Məhkəmə qərarları › İş №2-1(102)-151/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-151/2019

22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2019 22.01.2019 ALİ MƏHKƏMƏ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “04.04.1978-ci il tarixdən 20.09.1979-cu il tarixədək 42 №-li Tikinti İdarəsində, 20.09.1979cu il tarixdən 03.05.1985-ci il tarixədək X1 və 10.05.1985-ci il tarixdən 16.07.2001-ci il tarixədək Bakı Yağ Dondurma Bazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 10.05.1985-ci il tarixdən 17.09.1997-ci il tarixədək yükləyici i şlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-507/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X kəndində anadan olmuşdur. Əmək kitabçasına əsasən o, 04.04.1978-ci il tarixdən 20.09.1979-cu il tarixədək 42 №-li Tikinti İdarəsində, 20.09.1979-cu il tarixdən 03.05.1985-ci il tarixədək X1 və 10.05.1985-ci il tarixdən 16.07.2001-ci il tarix ədək Bakı Yağ Dondurma Bazasında işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 10.05.2018-ci il tarixli məktubla bildirmişdir ki, onun işlədiyi 42 №-li Tikinti İdarəsi, X2 və Bakı Yağ Dondurma Bazası hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Pensiya təyin edən komissiyanın qərarı ilə iddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. İddiaçı 22 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəm əsinə müraciət edərək, 04.04.1978-ci il tarixdən 20.09.1979-cu il tarixədək 42 №-li Tikinti İdarəsində, 20.09.1979-cu il tarixdən 03.05.1985-ci il tarixədək X1 və 10.05.1985-ci il tarixdən 16.07.2001-ci il tarixədək Bakı Yağ Dondurma Bazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 10.05.1985-ci il tarixdən 17.09.1997-ci il tarixədək yükləyici işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən edilmiş imtina əsassızdır. Belə ki, iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd olunmuşdur və həmin illərin güz əştli iş stajı kimi hesablanması üçün qanuni əsaslar mövcuddur. Müəssisənin arxiv sənədlərinin tapılmamasında və yoxlamanın mümkün olmamasında iddiaçının günahı yoxdur. Cavabdeh iddiaya etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz imtina məktubuna uyğun tərtib edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(84)-1009/2018 saylı iş) 16 iyul 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının 04.04.1978-ci il tarixdən 20.09.1979-cu il tarixədək 42 №-li Tikinti İdarəsində, 20.09.1979cu il tarixdən 03.05.1985-ci il tarixədək X1 və 10.05.1985-ci il tarixdən 16.07.2001-ci il tarixədək Bakı Yağ Dondurma Bazasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, 10.05.1985-ci il tarixdən 17.09.1997-ci il tarixədək Bakı Yağ Dondurma Bazasında yükləyici işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və ona 10.05.2015ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X5, 21(107)-507/2018 saylı iş) 25 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edi lməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda “Sənaye məhsulunun və xəlitənin qurudulması bölməsində yükləyicilər (7.4) peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi yükləyici peşəsinin güzəştli iş stajı sayılmasını mübahisələndirməmişdir. Qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, əmək pensiyaları, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müəyyən edilmiş müddətlərə təyin edilir. Cavabdeh inzibati orqan 10.05.2018-ci il tarixdə tələbin təmin edilməsindən imtina etmişdir. İş materialları ilə iddiaçının müraciət tarixini müəyyən etmək mümkün olmadığından 10.05.2018-ci il tarixdən əvvəlki 3 il üçün yəni 10.05.2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdeh 16 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 25 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 2012-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan qadınların 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çal ışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirir. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 04.04.1978-ci il tarixdən 20.09.1979-cu il tarixədək 42 №-li Tikinti İdarəsində, 20.09.1979-cu il tarixdən 03.05.1985- ci il ta rixədək X1 və 10.05.1985-ci il tarixdən 16.07.2001-ci il tarixədək Bakı Yağ Dondurma Bazasında işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan 42 №-li Tikinti İdarəsi, X2 və Bakı Yağ Dondurma bazası idarəetmə kombinatı hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qərar verərkən “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmamış, həmin maddənin tələbləri pozulmuşdur. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının icl asında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia çı zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləməsi nəzərə alınaraq, 52 yaşına çatdığından və azı 20 il iş stajı olmaqla bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığındangüzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh imtinasında və kassasiya şikayətində bildirir ki, qanunvericiliyə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan qadınların 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında q eyd olunan 42 №-li Tikinti İdarəsi, X2 və Bakı Yağ Dondurma Bazası idarəetmə kombinatı hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısının 7.4-cü bəndinə istinad etmişdir. İddiaçının əmək kitabçasında olan iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları q eyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilən iş stajının dövlət arxivinin arayışları ilə təsdiqlənməsi barədə hər hansı araşdırma aparmamışdır. Cavabdeh qarşılıqlı yoxlama zamanı iddiaçının əmək kitabçasında olan iş yerləri üzrə yoxlama aparmağın mümkün olmadığını bildirmiş, cavabdehin dəlili ilə bağlı araşdırma aparılmamış, yoxlama sənədləri tələb edilib qiymətləndiri lməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən iş stajı təsdiqini tapdığı halda Bakı Yağ Dondurma bazasında yükləyici peşəsinin Siyahıda Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinə aid 7.4-cü bəndə istinad edilən Sənaye məhsulunun və xəlitənin qurudulması sahəsində yükləyicilər peşəsi ilə üst-üstə düşməsinə münasibət bildirilməmişdir. İşin 7-ci səhifəsində olan arayışda iddiaçının Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində müvəqqəti məskunlaşdığı, işin 9-cu səhifəsində olan əmək kitabçasının surətində isə 1985-2001-ci illərdə Bakı şəhərində işləməsi qeyd edilmiş, bəhs olunan uyğunsuzluq-iş və yaşayış yerlərinin məsafəcə bir-birindən xeyli uzaq olmasına baxmayaraq eyni vaxtda müxtəlif yerlərdə yaşayıb işləməsinin mümkünlüyü, həmçinin əmək kitabçasında qeyd edilən əvvəlki iş yerinin həqiqətən mövcudluğu və iddiaçının həmin müəssisələrdə iş stajına malik olması araşdırılmamışdır. İPM-in 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılan zaman İPM-in sadalanan maddələrinin tələblərinin pozuntusu baş vermiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 sentyabr 2018-ci il tarixli 2-1(107)-507/2018 saylı qərarıləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar