Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1510/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, mediasiyaya müraciət, mütəmadi pozuntunun mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin X8 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunması və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməli olan əməkhaqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-34/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X8 şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində işləmişdir. 2. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi vəzifələrinin icrası zamanı mütəmadi olaraq pozuntuya yol verməsi əsası ilə müvafiq əmrlə iddiaçını işdən azad etmiş və onunla son haqq-hesab aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə istinadən xx.xx.2022-ci il tarixdə dövlət qulluğuna xitam verilməsi barədə əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X8 Şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsin də işləmişdir. xx.xx.2022-ci il tarixdə nazirlik onunla bağlanılmış əmək müqaviləsinə heç bir səbəb göstərmədən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə xitam verilmişdir. xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsi ilə düzəliş edilməsi barədə Mediasiya Şurası vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixə çağırış olmuş, lakin nazirlik tərəfindən nümayəndə göndərilməmiş, telefon vasitəsi ilə Mediasiya Şurası onlarla əlaqə saxlamış onlar isə bildirmişlər ki, bu məsələ dövlət qulluğuna aid olduğu üçün yalnız inzibati məhkəmə vasitəsi ilə həll edilməlidir.
5. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)-1208/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı ilə Əmək Müfəttişliyi Xidmətinin X8 Şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildimişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas Nazirliyin Aparatının xx.xx.2022-ci il tarixli **********6 nömrəli və X7 Xidmətinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli xidməti məruzələri olmuşdur. İlk öncə Nazirliyə X7 Xidmətinin (bundan sonra Xidmət) xx.xx.2022-ci il tarixli **********1 nömrəli xidməti məruzəsi daxil olmuşdur. Məruzədə qeyd edilmişdir ki, Xidmətin X8 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı barəsində Göyçay rayon Prokurorluğundan xx.xx.2022-ci il tarixli 826xid/-22 nömrəli məktub daxil olmuşdur. Məktubda Göyçay rayon Prokurorluğu tərəfindən Aznar QSC-nin tabeliyin də olan “Kəndimiz” restoranında işləyən işçilərlə əmək müqavilələri xx.xx.2022-ci ildə bağlanıldığı lakin sistemə prokurorluqda araşdırma aparılan zaman yəni xx.xx.2022-ci il tarixində qeydiyyata alınması bildirilmişdir. Özünü X7 Xidmətinin Göyçay rayon üzrə əməkdaşı kimi təqdim edən İddiaçı adlı şəxs xx.xx.2022-ci tarixində Göyçay rayon prokurorluğunun inzibati binasına gələrək X4 barəsində inzibati icraata başlamamasını istəmişdir. Bununla bağlı Xidmətdə müvafiq araşdırma aparılmış, X8 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı ilə izahat işi aparılmışdır. O, izahatında qardaşının ona zəng etdiyini və qohumu Q.Qarayevin Göyçay rayon prokurorluğu tərəfindən aparılan araşdırılması barədə köməklik göstərilməsini istədiyini bildirmişdir. Eyni zamanda o, qardaşının qohumu Q.Qarayev ilə əlaqə saxladığı zaman restoranda işçilərin əmək müqavilələrinin mövcudluğu barədə sual ünvanlamış, olmadığı halda üç mindən beş minədək cərimə olunacağı məlumatını verdiyini izahatında bildirmişdir. Həmçinin, izahatında hadisə ilə əlaqədar Göyçay rayon prokurorluğuna yaxınlaşaraq özünü X7 Xidmətinin X8 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi kimi təqdim etmiş və işin hansı vəziyyətdə olduğunu öyrənmək məqsədi ilə müstəntiq N.İbrahimov ilə görüşdüyünü etiraf etmişdir. Lakin görüş vaxtı müstəntiq N.İbrahimov iclasa getdiyinə görə məlumat ala bilmədiyini qeyd etmişdir. Bununla belə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı birbaşa öz vəzifə səlahiyyətlərindən istifadə edərək prokurorluqda aparılan araşdırmaya müdaxilə etmək fikrində olduğu öz təsdiqini tapmışdır. Qeyd edilən mə ruzə Nazirliyə daxil olduqdan sonra Nazirlik tərəfindən “İddiaçı xidməti fəaliyyətinin araşdırılması haqqında” xx.xx.2022-ci il tarixli **********6 nömrəli əmr verilmişdir. Buna müvafiq olaraq, Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən Göyçay Rayon Prokurorluğundan Xidmətə daxil olmuş məlumatda qeyd edilən məsələlərlə əlaqədar İddiaçı Nazirliyin Aparatına dəvət olunmuş, ondan həmin hallarla bağlı izahat alınmış, təqdim etdiyi izahatda Xidmətin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məruzəsində göstərilən faktları etiraf etmiş, nəticədə onun vəzifə səlahiyyətlərini aşması halı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı barəsində intizam tənbeh tədbiri kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı (dövlət qulluğundan azad edilməsi) maddəs i seçilmiş həmin Qanunun 33.1.6-cı maddəsi əsasən xx.xx.2022-ci il tarixdə Nazirliyin **********4 əmri ilə işdən azad olunmuş və onunla son haqq-hesab aparılmışdır.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunmağı və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməli olan əməkhaqqının ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(116)-1208/2023 nömrəli qərarı ilə (haki m X2) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatında onun dövlət qulluqçusunun etik davranış qaydalarına zidd hərəkətə yol verdiyinə dair etiraf etdiyi öz təsdiqini tapmamışdır. İddiaçı izahatında sözügedən araşdırmaya müdaxilə ilə bağlı deyil, məlumat almaq məqsədi ilə prokurorluğa getmiş olduğunu, yaranmış situasiya ilə bağlı isə hər hansı məlumat əldə etmək imkanı olmadan inzibati binanı tərk etdiyini bildirilmişdir. Digər tərəfdən, prokurorluq tərəfindən şəxsin inzibati icraatın başlamamasına dair hərəkətinin nədə ifadə olunduğu aydınlaşdırılmamışdır. İddiaçının əmək intizamına riayət edilməsinə dair sorğu verilmiş, mübahisləndirilən əmrdən əvvəlki bir illik dövr ərzində barəsində intizam icraatı aparılmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 20.1.3-cü və 25.11-ci maddələrində nəzərdə tutulmuş hərəkətə yol vermədiyi, onun barəsində qəbul edilmiş əmrin hərəkətə münasibətdə qeyri-adekvat olduğu öz təsdiqini tapmışdır.
11. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(107)-34/2024 nömrəli qərarı (hakimlər X1 (məruzəçi), X5 və X6) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(116)-1208/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini və ya mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Dövlət qulluğu haqqında” Qanunun 25.1, 25.2.6, 33-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
16. Belə ki, əvvəla iddia ərizəsi nəzərdə tutulmuş müddət çərçivəsində məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin tətbiqində kobud pozuntuya yol verilmişdir. İddiaçı mübahisəli xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta vermişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məlum olur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulduğu qaydada 30 gün müddətində iddia ərizəsi ilə müraciət etmək əvəzinə, bu müddəti 59 gün gecikdirərək müəyyən edilmiş müddəti buraxmışdır.
17. Şikayətdə daha sonra qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı yalnız “xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. Lakin məhkəmə qərarında iddia tələbi kimi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Şöbəsinin “baş əmək müfətt işi - baş məsləhətçi” vəzifəsinə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əməkhaqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi” kimi qeyd edilmişdir. Qeyd edilən dəyişikliklə bağlı Nazirliyə hər hansı məlumat verilməmiş, həmçinin müdafiə hüququ təmin edilməməklə yanaşı, qərarda müvafiq məlumat göstərilməmiş və ya qərardad qəbul edilməmişdir. Bundan başqa Nazirliyə məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəyişdirilməsi xahişi ilə bağlı hər-hansı ərizə təqdim edilməmişdir.
18. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı barəsində əvvəllər də əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci il tarixdə töhmət verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, A zərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldi kdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icr a etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə
20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndə si olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki kom issiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tu tulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9. Dövlət qulluqçusu qa nunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə
33. Dövlət qulluğuna xitam ve rilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;... Maddə
34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir 21. “Mediasiya haqqında” Azərbaycan Respubli kasının Qanunu Maddə
30. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Maddə
32. Mediasiya prosesinə xitam verilməsi... 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xi tam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.... Maddə
35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Aidiyyət... 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr mü əyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətind ə, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... 38.4. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə
54. İddianın dəyişdirilməsi 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyiş dirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 31.Cavabdeh öz mövqeyinin əsaslı olmasını və apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin qanuni olmaması ilə bağlı kassasiya şikayətində bir neçə dəlil irə li sürmüşdür. Həmin dəlillər bunlardır: İddia müddətinin ötürülməsi İddia tələbinə dəqiqləşdirilməsi barədə ərizənin cavabdehə təqdim edilməməsi Əmrin əsaslı olması
32. Məhkəmə kollegiyası hər bir dəlilə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İddia müddətinin ötürülməsi
33. Cavabdeh qeyd edir ki, iddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı əmri xx.xx.2022-ci ildə alsa da, iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta vermiş, bununla da 30 günlük iddia müddətini ötürmüşdür. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qərarında şəxsin mediasiyaya müraciət etməsi müddət axımını dayandıran hal kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixlərdə mediasiya sessiyası üçün ərizə il ə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Nazirlik Mediasiya Şurası tərəfindən çağırılmış, lakin Nazirliyin nümayəndələri telefon vasitəsi ilə bildirmişdilər ki, bu məsələ dövlət qulluğuna aid olduğu üçün yalnız inzibati məhkəmə vasitəsi ilə həll edilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Əks yanaşma “Mediasiya haqqında”, “İnzibati icraat haqqında” Qanunların, eləcə də İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olar.
35. Belə ki, “Mediasiya haqqında” Qanunun 30-cu maddəsində qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irə li gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.
36. Hazırkı mübahisə “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmuş istisnaya aid olmadığından (istisna inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələrə aiddir) iddiaçının mediasiyaya müraciət etməsi tam qanunidir.
37. Bundan əlavə İPM-in 38.4-cü maddəsinin tələbinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Qanunla ilə müəyyən edilir. “Mediasiya haqqında ” Qanununda da qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
38. Beləliklə, iddiaçı inzibati orqanın qərarından mediasiya prosesinin tətbiqi ilə əlaqədar olaraq mediasiyaya müraciət etdiyindən, müraciət əsasında iddia müddətinın axımı dayandırıldığından cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürlüməsi ilə bağlı arqumentlərinin hüquqi əsası olmamışdır. İddia tələbinə dəqiqləşdirilməsi barədə ərizənin cavabdehə təqdim edilməməsi
39. Cavabdeh qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə versə də, birinci instansiya məhkəməsi həmin ərizə ilə onları məlumatlandırmamış, bununla da onların iddiadan müdafiə olunmaq hüquqları pozulmuşdur.
40. Məhkəmə kollegi yası cavabdehin bu dəlili ilə əlaqədar olaraq qeyd edir ki, İPM-in 54.1-ci maddəsinin tələbində əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
41. Maddənin məzmunundan da aydın olur ki, qanunverici iddiaçının iddia tələbini dəyişdirməyə iki halda (bunlar alternativdirlər) yol verir:
1. Cavabdehin razılığı;
2. Və ya məhkəmənin bunu məqsədə müvafiq hesab etməsi.
42. Hazırkı vəziyyətdə iddiaçının iddia tələbinin dəyişdirilməsi məhkəmənin bunu məqsədə müvafiq hesab etməsi nəticəsində baş vermişdir.
43. İPM-in 54.2-ci maddəsinin tələbinə görə cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazıl ı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir.
44. Bu hissədən də belə anlaşılır ki, cavabdeh iddia tələbinin dəyişdirilməsi barədə sonradan da mövqeyini bildirə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi həmin prosesdə iştirak etmiş, iddiaçı iddia tələbi barədə çıxış edərkən bu hal barəsində məlumatlı olmuşdur. Lakin hər hansı bir etiraz və ya vəsatətin olması barədə iş materiallarında məlumat yoxdur.
45. Başqa sözlə qərar qəbul edilənədək cavabdeh iddia tələbinin məzmunundan xəbərdar olduğundan kassasiya şikayəti bu hissədə də təmin edilə bilməz. Əmrin əsaslı olması
46. Cava bdeh qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş əmr qanunidir. Belə ki, iddiaçı barəsində əvvəllər verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmamış, öz səlahiyyət həddini aşmışdır.
47. Şikayət müəllifinin bu dəlilini əsasız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçı barəsində əvvəlki intizam tənbeh tədbiri xx.xx.2021-ci il tarixli əmrlə verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə istinadən Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Yəni iddiaçı barəsində intizam tənbehinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixədək olmuşdur.
48. Hazırkı mübahisə edilən əmr isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir ki, həmin dövrdə iddiaçı barəsində qüvvədə olan hər hansı tənb eh növü mövcud olmamışdır.
49. Bundan əlavə, iddiaçının işdən azad edilməsi barədə əmrdə onun vəzifələrinin icrası zamanı mütəmadi olaraq pozuntulara yol verildiyi qeyd edilmişdir. 50. “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinə görə dövlət qulluqçusu vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol verildikdə dövlət qulluğu vəzifəsindən azad edilə bilər. Azərbaycan dilinin izahlı lüğətində mütəmadi sözünün leksik mənasına görə mütəmadi sürəkli, ara verməyən, davamlı, daimi surətdə baş verib gedən hərəkətlərdə özünü ehtiva edir. Bu normanın tətbiqi üçün şəxsin barəsində intizam tənbehinin tətbiq edilməsi üçün əvvəllər verilmiş intizam tənbehi qüvvədə olmalıdır. Cavabdeh iddiaçının vəzifəsinin icrası zamanı mütəmadi olaraq pozuntuya yol verməsini xx.xx.2022-ci il tarixli əm rində əsaslandırmamış, əvvəllər qüvvədə olan intizam tənbehinin tətbiqi barədə əmrin mövcudluğunu sübut edə bilməmişdir.
51. Yuxarıda vurğulandığı kimi, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmr verilərkən vəzifəsinin icrası zamanı mütəmadi olaraq pozuntuya yol verməsini təsdiq edən hallar olmamış, belə bir mütəmadiliyin mövcudluğu nə iş materiallarında, nə də cavabdeh tərəfindən verilmiş şikayətdə öz təsdiqini tapmamışdır.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
53. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya sı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-34/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.