Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Hərbi Vətənpərvərlik və X3” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “Hərbi Vətənpərvərlik və X3” MMC-nin (Qeydiyyat tarixi: xx.xx.2013; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “məcburi sosial sığorta haqları üzrə borcun silinməsi” tələbinə dair iş üzrə Bak Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-171/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina edərək əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir.
2. Azərbayc an Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X3” MMC yaradılmış və ləğv edilmiş Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı təhvil-təslim aktı əsasında “Hərbi Vətənpərvərlik və X3” MMC-nin balansına verilmişdir. 3. “Hərbi Vətənpərvərlik və X3” MMC -nin sədrinin 6 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialı yaradılmışdır.
4. Könüllü Hərbi X4 Cəmiyyətinin xx.xx.2012-ci il tarixə 11315,13 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmuş və həmin borc iddiaçının şəxsi hesab vərəqəsində əks etdirilmişdir.
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 11315,13 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsini xahiş etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2019-cu il tarixli **********0 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 012-ci il 13 iyul tarixli 681 saylı Fərmanın İİİ hissəsinə əsasən, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi və əmlakını dövlətə verdiyi nəzərə alınaraq, onun əmlakı “Hərbi Vətənpərvərlik və X6” MMC-yə verilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin Nəsimi X8 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüququ varisi olaraq yaranmış “Hərbi vətənpərvərlik və X3” MMCnin Nəsimi rayon 1 n ömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. 6. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında”.Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bak ı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin Nəsimi rayon 1 nömrəli Filialına aidiyyəti olmayan 11.315,13 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi olmadığından (bu hal məhkəmə qərarları ilə də təsdiq edilir) mübahisələndirilən borc iddiaçı tərəfindən ödənilməməlidir.
9. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanına və DSMF-nin 10 iyun 2019-cu il tarixli **********0 saylı məktubuna istinad edərək qeyd etmişdir ki, Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı iddiaçıya verildiyindən cəmiyyətin 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüquq varisi olaraq yaranmış “Hərbi vətənpərvərlik və X3” MMC-nin Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinın (hakim R.Kərimli) 09 mart 2021-ci il tarixli, 2-1(112)1489/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Hərbi Vətənpərvərlik və X3” MMCnin 1 nömrəli Filialına yazılmış 11.315,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012ci il tarixli 681 nömrəli Fərmanının müddəaları AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və X3” MMC-nin Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi qismində çıxış et məsini nəzərdə tutmur. Belə ki, Fərmanın 3-cü bəndi ilə sonuncunun könüllü olaraq dövlətə verdiyi əmlakının yeni yaradılmış adıçəkilən quruma (MMC-yə) verilməsi hüquqi varisliyi təsbit etmiş olmur. Odur ki, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə borcu üçün Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X3” MMC və ya onun filialı öhdəlik daşıya bilməz və həmin borcun hazırkı iddiaçıya aid edilməsi qanunvericiliyə ziddir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 13. 13 yanvar 2022-ci il t arixdə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)171/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 09 mart 2021-ci il tarixli, 2-1(112)-1489/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda k assasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazda qeyd etdiyi işin hallarını və dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı iddiaçıya verildiyindən, Cəmiyyətə məxsus aktivlər ilə yanaşı öhdəliklər də iddiaçı müəssisəyə ötürülməlidir. Başqa sözlə, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanda Könüllü Hərbi X4 Cəmiyyətinin ləğv edilməsi və ya yenidən təşkili məsələlərinin qeyd edilməməsi öhdə liklərin yeni yaradılan cəmiyyətə (iddiaçıya) keçməməsi anlamına gəlmir. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
18. Üçüncü şəxs kasasiya şikayətində işin hallarını təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2018-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə hesabat təqdim edərkən iddia predmeti olan 11.315,13 manat borcu da öz borclarına əlavə etmişdir. Eyni zamanda, müəssisənin rəisi X2, baş mühasibi X5 və böyük məsləhətçisi X1 iştirakı ilə tərtib edilmiş aktda 1 yanvar 2011-ci il tarixinə sığortaedənin DSMF-yə həmin məbləğlərdə borcunun olduğu qəbul edilmişdir. Sözügedən sənədlər Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmasına baxmayaraq, təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmiş, qərar qəbul edərkən iddiaçı “Hərbi Vətənpərvərlik və X3” MMC-nin Sumqa yıt şəhər 1 nömrəli filialının cavabdeh qismində tərəf olduğu fərqli mübahisə predmetinə dair mülki iş üzrə qəbul edilmiş qərara istinad edilmiş, bununla da apellyasiya instansiya məhkəməsi İPM-in 12.1 və 58.7-ci maddəsinin tələblərini pozmuşdur. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-171/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllə: Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.... Madd ə
56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəx sin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə
59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses i ştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hər i ki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorların dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin 14 iy un 2012-ci il tarixdə növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina edərək əmlakının dövlətə verilməsinə dair qərar qəbul etməsi, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə “Hərbi Vətənpərvərlik və X3” MMC yaradılması, ləğv edilmiş Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakının təhvil-təslim aktı əsasında “Hərbi Vətənpərvərlik və X3” MMC-nin balansına verilməsi və Könüllü Hərbi X4 Cəmiyyətinin xx.xx.2012-ci il tarixə olan 11.315,13 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcunun iddiaçının şəxsi hesab vərəqəsində əks etidirlməsi (cavabdeh tərəfindən iddiaçıya aid edilməsi) işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.
29. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı Azərbaycan Respubl ikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı iddiaçıya təhvil verildiyindən, sonuncunun (cəmiyyətin) xx.xx.2012-ci il tarixə olan 11315,13 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcuna görə iddiaçının öhdəlik daşıyıb-daşımaması ilə bağlıdır. Başqa sözlə, aydınlaşdırılmalı məsələ iddiaçının Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi olub-olmamasıdır.
30. Məhkəmə kollegiyası hüquq varisliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X3” MMC yaradılmış və ləğv edilmiş Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı təhvil-təslim aktı əsasında “Hərbi Vətənpərvərlik və X3” MMC-nin balansına verilmişdir. Başqa sözlə, sözügedən Fərmanda iddiaçı müəssisənin Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi olması, onun nəzdində və ya balansında təşkil edilməsi (hüquqi şəxs kimi yenidən təşkil edilməsi) qeyd edilməmişdir. Mülki Məcəllənin 55 və 56-cı maddələrinə əsasən, hüquqi şəxslər yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə yolu ilə) hüquq varisliyi yaranır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, Könüllü Hərbi X4 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina etmişdir ki, bu hal MM-nin 55 və 56-cı maddələrinin deyil, 59.1-ci maddəsinin (hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başq a şəxslərə keçmədən xitam verilməsi deməkdir) təsiri dairəsinə düşür.
31. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı iddiaçı müəssisəyə verilərkən birincinin aktivləri ilə yanaşı, passivləri də iddiaçıya keçmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina edərək, əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir. Göründüyü kimi, Könüllü Hərbi X4 Cəmiyyəti əmlakını iddiaçıya deyil, dövlətə vermişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və H ərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X3” MMC yaradılmış və ləğv edilmiş Könüllü Hərbi X4 Cəmiyyətinin əmlakı təhvil-təslim aktı əsasında “Hərbi Vətənpərvərlik və X3” MMC-nin balansına verilmişdir. Başqa sözlə, Könüllü Hərbi X4 Cəmiyyətinin dövlətə verdiyi əmlak Fərmanla iddiaçının balansına verilmişdir.
32. Qeyd edilənlərə əsasən, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Hərbi Vətənpərvərlik və X3” MMC Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi deyildir.
33. Bundan başqa, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)2621/2016 saylı qərarındakı (iş üzrə tərəflər: “Hərbi Vətənpərvərlik və X3” MMC və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsus i Rütbəli Şəxslərlə İş Departamenti; iddia tələbi: məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi) hüquqi mövqeyə əsasən, “Hərbi Vətənpərvərlik və X3” MMC Könüllü Hərbi X4 Cəmiyyətinin hüquqi varisi deyildir. Sözügedən qərarın tərəfləri hazırkı iş üzrə iddiaçı və ƏƏSMN-nin məcburi sosial sığorta haqlarının toplanmasına və nəzarət edilməsi ilə bağlı səlahiyyətinin ötürüldüyü cavabdeh olduğundan (başqa sözlə, sözügedən səlahiyyətə münasibətdə hazırkı iş üzrə cavabdeh hüquqi varis olduğundan) İPM-nin 78-ci maddəsinə əsasən, həmin qərarla müəyyən edilmiş hal hazırkı işin tərəfləri üçün preyudisialdır.
34. Bundan əlavə, məhkəmə kollegiyası üçüncü şəxsin “iddiaçının 2018-ci il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabat təqdim edərkən iddia predmeti olan 11.315,13 mana t borcu öz borclarına əlavə etməsi və müəssisənin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilmiş borcun etirafı ilə bağlı akt bağlanması”na dair dəlilləri ilə əlaqədar qeyd edir ki, hesabatlarda və ya aktlarda müəyyən məbləğlərin əks etdirilməsi, o cümlədən təsdiq edilməsi həmin məbləğlərin iddiaçı tərəfindən yenidən hesablana bilməsi (o cümlədən, mübahisələndirilməsi) və zəruri olduqda bu məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməsi imkanını istisna etmir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənl ərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-171/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.