Məhkəmə qərarları › İş №2-1(102)-151/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-151/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-151/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın icrasının dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(103)-2881/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(112)-2049/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər R ayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 21(103)-819/2021 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

4. A zərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2021ci il tarixli, 2-1(102)-1499/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-819/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1556/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməsi üçü n cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. Cavabdeh xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarın ləğv edilməsi və işə yenidən baxılaraq iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Eyni zamanda cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarının icrasının dayandırılması xahiş etmişdir.

11. Vəsatət onunla əsaslandırılmışdır ki, qərarın icrasını mümkünsüz edən və daha əvvəllər məlum olmayan yeni açılmış hallar müəyyən edilmiş və bununla bağlı İdarə t ərəfindən müvafiq inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər.

12. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) xx.xx.2024-cü il tarixli, 2 21(112)-158/2022 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, hazırkı mərhələdə ərizənin uğurluluq ehtimalı aydın olmadığından (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin uğuru məhkəmə araşdırmasının nəticəsindən asılıdır) təcili tənzimləmə üçün təxirəsalınmaz ehtiyac müəyyən edilmir və ərizəçi (cavabdeh) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması ilə əlaqədar sübutları da məhkəmə təqdim etməmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), A.P.Oruczadə və G.M.Abbasova) 8 avqust 2024-cü il tarixli, 21(103)-2881/2024 nömrəli qərardadı ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(103)-2881/2024 nömrəli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti vəsatətə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(103)-2881/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayan dırılması barədə qərardad qəbul edə bilər. Maddə 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında veril miş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, on a görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İlk öncə nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəlləsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.

27. İşə baxan apellyasiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, icraatın təzələnməsinə əsas ola bilən yeni açılmış hallar mövcud deyildir. Bu baxımdan, icraatın təzələnməsi barədə ərizəsinin böyük ehtimalla uğurlu olacağı da görünmür. Çünki, ərizəsində İPM-in 100-cü maddəsinə müvafiq olaraq iş üzrə icraat başa çatdıqdan sonra, ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını əks etdirən əsaslı yeni sübutlar və ya halların mövcudluğu müəyyən edilmir.

28. Beləliklə, yuxarıda istinad olunan normalara görə qərarın icrasının dayandırılmasına əsas ola bilən hallar müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 21(103)-2881/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar