Məhkəmə qərarları › İş №2-1(102)-151/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-151/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüquqa dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli, 2-1(107)-241/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı, ******* nömrəli 2013-cü il 1 noyabr tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və Gülüş ən Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh 2018-ci il 16 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək X1 adının həmi n torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 22 may tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla ə saslandırmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, bir-birinə bitişik ümumi sahəsi 0,3227 ha olan 2 ədəd (0,2301 ha və 0,1381 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları 2013-cü il 1 noyabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Lakin qeyd olunan torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində keçmiş arvadı X3 mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi və keçmiş Döv lət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Zaqatala rayonu Çökəkoba kəndində aparılan torpaq islahatı ilə bağlı torpaq payı alacaq subyektlər siyahısından göründüyü kimi, həmin torpaq sahəsi yalnız onun mülkiyyətinə verilmiş və orada arvadının adı qeyd edilməmişdir. Üçüncü şəxsin qeydiyyatda olduğu ərazidə ona Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və ya dəyişiklik edilməsi, o cümlədən subyektlər siyahısında düzəlişlər edilməsi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3-cü və 2.4-cü maddə lərinə, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Belə ki, iddiaçıya Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 nömrəli qərarı ilə Zaqatala rayonu Çökəkoba kəndindən 0,3682 ha torpaq sahəsi verilmişdir. Lakin faktiki yerində 0,3227 ha torpaq sahəsi olduğu üçün həmin torpaq sahələrinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN seriyalı, 406896 nömrəli və AN seriyalı, 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. AN seriyalı, 406896 nömrəli və AN seriyalı, 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində qeyd olunan 0,1381 ha və 0,2301 ha kənd təsərrüfatı təyinatlı to rpaq sahələri üzərində iddiaçının və iş üzrə üçüncü şəxsin ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxsin etirazları:

7. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının texniki səhv adlandırdığı qeydlər əslində üçüncü şəxsin mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş inzibati aktdır. Bu inzibati akt başqa hüquq müəyyənedici sənədlər əsasında aparılmışdır. Həmçinin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür. Eyni zamanda, özəlləşdirilmiş torpaq sahəsində üçüncü şəxsin də payı mövcuddur. Bundan başqa, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş üçün əhəmiyyət kəsb edən Aqrar İslahat Komissiyasının 2017-ci il 27 dekabr tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 fevral tarixli, 2-1(84)-19/2019 nömrəli qərarı i lə iddia təmin edilmiş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 2013-cü il 1 noyabr tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin konkret dairəsini müəyyən etmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxoz və kolxozun ərazisində olan şəxslər həmin siyahıya aid edilm işdir. İddiaçının keçmiş həyat yoldaşı olan hazırkı iş üzrə üçüncü şəxsin adının sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamasına baxmayaraq, cavabdeh tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” hazırlanarkən iddiaçı ilə yanaşı onun da adı qeyd edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 nömrəli qərarı ilə iddiaçıya verilmiş 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, habelə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb o lunması qadağandır.

10. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli, 2-1(107)-216/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli, 2-1(102)-2321/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2019-cu il 2 may qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın qanuni əsasını mülkiyyət hüququnun həqiqi hüquqi vəziyyətə uyğun aparılıb-aparılmaması təşkil etdiyindən, qiymətləndirmə qüvvədə olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 saylı qərarına uyğun olaraq mülkiyyət hüququnun ümumi birgə mülkiyyət kimi qeydə alınması üçün əsas təşkil edilib-edilməsinə qiymət verilməli idi. Bunun üçün isə ilk olaraq həmin qərar və onunla təsdiq edilmiş torpaq sahələrinin ayrılmasına dair siyahının mövcudluğu müəyyən edilməli idi. İşin hallarından gö ründüyü kimi, iddiaçıya və ya üçüncü şəxsə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinə dair həm istinad olunan qərar, həm də ona əlavə edilmiş siyahı müəyyən edilməmiş, məhkəmənin istinad edilən siyahıların mənbəyi isə qeyri-müəyyən olmaqla, iddiaçının adı müxtəlif sıra nömrələri ilə qeyd olunmuşdur ki, bu halda torpaq qanunvericiliyin tələblərinə əsasən ilkin sənədlərin hansı sənədlər təşkil etdiyi aydın deyildir. Eyni zamanda, ilkin sənədlərin mövcudluğu ilə bağlı məhkəmələr tərəfindən yalnız cavabdehə sorğular verilmiş, lakin həmin qərarın və ona əlavə edilmiş siyahı ilə bağlı Zaqatala rayon İcra hakimiyyətinə və ya Zaqatala rayon Dövlət Arxivinə sorğular verilməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindək i ikinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 2 dekabr tarixli, 2-1(107)-128/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019cu il 5 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısının iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilməsi də iş materialları ilə təkzib olunur. Belə ki, Zaqatala AİK-sı tərəfindən təsdiq edilmiş "Zaqatala rayonu Göyəm kənd Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında 0,06 ha həyətyanı və 0,21 ha əkin torpaq sahəsi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən siyahı həm həyətyanı torpaq sahəsi, h əm də əkin torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı Daşınmaz Əmlakın kadastr və ünvan reyestr xidmətinin 2020-ci il 26 noyabr tarixli, **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədlərindən görünür ki, “Bakı Fəhləsi” kolxozunda özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında İddiaçı və X4 adları qeyd edilmiş, üçüncü şəxs X2 adı isə qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Aqrar İslahat Komissiyasının 2017-ci il 27 dekabr tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməməsi ilə bağlı bildirmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 №-li qərarı ilə iddiaçıya verilmiş 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi ilə bağlı tərt ib edilmiş müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, habelə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

18. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-443/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il 2 dekabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi h esab etmişdir ki, -apellyasiya instansiyası məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə əməl edərək bir sıra sənədlər əldə etmiş, lakin həmin sənədlərlə bağlı araşdırma aparmamışdır. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin əldə etdiyi rayon aqrar islahat komissiyasının 1999cu il 27 dekabr tarixli qərarından görünür ki, bu qərarla Zaqatala rayonunun Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramı və kompleks yer quruluşu layihəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-in 1995-ci il 9 iyun tarixli qərarı qüvvədən düşmüş, təsərrüfatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla subyektlər arasında torpaqların keyfiyyət qruplarına mütənasib naturada bölgüsünə dair Göyəm kəndi YAİK-ın qərarı nəzərə alınmışdır. Apellyasiya məhkəməsi yerli aqrar islahat komissiya sının qərarının mövcudluğu, həmin qərarda mübahisə olunan torpaq sahəsi ilə bağlı iddiaçı və üçüncü şəxsin adlarının olması barədə araşdırma aparmamışdır. - Apellyasiya məhkəməsinin istinad etdiyi işin 2-ci cild 118, 120 və 147-ci səhifələrində olan yekun cədvəllərdən görünür ki, 118-ci səhifədə olan siyahıda iddiaçıya aid yalnız 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu, 120 və 147-ci səhifələrdə olan cədvəllərdə isə iddiaçıya aid 0,06 ha həyətyanı torpaq sahəsinin olması ilə yanaşı 0,23 ha otlaq torpaq sahəsi olduğu qeyd edilmiş, sonrakı siyahılar rayon torpaq şöbəsinin müdiri tərəfindən imza və möhürlə təsdiq edilməmiş, digər iki təşkilat nümayəndəsinin imzası olsa da, həmin təşkilatların möhürü vurulmamış, yalnız islahata aidiyyəti olmayan orqan olan bələdiyyə sədri tərəfindən imzalanm ış və möhürlənmiş, apellyasiya məhkəməsi sənədlərdə olan bu çatışmazlıqlar barədə araşdırma aparmamışdır. - İddiaçı ilə üçüncü şəxsin nikahı 1996-cı ilin oktyabr ayında bağlanmışdır. Lakin apellyasiya məhkəməsi üçüncü şəxsin hansı vaxtdan Şəki rayonu Göyəm kəndində yaşamasını müəyyən etməmiş, torpaq sahəsi alan subyektlərin siyahısı tərtib edilərkən üçüncü şəxsin islahat gedən ərazidə yaşayıb-yaşamamasını araşdırmamışdır. - “Torpaq islahatı haqqında” Qanun dərc edilən vaxt üçüncü şəxsin iddiaçı ilə nikahı vardı və məhkəmə tərəfindən Qanunun 12-ci maddəsinin tələblərinin mövcudluğu, yəni sovxoz və kolxozlarda daimi işləyən şəxs olması və ya bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxs olması üçüncü şəxsə münasibətdə yoxlanılmamışdır. - Apel lyasiya məhkəməsi qərarında “Torpaq sahəsinin planı və ölçüsü”ndə olan sənədlərdə təkcə iddiaçının adının qeyd edildiyinə əsaslanaraq üçüncü şəxsin adının çıxarışda səhv yazılması qənaətinə gəlsə də, rayon torpaq şöbəsinin arayışlarını tədqiq etməmiş, həmçinin həmin sənədlərdə istinad edilən aqrar islahat komissiyasının qərarı işığında yuxarıda göstərilən araşdırmanı aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 sentyabr tarix li, 2-1(107)-241/2021 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 5 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı əvvəl yaşadığı Zaqatala rayon Muxax kəndində pay torpaq sahəsi almamış, 1996-cı ildə iddiaçı ilə rəsmi nikaha girmiş və onun yaşadığı Çökəkoba kəndinə köçmüş və orada qeydiyyata düşmüşdür. Onun yaşadığı Çökəkoba kəndi “Bakı fəhləsi” kolxozunun ərazisində yerləşən kənd olmuşdur. Həmin dövrdə o, iddiaçı ilə birgə yaşadığı üçün həmin kənddə müəyyən olunmuş torpaq payı normasına uyğun torpaq sahəsi almışdır. Əgər Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı həmin ünvanda iddiaçı ilə birgə yaşamasa idi iddiaçıya normaya müvafiq bir torpa q payı verilməli idi. Onlara verilmiş torpaq payları üzərinə mülkiyyət hüququnu təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında Əmlakların Dövlət Reyestrinin çıxarışı verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adına istər əvvəlki yaşayış yeri olan Muxax kəndi, istərsə də sonradan köçüb yaşadığı Çökəkoba kəndində pay torpaq sahələr alacaq şəxslərin (subyektlərin) siyahısında adının hər hansı səbəbdən olmaması heç də onun digər subyektlər kimi torpaq payı almaq hüququ məhdudlaşdıra bilməz. Çünki həmin subyekt siyahısına adının qeyd edilməməsi onun səhvi hesab edilə bilməz. - Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mü lkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Odur ki, iddia tələbinin təmin edilməsi üçüncü şəxs X2 mülkiyyət hüququnu pozmuş olar.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlillərinin əsasını idd ia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarında Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızına "Bakı fəhləsi" kolxozunda (Zaqatala rayonu, Çökəkoba kəndi) torpaq payı verilməsi ilə bağlı sübut və sənəd mövcud olmamışdır. Lakin məhkəmə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının səlahiyyətlərini mənimsəyərək Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının da "Bakı fəhləsi" kolxozunda torpaq payı alacaq şəxslər siyahısına daxil etmişdir. Halbuki, "Torpaq islahatı haqqında" Qanunun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fə aliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Sovxoz və kolxozların islahatı haqqında" Qanunun 7-ci maddəsində isə rayon ərazisində aqrar islahatın aparılmasının təmin edilməsi Rayon Aqrar islahat Komissiyalarının hüquq və vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında" Əsasnamənin 1-ci bəndində qeyd olunur ki, sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması «Torpaq islahatı haqqında» Qanunun 5-ci və 21-ci maddələrinin və "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında" Əsasnamənin 6-cı maddəsinə əsasən, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən k ompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı təsdiq edir. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Yuxanda qeyd olunanlar nəzərə alınmaqla aşağıda qeyd olunanların araşdırılması və həmin məsələlər üzrə məhkəmələrin hüquqi mövqe bildirməsi zəruridir, çünki, həmin ziddiyyətli məqamlar aydınlaşdırılmasa hazırda mübahisələndirilən qərar yeni məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır.

25. Kassasiya şikayətinə əlavə edilmiş analoji işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarından da göründüyü kimi, Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 2011-ci il 1 yanvar tarixdən q üvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla (MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşsə, onlar yeni qanıma görə də mübahisələndirilə bilməz. İşdə olan sənədlərdən də göründüyü kimi, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının da "Bakı fəhləsi" kolxozunda torpaq payı alacaq şəxslər siyahısında yoxdur. Əgər, Ali Məhkəməsinin İnzibati Kollegiyası hazırki qərarı əsaslı hesab edəcəyi təqdirdə yeni məhkəmə təcrübəsi yaratmış olacaqdır ki, bu da son nəticədə analoji işlərdə əvvəllər iddiası təmin edilməyən şəxslərə təkrar məhkəməyə müraciət etmək hüququ yaradacaq, həmçinin indiyədək məhkəmə təcrübəsinə əsasən iddia qaldırmayan və "Bakı fəhləsi" kolxozunda qeydiyyatda olmuş (Zaqatala rayonu, Çökəkoba kəndi) torpaq payı almaq hüquq olan şəxslərə iddia qaldırmaq imkanı yaradacaqdır. Nəzərə alınmalıdır ki, Zaqatala rayonu, Çökəkoba kəndində torpaq payı verilməyən 10-larla şəxs vardır. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şi kayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 31. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələri n, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

32. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 33. “Torpaq islahatı haqqında” Qanun 30 sentyabr 1997-ci ildə dərc edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.

34. Göründüyü kimi, qanunverici sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin konkret dairəsini müəyyənləşdirmişdir. Onlardan biri də bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslərdir.

35. Zaqatala rayon qeydiyyat şöbəsinin 2018-ci il 14 avqust tarixli, 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumatdan və Zaqatala Rayon Məhkəməsinin 2017-ci il 29 noyabr tarixli, 2(033)-1840/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X2 nikahı haqqında 1996-cı il 26 oktyabr tarixli, 69 №-li, nikahın pozulması haqqında isə 2018-ci il 30 yanvar tarixdə 11 №-li akt qeydi tərtib edilmi şdir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı nikahdan əvvəl yaşadığı Zaqatala rayon Muxax kəndində pay torpaq sahəsi almamış, 1996-cı ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuş və iddiaçının yaşadığı Çökəkoba kəndinə köçmüşdür. 37. “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə mindiyi vaxtda üçüncü şəxs iddiaçı ilə nikahda olmuş və onunla birlikdə Çökəkoba kəndində yaşayırdı.

38. İşdə olan A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmişdir.

39. Həmçinin A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmişdir.

40. Hər iki sənəd 2012-ci il 3 avqust tarixdə, yəni iddiaçı ilə üçüncü şəxsin birgə nikahda olduqları və birgə yaşadıqları vaxtda tərtib olunmuşdur. Eyni ilə, həmin sənədlərdə istinad olunan Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli, 81 №-li qərarı da iddiaçı ilə üçüncü şəxsin birgə nikahda olduqları və birgə yaşadıqları vaxtda qəbul olunmuşdur.

41. Həmçinin müəyyən edilmişdir ki, Zaqatala rayonu Çökəkoba kəndində torpaq islahatı aparılarkən vətəndaşlara (subyektlərə) torpaq sahəsinin ayrılmasına dair ilkin siyahı Zaqatala rayon Dövlət Arxivinə təh vil verilməmişdir.

42. Cavabdehin təqdim etdiyi, mübahisə olunan çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin 2013-cü il 18 oktyabr tarixli, 688 və 689 saylı arayışlarında “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən kənd təsərrüfatı məhsulları üçün verilən 0,1381 ha və 0,2301 ha torpaq sahələrinin iddiaçı ilə üçüncü şəxsin ümumi birgə mülkiyyətinə verildiyi qeyd edilmişdir.

43. Beləliklə, Zaqatala rayonu Çökəkoba kəndində torpaq islahatı aparılarkən vətəndaşlara (subyektlərə) torpaq sahəsinin ayrılmasına dair ilkin siyahının Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmədiyi, iddia olunan torpaq sahələri üzərində hüquqların qeydiyyatının isə, bu qeydiyyatın aparıldığı vaxtda torpaqların dövlət idarəetməsinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin arayışlarındakı məlumatlar əsasında aparıldığı, həmin arayışlarda 0,1381 ha və 0,2301 ha torpaq sahələrinin iddiaçı ilə üçüncü şəxsin ümumi birgə mülkiyyətinə verildiyinin qeyd olunduğu nəzərə alındıqda, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqlara ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin məzmunun dəqiqliyi (mötəbərliyi) qəbulediləndir.

44. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

45. Yuxarıda göstərilən lərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli, 2-1(107)-241/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar