx.xx.2000-ci və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “X4 MMC”də işlədiyi quraşdırıcı köməkçisi və yarımıxtisaslı quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.

6. Cavabdehin sonrakı imtina məktublarında isə qeyd edilmişdir ki, təqdim edilən “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 17 sentyabr 2020-ci il tarixli 12M01/144 nömrəli arayışında işlədiyi gəmi gövdə quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsində (11) nəzərdə tutulduğu qeyd olunmuşdur. Lakin sözügedən Siyahının həmin bölməsində işlədiyi gəmi gövdə quraşdırıcı peşəsi nəzərdə tutulmamış, bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 5 ay 25 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 11 avqust 2020-ci il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlüdür. xx.xx.1982-ci ildən hal-hazıradək əmək fəaliyyətindədir. xx. xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “X2” LLC firmasında konstruksiya (polad) quraşdırıcı vəzifəsi və xx.xx.2018-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. xx.xx.2020-ci il tarixədək 32 ildən çox ümumi və 12 il 6 ay güzəştli iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, güzəştli iş stajının 12 il 6 aydan az olduğuna istinad edilərək imtina cavabı verilmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən verilmiş 22 may 2020-ci il tarixli arayışında iddiaçı xx.xx.2018-ci il tarixdən hal-hazıradək həmin müəssisədə Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsində işlədiyi, qeyd edilən vəzifənin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 11-ci bölmə, 11/6 bəndinə əsasən təmirçi gəmi gövdəçiləri bəndinə uyğun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci (metal emalı) bölməsində ancaq Gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdıcıları vəzifələri nəzərdə tutulmuş, iddiaçının əmək kitabçası və yuxarıda adı qeyd edilən arayışda istinad edilən gəmi gövdə quraşdırıcısı vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. Yuxarıda qeyd edilən arayışda işəgötürən əssasız olaraq iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsini təmirçi gəmi gövdəçiləri peşəsi ilə eyniləşdirmişdir. Bu zaman işəgötürən qeyd edilən peşələrin hansı səbəbdən və hansı normativ-hüquqi akta istinad edilərək uyğunluğunu izah etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi “X2” CSC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1999-xx.xx.2000-ci və xx.xx.2002-xx.xx.2002-ci illər ərzində metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2012-ci illə r ərzində müxtəlif dövrlərdə həmin müəssisədə metal konstruksiya (polad) quraşdırıcısı peşəsində işləmişdir. İşəgötürən müəssisə öz arayışında həmin peşələrin güzəştli peşələr olmasını qeyd etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmış müvafiq siyahıda iddiaçının işlədiyi qeyd edilən peşələrin də həmin siyahıda olmaması müəyyən edilir.

10. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 may 2021-ci il tarixli, **********353500 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarında “X2” MMC adlı vergi ödəyicisinin uçotda olması barədə məlumat aşkar edilməmişdir.

11. Məhkəmə sorğus u əsasında daxil olmuş “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 8 iyun 2021-ci il tarixli, RM02/02-364 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya verilmiş arayışda gəmi gövdə quraşdırıcısı peşəsi üzrə işləməsinə baxmayaraq, metal gəmi gövdələrinin yığıcısı bəndinə uyğun olduğu göstərilmiş, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların Siyahısı”nın bölmə Xİ, bənd-11/6, a bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur.

12. Həmin məktuba əlavə edilmiş "xxxx" X3 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 nömrəli dəyişiklikdən və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatından aydın olur ki, 5-ci dərəcə gəmi gövdə quraşdırıcısının peşəsi üzrə işin xüsusiyyətinə “stapeldə (tərsanədə) gəminin orta hissəsi üçün iriqabaritli mürəkkəb əyriliyə malik, iki qurtaracağı üçün kiçik qabaritli mürəkkəb keçidlərə malik gövdə konstruksiyalarının nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Stapel yığmada cihazlardan istifadə etməklə gövdə konstruksiyalarının nişanlanması, yoxlanılması və mürəkkəb əyriliyə malik səthlərdə hissələrin yerləşdirilməsi. Mürəkkəb keçidlərə malik iri qabaritli konstruksiyaların yığılması və quraşdırılması üçün istifadə olunan oturacaqların və şablonların yığılması, quraşdırılması və yoxlanılması. Tökmə konstruksiyalarının (ştevenlər, sükanın perosu, avar vallarının kronşteynləri) nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Gəmi gövdəsinin çöl örtüyünün nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Çöl örtüyünün mürəkkəb əyriliyə malik metal təbəqələrinin hazırlanması və yerinə qoyulması. Metal təbəqələrin yelkənvari şəkildə və dəyişən radiusu əyriliyə malik profil prokatını soyuq və isti halda əymək, qalınlığı 6 mm-ə qədər olan poladdan hazırlanmış gövdə konstruksiyalarının əyriliyinin aradan qaldırılması. Gövdə konstruksiyalarının 2 Mpa-dan 4 Mpa ya qədər təyziqlə hidravlik sınaqdan keçirilməsi. Gəmi gövdəsinin yığılması zamanı briqadaya rəhbərlik etmək” aiddir. Qeyd edilən peşə üzrə işçi gəminin orta hissəsi üçün iri qabaritli bölmələrin, hər iki qurtaracağı üçün mürəkkəb keçidli blok bölmələrinin optik cihazın köməyi ilə nişanlanması və yoxlanılmasını, stapeldə gəmi gövdəsinin yığılması zamanı nişanlanma və yoxlama işlərinin üsullarını, hidravlik sınağın qaydalarını və texniki şərtlərini, nəzarət ölçü cihazlarının quruluşunu, tökmə konstruksiyalarının nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, baş mexanizmlərin özüllərinin nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, gəmi gövdəsi üçün bölmələrin yığılmasının ardıcıllığını və texnologiyasını, nazik divarlı mürəkkəb konstruksiyalarda əyriliyin aradan qaldırılmasının metod və üsullarını, optik cihazlardan istifadə qaydalarını, xüsusi mürəkkəb həndəsi fiqurları, istənilən mürəkkəbliyə malik cizgilərin oxunmasını, yerinə yetirilən işlərin texnoloji və texniki sənədlərini, gəmi gövdəsinin konstruksiyasını bilməlidir.

13. Cavabdehin imtina məktublarında kı ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqana edilmiş sorğuya cavab olaraq, cavabdehin 4 noyabr 2021-ci il tarixli **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filialına təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “X2 LLC” şirkətinin ona dair 13 mart 2017-ci il tarixli 3895 nömrəli arayışında qeyd edilən məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 10 il 5 ay 25 gün (xx.xx.2002- xx.xx.2003-ci il, xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikin tisi zavodunun 17 sentyabr 2020-ci il tarixli, 12M01/144 nömrəli arayışında iddiaçnın 6 avqust 2018-ci il tarixindən bu günədək Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) təmirçi gəmi gövdəçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edi lmir.

14. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-4811/2021 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, iddiaçıya 11 avqust 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixədək iddiaçının 60 yaşının tamam olması, ümumi iş stajının 25 ildən çox olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi və xx.xx.2002-xx.xx.2003-ci il, xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2007xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər üzrə güzəştli iş stajı 10 il 5 ay 25 gün olma sı hissəsi işin mübahisələndirməyən hallarına aiddir. İşin mübahisəli halı xx.xx.2018-ci ildən bu günədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı dövrün güzəştli dövr kimi qəbul edilməməsində ifadə olunmuşdur. İşəgötürənin məhkəməyə təqdim etdiyi "xxxx" X3 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 nömrəli dəyişiklik və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatı ilə müəyyən edilmişdir ki, gəmi gövdə quraşdırıcı peşəsi əslində metal gəmi gövdələrinin yığıcıları peşəsidir. Cavabdeh tərəfindən işin bu halını təkzib edəcək hər hansı sübut təqdim edilmədiyin dən məhkəmə iddiaçının xx.xx.2018-ci il tarixdən hal-hazıradək işlədiyi dövrü güzəştli şərtlərlə pensiya verən sığorta stajı kimi qəbul etmişdir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" X3 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 18 aprel 2022-ci il tarixli RM03/02-177 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcı peşəsinin peşə təlimatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 mart 1996-cı il tarixli 3-11 nömrəli qərarı ilə təsdiq edilmiş “Gəmi qayırma və gəmi təmiri sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kit abçası”nın (hissə 23) “Yığıcı (metal gəmi gövdələri üzrə)” peşəsinə əsasən istehsalata uyğun olaraq tərtib edilərək təsdiq olunmuşdur. Məktuba əlavə edilən həmin peşə təlimatlarında hər iki vəzifə üzrə işin xüsusiyyətləri, funksiyalar eyni olmuşdur.

18. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 22 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubuna əsasən iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14506,39 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 37724,89 manat olmaqla cəmi pensiya kapitalı 52231,28 manat təşkil edir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 may 2022-ci il tarixli, **********1 nömrəli “Peşələrin uyğunluğu haqqında” məktubunda qeyd edilmişdir ki, “gə mi gövdə quraşdırıcısı” peşəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı İlə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri İşləri" hissəsində “metal gəmi gövdələrinin yığıcıları” və “təmirçi gəmi gövdəçiləri” peşələri nəzərdə tutulmuşdur. “Gəmi gövdə quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan İşlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin v ə göstəricilərin 2 nömrəli Siyahısı”nın “XİV. Metal emalı” bölməsinin “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” sahəsinin “2150300a—18908” kodu ilə “təmirçi gəmi gövdəçiləri" peşəsinə uyğun hesab olunaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilə bilər.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-1359/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-4811/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmi n qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh qeyd edir ki, iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən tərtib edilmiş 22 may 2022-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildən halhazıradək həmin müəssisədə Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsində işləyir, qeyd edilən vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının bölmə 11, bənd 11/6 a bəndinə əsasən təmirçi gəmi gövdəçiləri bəndinə uyğundur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarındakı müvafiq siyahının 11-ci bölməsinə əsasən gəmi gövdə quraşdırıcısı vəzifəsi güzə ştli pensiya hüququ verən peşə kimi qeyd edilməmişdir. İşəgötürən əsassız olaraq Gəmi gövdə quraşdırıcısı vəzifəsini Təmirçi Gəmi Gövdəçiləri peşəsi ilə eyniləşdirmişdir. Bundan başqa “X2" QSC-də işlədiyi vəzifələr Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarındakı müvafiq siyahıda güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. Həmçinin işəgötürənin verdiyi arayışda da həmin vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. İddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şə xslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

11. Metal emalı... 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri a) fəhlələr:... metal gəmi gövdələrinin yığıcıları... təmirçi gəmi gövdəçiləri...

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bo rcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

33. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. iddiaçının 60 yaşının tamam olması; 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

34. Hazırki iş üzrə müəyyən olunur ki, 12 noyabr 2018-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olmuş, fərdi hes abın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi üçün kifayət etmiş, cavabdeh iddiaçının ümumi stajı və pensiya kapitalı ilə bağlı mübahisə açmamışdır.

35. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 10 il 5 ay 25 gün işləmişdir. Onun 6 avqust 2018-ci il tarixdən 11 avqust 2020-ci ilədək "xxxx" QSC-də işlədiyi Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə Xİ, 11/6 bəndində qeyd edilən təmirçi gəmi gövdəçiləri bəndinə uyğun olmadığından həmin dövr güzəştli staj kimi qəbul edilə bilməz. 36. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun məktubları əsasında apelyasiya instansiyası m əhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 6 avqust 2018-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək zavodda Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında gəmi gövdə quraşdırıcısı peşəsində çalışmışdır. Gəmi gövdə quraşdırıcısı və Siyahıda qeyd edilən təmirçi gəmi gövdəçiləri peşəsi ilə bağlı təlimatlardan göründüyü kimi hər iki vəzifə üzrə işin xüsusiyyətləri, funksiyaları eyni olmuşdur. Gəmi gövdə quraşdırıcısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının bölmə Xİ, bölmə bənd -11/6,a - bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhk əməsinin sorğusu əsasında apellyasiya məhkəməsinin hazırkı qərarından sonra həmin məhkəməyə daxil olmuş cavabdehin tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, gəmi gövdə quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 2 nömrəli Siyahısı”nın “XİV. Metal emalı” bölməsinin “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” sahəsinin “2150300a-18908” kodu ilə “təmirçi gəmi gövdəçiləri” peşəsinə uyğun hesab olunaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilə bilər.

38. Nazirliyin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 2 nömrəli Siyahısı”nın “XİV. Metal emalı” bölməsinin “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” sahəsinin “2150300a-18908” kodu ilə “təmirçi gəmi gövdəçiləri” həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “11. Metal ema lı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” sahəsində a) fəhlələr yarımbəndində “təmirçi gəmi gövdəçiləri” ilə eynilik təşkil edir.

39. İddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da təmirçi gəmi gövdəçiləri peşəsi ilə üst-üstə düşməklə güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir.

40. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, 25 ildən çox ümumi iş stajına, o cümlədən (62 yaşda) 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 11 avqust 2020-ci il tarixdən (62 yaşda) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxar ıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar