Məhkəmə qərarları › İş №2-1(102)-1510/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1510/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1510/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, iş yeri üzrə peşənin Siyahıda olan istehsalat, peşə və vəzifə ilə üstüstə düşməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.10.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-746/2020 saylı, 3 mart 2020-ci il tarixli qərarından cavabde hin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 04.01.1979-cu ildən 22.12.1980-cı ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər “Şirvanneft” NQÇİ-də Neftin kompleksli hazırlanma sexində 3-cü dərəcəli təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər “Azneft” İB-nin Tikinti Trestinin 2 saylı TikintiQuraşdırma İdarəsində 4-cü dərəcəli rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər “Azərenerji” xüsusi təmir müəssisəsinin Əli-Bayramlı təmir sahəsində 4-cü dərəcəli rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər «Azərenerjixüsusitəmir» müəssisəsinin Əli-Bayramlı sa həsində 4-cü dərəcəli rəngsaz, 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfaltbeton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər X9-Tikinti-3 ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işləmişdir (əmək kitabçası). Şirvan “xxxx” ASC-nin Güzəştli iş stajı haqqında 13.11.2019-cu il tarixli arayışına əsasən iddiaçının 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfalt-beton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər Əli-Bayramlı xxxx ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işlədiyi dövrlər 5 il 22 gün təşkil edir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 2 9-cu bölməsinin a) bəndindəki “asfalt-beton yayan fəhlə”lər kimi təsdiq olunmuşdur İddiaçı ərizə ilə 05.08.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 22 avqust 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 9.1, 9.8-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı 31 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yar andığı 01.10.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Qanunun şərhin düzgün vermir, çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri ondan ibarətdir ki, 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən, bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə ya şa görə pensiya təyin edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı Siyahısı»-na əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını 01.08.1997-ci il tarixə kimi toplamışlarsa, kişilər 55 yaşdan, lakin həmin maddəyə “13.06.1997-ci il tarixli, 321-İQD №-li Qanun”un İ hissəsinin 1-ci bəndi ilə edilmiş dəyişikliyə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2006-ci il yanvarın 1-dək hər il 6 ay artırıldığından, toplamayan şəxslər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. Həmin qanuna əsasən vətəndaşın tələb olunan ümumi və xüsusi iş stajı və yaşı olmalıdır. Ona görə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu Qanun qüvvəyə minədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmağın yalnız yaşa və staja görə təyin edilməsinin mümkünlüyünü qeyd edir. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələ blərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün yaşı (kişilər 1-ci siyahıya əsasən 50, 52, qadınlar isə 45, 47 yaşdan və 2 siyahıya əsasən kişilər 55, 57, qadınlar isə 50, 52 yaşdan müəyyən edilir) və stajı (kişilər 1-ci siyahıya əsasən 20 il ümumi, 10 il xüsusi iş stajı və qadınlar 15 il ümumi, 7 il xüsusi iş stajı və 2-ci siyahıya əsasən kişilər 25 il ümumi, 12 il 06 ay xüsusi və qadınlar isə 20 il ümumi, 10 il xüsusi iş stajı müəyyən edilir) olmalıdır. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilm iş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya mübahisələndirilə bilməz. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-4719/2019 saylı iş) 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.10.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarix dən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 1 ay 4 gün ümumi və 23 il 1 ay 16 gün güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi “təmizləyici” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X Bölməsinin 3-cü yarımbölməsinin təmizləyicilər – 11000000-19555 şifrinə, “rəngsaz” vəzifəsi XXXİİİ Bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar – 23200000-13450 şifrinə, “asfalt-betonçu” v əzifəsi isə XXVİİ Bölməsinin “a” yarımbəndinin asfalt-betonçular – 2290000a-11140 şifrinə uyğunlaşdırılmalıdır. Cavabdeh iddiaçının 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olub-olmaması mübahisələndirilmir, yalnız, iddiaçının təqdim etdiyi sənədlər əsasında fərdi hesabının sığorta hissəsində qeyd alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını bildirir. Cavabdehin imtinasında qeyd olunan hal “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01.07.2017-ci il tarixdən əlavə edilmişdir. İddiaçı isə ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “B” bəndinə əsasən pensiya təyin olunmasını istəyir. 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X1, 2-1(103)-746/2020 saylı iş) 3 mart 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 20 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrini düzgün təfsir etmir. Nəzərə almaq lazımdır ki, cavabdehin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayın da qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. İddiaçı 1 oktyabr 1960-cı il təvəllüdlüdür, yəni Qanunun 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixinədək güzəştli pensiya hüququ ve rən yaş həddinə çatmamışdır. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərini pozub. “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 57 yaşdır. Ümumi əsaslarla, yəni Qanunun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 57 yaşının tamam olduğu 11 noyabr 2017-ci ildə, 63 il 6 ay olmuşdur. Qanunun 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 222 aya (144 ay + 7 8 ay) bölünməlidir. 78 ay iddiaçının pensiyaya çıxmaq hüququnun yarandığını iddia etdiyi 57 yaşla Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 57 il = 06 il 6 ay). tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 57 yaşının tamam olduğu 1 oktyabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan iddiaçıya pensiya təyin edilə bilməz. Cavabdeh şikayətində də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddianı əsaslı saymamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü madd əsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 1 oktyabr 1960-cı ildə anadan olmuş, 57 yaşı 1 oktyabr 2107-ci ildə tamam olmuşdur. İddiaçı 57 yaşından pensiya hüququnun olmasını bildirsə də, əslində hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.2-ci maddəsinə əsasən pensiya təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası ) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmə k stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; q adınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə iddiaçı 1997-ci ilin avqust a yının 1-dək 55 yaşına çatmışsa və azı 25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışsa, onun 55 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Əgər iddiaçının 1997-ci ilin avqust ayının 1-dək azı 25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması təsdiq olunmazsa, bu stajlar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı ilin yanvar ayının 1-dək əldə olunarsa, bu zaman 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədlərinin 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması hesablanmaqla yaşa görə güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Apelyasiya instansiyası məhkəməsi də bəhs olunan hüquq normalarının işığında iddiaçının 57 (55+2) yaşd an pensiya hüququnun olması qənaətinə gəlmişdir. İddiaçının 57 (55+2) yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilə qədər azı 25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlə pensiya hüququ verən peşədə çalışması təsdiq olunmalıdır. İddiaçının 1 yanvar 2006-cı ilə qədər 25 ildən az olmayan sığorta stajı olması mübahisə doğurmur. Lakin apelyasiya məhkəməsi iddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə çalışmasını ətraflı araşdırmamışdır. İşin 28-ci səhifəsində olan əmək kitabçasının surətinə əsasən iddiaçı 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər “Şirvanneft” NQÇİ-də Neftin kompleksli hazırlanma sexində 3-cü dərəcəli təmizləyici peşəsində işləmişdir. Apelyasiya məhkəməsinin mövqeyi nə görə iddiaçının işlədiyi “təmizləyici” vəzifəsi Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X Bölməsinin 3-cü yarımbölməsinin təmizləyicilər – 11000000-19555 şifrinə uyğunlaşdırılmalıdır. Əmək kitabçasına görə iddiaçı 25.05.1981-ci ildən 16.03.1983-cü illərdə neft-qaz sahəsində çalışmışdır. 2 №-li Siyahıda neft-qaz sahəsini əhatə edən Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlanan Xİİ bölmədə “təmizləyici” peşəsi qeyd edilməmişdir. Apelyasiya məhkəməsinin istinad etdiyi X bölmə Kimya istehsalatına aiddir. İddiaçının 2 saylı Siyahıda Kimya istehsalatı bölməsində “təmizləyici” peşəsində işləməsi yoxlanılmamışdır. İddiaçı 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər “Azneft” İB-nin Tikinti Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsində 4-cü dərəcəli rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər “Azərenerji” xüsusi təmir müəssisəsinin Əli-Bayramlı təmir sahəsində 4-cü dərəcəli rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər “Azərenerjixüsusitəmir” müəssisəsinin Əli-Bayramlı sahəsində 4-cü dərəcəli rəngsaz peşəsində işləmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının işlədiyi “rəngsaz” vəzifəsi XXXİİİ Bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar – 23200000-13450 şifrinə uyğunlaşdırılmalıdır. Siyahıda qeyd edildiyi kimi, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli peşə sayılır. İddiaçı nın təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz peşəsində işləməsi yoxlanılmamışdır. İddiaçı 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfaltbeton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər X9-Tikinti-3 ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işləmişdir. 2 saylı Siyahıda “asfalt-betonçu” vəzifəsi XXVİİ Bölməsinin “a” yarımbəndinin asfaltbetonçular – 2290000a-11140 şifrinə uyğunlaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2000-2006-cı illərdə işlədiyi peşə 2 saylı siyahıda olsa da, bu dövr qanunda tələb edilən 12 il 6 aydan azdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlə pensiya hüququ yaranan zaman 12 il 6 ay güzəş tli şərtlə pensiya hüququ verən peşədə çalışması qənaətinə gəlmiş, lakin işin bu halları ilə bağlı araşdırma aparmamışdır. İPM-in 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılan zaman İPM-in sadalanan maddələrinin tələblərinin pozuntusu baş vermiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh kasasiya şikayətində apely asiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. Cavabdeh şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 9.1-ci maddəsinə istinad edərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin işığında baxılmalı olduğundan, iddiaçının 55 yaşı 1 iyul 2017-ci ilə qədər tamam olduğundan hazırkı halda “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-c i ildən qüvvədə olan 9.1-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Odur ki, şikayətin bu dəlili əsaslı sayılmır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 mart 2020-ci il tarixli 21(103)-746/2020 saylı qərarıləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar