Məhkəmə qərarları › İş №2-1(102)-1509/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1509/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1509/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1105/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 55 yaşdan əmək pensiyası almaq hüququ yaranmışdır.

2. İddiaçı əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə ona xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda pensiya hüququnun yarandığı tarix xx.xx.2015-ci il göstərilmişdir. Lakin əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 32.1-1-ci maddəsinin tələblərinə əsasən müraciət etdiyi tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı 55 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh 25 avqust 2022-ci il tarixli, **********3 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən 288,67 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən, əmək fəaliyyəti dövrünün, o cümlədən, xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək 28 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.073,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 296,07 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 345,22 manata, xx.xx.2021-ci il tarixindən 384,58 manata çatdırılmışdır. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 il və daha çox işlədikdə) xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 14.641,20 manat pensiya kapitalı əsa sında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 587.93 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 607,92 manata çatdırılmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixindən yaranmışdır. Lakin iddiaçı yaşa görə əmək pensiyası təyinatı ilə bağlı xx.xx.2022-ci il tarixində müraciət etdiyi üçün pensiyası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2019-cu il tarixindən hesablanaraq ödənilməkdədir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ildən ona ödənilməyə başlanılmış, lakin 15 mart 2015-ci il tarixindən ödənilməmiş məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya almaq hüququ vardır və həmin hüquq sonradan ona məlum olduğuna görə 2015-ci ildən ona tətbiq olunmalı idi. İddiaçı xx xxxx 1960-cı il təvəllüdlüdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq 15 mart 2015-ci il tarixdən ona pensiya təyin edilməli idi. Lakin ona pens iya 6 may 2022-ci il tarixdən təyin olunmuş və 2015-ci ildən ona verilməli olan pensiya məbləğinin hər ay ona təyin olunmuş pensiyanın üzərinə gəlməklə DSMF-nin ona ödəməli olan və gecikdirilmiş pensiya məbləğini hər aya bölməklə hissə-hissə verməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində müraciət etdiyi üçün ötən dövr üzrə hesablanmış fərq məbləğinin xx.xx.2015-ci il tarixindən hesablanması qanunvericiliyə ziddir.

7. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (sədrlik edən: H.A.Ağalarov) 3 noyabr 2022-ci il tarixli, 2-1(112)-12304/2 022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququ əldə etsə də, əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ilə ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2019-cu il tarixdən ödənilməsi qərara alındığ ından, iddiaçının həmin tarixdən (xx.xx.2019-cu il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 2 mart 2023-cü il tarixli, 21(103)-1105/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 2-1(112)-12304/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəmə araşdırmaları zamanı təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2017-ci il tarixinədək, yəni qanunun əvvəlki redaksiyası qüvvədə olan müddətdə müraciət etməməsinin səbəbi kimi oğlunun ikinci dərəcə gözdən əlil olmasını, həmçinin özünün sağlamlığı ilə bağlı (əlində) problemlərin olmasını, həmin dövrdə başın ın ailəsinə və işinə qarışdığını bildirmiş, sədrlik edənin sualına cavab olaraq isə həmin dövrlərdə işlədiyini, sonrakı dövrdə isə oğlunun xaricdə əməliyyat olunduğu bildirmiş, oğlunun əlilliyinin hazırda da (birinci dərəcəli əlil) davam etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası isə qeyd edilən halları iddiaçının ən geci xx.xx.2017-ci il tarixədək pensiya təyini üzrə inzibati orqana müraciət etməməsinin üzrlü səbəbləri kimi qəbul etməmişdir. Ən azından, iddiaçı qeyd edilən dövrlərdə işləmiş (öz izahatına əsasən) və həmin dövrdə cavabdeh inzibati orqana bir ərizə yazaraq müraciət etməsinə maneə olan, iradəsindən asılı olmayan hallar barədə, həmçinin səhhətində ciddi problemlər barədə sübutlar təqdim etməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin halları ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq göstərir ki, apellyasiya instansiyası məhkəməsi ötürülmüş müddətin üzrlü olmasını tam və hərtərəfli araşdırmalı idi. Məhkəmə qərar qəbul edərkən hansı səbəbdən onun DSMF-yə gec müraciət etməsini hüququnu bilməməsi ilə əlaqələndirmişdir. Halbuki, ötürülmüş müddətin üzrlü olması ilə bağlı onun məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş və bu sübutları iş materialına əlavə etməmiş və ötürülmüş müddətin üzrlü olmasına aid dəlil sübutlara hüquqi qiymət verməyərək əsassız qərar qəbul etmişdir. Belə ki, onun himayəsində gözdən əlil övladı vardır. O, 1-ci qrup gözdən əlil oğlu Mustafazadə Xəyallı fiziki cəhətdən idarə etmək məcburiyyətindədir və rəsmi şəkildə ona qulluq edən şəxsdir. Hələ körpə yaşlarından gözündə problemlər olması səbəbi ilə həkimə müraciət etmiş və oğlu Mustafazadə Xəyalın gözündə ciddi xəstəlik aşkar edilmişdir. Oğlu sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınmış və məlum olduğu kimi ona qulluq etmişdir. O, bu övladının gözünün tam bağlanmamasından ötəri uzun illər həkim müayinələrində olmuş, bir neçə dəfə cərrahi əməliyyatlar aparılmış və hətta Türkiyə Respublikasına da əməliyyat üçün getmişlər. Bir gün belə olsun ki, oğlunu bir ana kimi həkimlərdən yayınmağa qoymamış, anadan olan gündən bu günə kimi övladını həkimlərə aparmış və öz pensiyasının müraciəti üçün müddəti üzrlü olaraq ötürmüşdür. Eyni zamanda, o, özü də 2015-2017-ci illərdə bir sıra xəstəliklərdən əziyyət çəkmiş və müalicələr almışdır. Onun və övladının səhhəti ilə bağlı üzrlü hallar individualdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1105/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər... 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı:...

75. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından (bax: 39-45-ci bəndlər) göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara gör ə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır....

81. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zama n yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır....

110. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 98-1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARA ALDİ:

1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən ç oxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi 98-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşman ın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.... 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtər əfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının 55 yaşdan əmək pensiya almaq hüququnun yaranması, lakin onun ilk dəfə xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciə t etməsi, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi, lakin əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 32.1-1-ci maddəsinin tələblərinə əsasən müraciət etdiyi tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən ödənilməsi işin mübahisələndirilməyən hallarıdır.

26. Hazırkı iş üzrə iddiaçının tələbi onun pensiya hüququnun yarandığı vaxtdan – 55 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsindən ibarətdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 98-1.4-cü maddəsinin tələblərinə əsasən, Ali Məhkəmənin işə baxan m əhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının bütün hakimlərdən ibarət tərkibdə qəbul etdiyi qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

28. Hazırkı qərarın 18-ci bəndində qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2 017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.

30. İddiaçının kassasiya şikayətində cavabdeh inzibati orqana xx.xx.2017-ci il tarixədək müraciət etməməsinin səbəbi kimi özünün və övladının səhhəti ilə bağlı gətirdiyi dəlillər apellyasiya şikayətində qeyd edilən dəlillərlə eynilik təşkil edir.

31. Bununla bağlı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək göstərir ki, iddiaçının himayəsində birinci qrup əlil övladının olması işin mübahisəsiz halıdır və iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsinin əsasında da övladının əlillik vəziyyəti dayanır.

32. Bundan başqa, iddiaçının kassasiya şikayətində özünün və övladının səhhəti ilə bağlı müvafiq sənədlərin elektron kabinet vasitəsi ilə məhkəməyə göndəriləcəyi qeyd edilsə də, elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, hazırkı qərarın qəbul edildiyi vaxta qədər müvafiq sənədlər nə apellyasiya instansiyası məhkəməsində, nə də kassasiya instansiyası məhkəməsində icraat bölməsinə əlavə edilməmişdir.

33. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haq lı olaraq qeyd etmişdir ki, iddiaçı qeyd edilən dövrlərdə işləmiş (öz izahatına əsasən) və həmin dövrdə cavabdeh inzibati orqana bir ərizə yazaraq müraciət etməsinə maneə olan, iradəsindən asılı olmayan hallar barədə, həmçinin səhhətində ciddi problemlər barədə sübutlar təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-1105/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar