Məhkəmə qərarları › İş №2-1(102)-151/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-151/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliyə edilmiş müvafiq dəyişikliyin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illəri sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-425/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 10.09.1984-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayı şda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Xanlar rayon (indiki Göygöl rayon) Mexanikləşdirmə zavodunda müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “metal emalı üzrə misgər”, xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “elektrik qaynaqçısı – misgər” peşələrində olmaqla, 17 il 3 ay isti iş şəraitində müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Həmin peşələr iddiaçıya güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı”nın 11.14-cü bölməsi “misgər”, 35-ci bölməsi “elektrik qaynaqçıları”). 4. 24.02.2023-cü il tarixli fərdi şəxsi hesab haqqında arayışa əsasən iddiaçı 2021ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək işləyərək əməkhaqqı almışdır.

5. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdən Göygöl MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir.

6. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1983-xx.xx.2005-ci il tarixlər i arasındakı dövr ərzində "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay, 2002-ci il üzrə 1 ay, 2003cü il üzrə 2 ay, 2004-cü il üzrə 4 ay, 2005-ci il üzrə isə 2 ay olmaqla, ümumilikdə 30 ay əməkhaqqı ödənilmədiyi aşkar edilib. Bu fakt Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktı ilə təsdiq edilib. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 1 ay 24 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 11 ay, 1999-cu il üzrə 11 ay, 2001ci il üzrə 11 ay, 2002-ci il üzrə 11 ay, 2003-cü il üzrə 10 ay, 2004-cü il üzrə 8 ay, 2005-ci il üzrə isə 10 ay və 2021-2022-ci illər üzrə cəmi 5 ay) təşkil edir. Belə ki, 2021-2022-ci illərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə cəmi 5 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kap italı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19679,34 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət e dərək, 1992-ci il tarixdən 2005-ci il tarixədək sosial sığorta stajına daxil edilməmiş illərin, eyni zamanda, 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtinasındakı dəlillərə istinad edərək, iddianın təmin olunm amasını xahiş etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 09 mart 2023-cü il tarixli, 2-1(114)-466/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1983-xx.xx.2005ci tarixədək "xxxx" ASC-də və 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. İddiaçının qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni 60 yaşından (xx.xx.2022-ci il tarixdən) əmək pensiyası hüququ yarandığından, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Rəşad Mamedov) 07 iyun 2023-cü il tarixli, 2-1(104)-425/2023 nömrəli qərarı ilə cavabdehin apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərindən biri də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. Lakin işə baxan məhkəmələr əsassız olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına istinad edərək iddia tələbini təmin etmişdir. xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələri yeni redaksiyada verilmişdir. xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9. 7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi, eyni zamanda, apellyasiya instansiya məhkəməsi tərəfindən qanunvericilik normasının tələbləri pozularaq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olmayan redaksiyasına istinad edilərək iddiaçının iddia tələbi təmin edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan i şlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 1 4.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisəl əri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya m əlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı

11. Metal emalı 11.14. Metal emalının digər peşələri a) fəhlələr: misgərlər

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kas sasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə v ə ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İ nzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış, lakin mübahisəli hüquq münasibətləri nə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyasının müddəaları baxımından iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçı 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtlərindən biri – “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərti iddiaçıya münasibətdə mövcud deyildir.

35. Lakin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyiş iklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli həmin Qanunun keçid müddəalarında təsbit edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 36. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müva fiq yaşa çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən etibarən mövcuddur.

38. Belə ki, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması iş materialları ilə öz təsdi qini tapır. İddiaçının ümumi iş stajının 25 ildən az olması barədə cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, müəssisənin əməkhaqqı cədvəllərində bəzi aylarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə də, iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğu ndan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları). Eləcə də ödənilmiş əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqlarının tutulmaması iddiaçının məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz.

39. Həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olması və işlədiyi peşələrin (“metal emalı üzrə misgər” “elektrik qaynaqçısı – misgər) və sahələrin metal emalı və ümumi peşələr sahələrinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.

40. Odur ki, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

41. İddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixədək nəzərə alına bilər. Həmin tarixdən sonrakı dövr isə iddiaçıya təyin olunacaq əmək pensiyasının qanunvericiliyə müvafiq olaraq yenidə n hesablanması zamanı nəzərə alınacaqdır.

42. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilməli, iddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-425/2023 nömrəli qərarı qismən, yəni iddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı vaxtdan güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilir. İddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göygöl MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-425/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar