Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi, işin ərazi aidiyyəti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə (bundan sonra mətndə cavabdeh) qarşı ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işin ərazi aidiyyəti ilə bağlı mübahisəyə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)211/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir.
3. Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İn zibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-211/2019 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə geri qaytarılmışdır.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi üzrə cavabdeh olan DSMF-nin Sumqayıt şəhər şöbəsi iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-386/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim C.Məmmədov) iddiaçının cavabdeh nazirliyə qarşı ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Sumqa yıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)252/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermiş, qərardadın ləğv edilərək işin araşdırılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
9. İddia ərizəsi məhkəməyə təqdim edilərkən cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında DSMF-nin Sumqayıt şəhəri olmuş, iddia məhkəməyə təqdim edilərkən aidiyyət qaydalarına əməl olunmuşdur. Hazırkı cavabdeh olan nazirlik Bakı şəhərində yerl əşsə də, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 11. etmişdir. 12. etmişdir. İddiaçının vəkili məhkəmə iclasında şikayətin təmin olunmasını xahiş Cavabdehin vəkili məhkəmə iclasında şikayətin rədd edilməsini xahiş Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzi bati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə ba ğlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığ ı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. O na görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
17. Kasasiyaşikayətinindəlilinəmünasibətdəməhkəməkollegiyasıaşağıdakılarıqey dedir.
18. İddiaçı birinci instansiya məhkəməsində iddiasında cavabdehi Azərbaycan Respublikası Cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi göstərmişdir.
19. Bundan sonra məhkəmə mahiyyəti üzrə işə baxaraq iddianı təmin etməmiş, apelyasiya məhkəməsi tərəfindən birinci inst ansiya məhkəməsinin qərarı ləğv edilərək iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, yalnız bundan sonra məhkəmə cavabdehi dəyişərək nazirliyi cavabdeh kimi tanımışdır.
20. İnzibati Prosessual Məcəllənin tələbinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddianın mübahisələndirmə haqqında iddia növü olması istisna olunur.
21. Qanunvericiliyə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
22. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növü deyil, digər iddia olduğundan, bu halda iddiaya cavabdehin ye rləşdiyi yerin məhkəməsində baxılmalı olduğundan, cavabdehin yerləşdiyi yer Bakı şəhəri və mübahisəyə baxılması ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəmənin səlahiyyətinə aid olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
23. Kasasiya şikayəti təmin edilmədən apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-252/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.