Məhkəmə qərarları › İş №2-1(102)-1511/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1511/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1511/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: səyyar vergi yoxlamasına dair qərarın ləğvi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7, vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-146/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı Vergilər Departamentinin xx xxx 2015-ci il tarixli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı 2013-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri xx xxxxxx 2016-cı il tarixli **********907213 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərar qəbul edilmiş, qərarla 2013-cü ilin mədən vergisi üzrə 355.50 manat, 2014-cü ilin mədən vergisi üzrə 4268 manat, 2015-ci ilin mədən vergisi üzrə 1067.50 manat, 2013-cü ilin sadələşdirilmiş vergisi üzrə 410.81 manat, 2014-cü ilin sadələşdirilmiş vergisi üzrə 4424.87 manat, 2014-cü ilin gəlir vergisi üzrə 305.65 manat, 2014-cü ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 1650.53 manat, 2015-ci ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 3301.06 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.4-cü maddələrinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı Vergilər Departamentinin xx xxx 2015-ci il tarixli qərarına əsasən onun sahibkarliq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanin nəticələri barədə xx xxxxxx 2016-cı il tarixli akt tərtib olunmuşdur. Həmin akt əsasında ona 15.699.92 manat əlavə dəyər vergisi hesablanmış və 8.051.98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Cənub Gülbax əhəng daşı yatağında mişar daşının istehsalı ilə məşgul olmuşdur. Vergi orqanının əməkdaşları yoxlama zamanı ekspertiza təyin etmiş, ekspertin təqdim etdiyi rəy əsasında guya müəyyən edilmişdir ki, onuntərəfindən istehsal olunmuş mişar daşının qiyməti 20 qəpikdir. Vergi orqanı əməkdaşları yoxlamaya həmçinin mütəxəssis də cəlb edərək guya müəyyən etmişlər ki, yoxlanılan dövrdə onun tərəfindən 856.613 ədəd mişar daşı istehsal edilmişdir. Hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli **********907213 nomrəli akt əsassızdır və ləğv edilməlidir. Vergi orqanının əməkdaşı obyektə vizual baxış keçirmişdir. Baxış zamanı tam aydın olmuşdur ki, daş karxanası istehsal üçün yararsız vəziyyətdədir. Ona görə ki, mişar daşı istehsalı üçün mütləq şəkildə deformasiyaya uğramamış əhəng daşı tavaları olmalıdır, həmçinin bu daş tavalarının diametrinin (sahəsinin)geniş olması əsasdır. Lakin ona məxsus sahədə daş tavaları deformasiyalı (qırıq tavalar)olmuşdur. Bu səbəbdən istehsal edilən mişar daşı ta valarının 50 % dən çoxu satışa yararsız olmuşdur. Bu da faktiki qazancın əldə edilməsini mümkünsüz edir. Hər yeni tavanın üzərini istehsal üçün açdıqda eyni mənzərə ilə qarşılaşmışdır. Göstərilən səbəblərdən sahibkarlıq sahəsi ziyanla işləmiş, sahibkarlıq sahəsinə qoyulmuş sərmayə bəhrə verməmişdir. Buna görə də məcbur qalaraq fəaliyyətini dayandırmışdır və artıq bir ilə yaxın müddətdir ki, fəaliyyət göstərmir. Yoxlama zamanı bu hallar əyani görünürdü. Vergi yoxamasının gedişində, istehsal edilən mişar daşının miqdarını müəyyən etmək üçün ekspertiza təyin edilməsi təklif edilmiş olsa da, bundan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkə tləri etməyə məcbur edilə bilməz. Belə olan halda ölkə qanunvericiliyinin norma və prinsiplərinə əsasən sahibkarın reallıqda istehsal etmədiyi mişar daşına görə ona vergilər hesablanması qanunsuzdur. Cavabdehin etirazları: Departamentin xx xxx 2015-ci il tarixli qərarı ilə İddiaçı 2013-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək olan dövrdə sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri xx xxxxxx 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı aşkar edilmiş vergilərin azaldılmasının səbəbi mütəxəssis rəyinə əsasən yoxlama ilə real istehsal həcminin müəyyənləşdirilməsi nəticəsində müəyyənləşdirilmiş satış dövriyyəsinin vergiyə cəlb edilməməsi olmuşdur. Belə ki, real istehsal həcminin müəyyənləşdirilməsi xüsusi bilik və təcrübə tələ b etdiyinə görə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən yoxlama zamanı mütəxəssis dəvət edilmiş, mişar daşının satış qiymətinin müəyyən edilməsi üçün həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspertiza təyin edilmişdir. Yoxlama zamanı əldə edilmiş mənbəyi bəlli olan məlumatlarla mütəxəssis və ekspert rəyləri ilə, yoxlanılan dövr üzrə müəyyən edilmiş ümumi satış nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli verginin azaldıldığı mütəxəssis rəyinə əsasən, yoxlanılan dövrdə 865.613 ədəd mişar daşı istehsal edilmiş ekspert rəyinə əsasən mişar daşının bir ədədinin bazar qiyməti 0,20 manat müəyyən edilmişdir. 72 ədəd mişar daşının 1 kub metr təşkil etdiyi və Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub metr mişar daşına görə mədən vergisinin 0,5 manat təşkil etdiyi nəzərə alınaraq, yoxlama ilə 5.691 manat mədən vergisi hesablanmışdır. Yoxlama zamanı mütəxəssis və ekspert rəylərinə əsasən sahibkarın vergi tutulan əməliyyatlarının həcmi 2013-cü ilin dekabr ayından 2014-cü ilin dekabr ayınadək olan dövr üzrə 129.841,92 manatdan çox olduğundan, xx xxxxxx 2014-cü il tarixdən ƏDV öhdəliyi yaranmış, lakin həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verilmədiyi üçün Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Məcəllənin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair əri zə verməyə borcludur (xx xxxxxx 2016-cı İİ tarixədək olan redaksiyada). Sahibkar 2014-cü ilin dekabr ayindan ƏDV ödəyicisi hesab edildiyindən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmiş, həmin ay üzrə gəlir vergisi öhdəliyi yaranmışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən fərdi sahibkarın 2014-cü ilin dekabr ayı üzrə gəliri 9.169,83 manat müəyyən edilmiş, xərc sənədləri təqdim etmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçının 2014-cü il üzrə vergiyə cəlb edilən gəliri aşağıdakı kimi hesablanmışdır: M1 = 9.169,63/(100+20) x 20 = 1.528,27 manat. Beləliklə, yoxlama ilə fərdi fərdi sahibkarın 2014-cü il üzrə vergiyə cəl b edilən gəlirinin 1.528,27 manat olması müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 305,65 manat gəlir vergisi hesablanmışdır. İddiaçı iddia ərizəsində ona məxsus olan istehsal sahəsində mişar daşı tavalarının 50%-dən çoxu yararsız olduğundan faktiki olaraq gəlir əldə edilmədiyini göstərmişdir. Bununla əlaqədar bildirilir ki, səyyar vergi yoxlaması zamanı verilmiş xx xxxx 2015-ci il tarixli mütəxəssis rəyinə əsasən istehsal sahəsinə baxış keçirilmiş, istehsal prosesində məhsulun zay olmasına 35% çıxdaşın tətbiqi ilə faktiki istehsal həcmi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-32/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim R. Kərimli) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarı “2.255,15 manat məbləğində mədən vergisi, 2.480,58 manat məbləğində sadələşdirilmiş verginin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Vergilər Departamentinin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-32/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarı 3.370,56 manat sadələşdirilmiş verginin, 3.027,71 manat məbləğində mədən vergisinin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” his səsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2890/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 21(103)-1166/2019 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali məhkəmə qərarında göstərmişdir ki, ekspert rəy verərkən istinad etdiyi enerji sərfiyyatına dair sənədlər X2 adınadır. Həmin sərfiyyatın iddiaçıya olan aidiyyəti müəyyən edilməmiş, “Bakıelektrikşəbəkə”nin hesab ödəniş vərəqələrindəki məlumatların mötəbərliyinə qiymət verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-146/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və C.Yusifov) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-32/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qər ar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında işə təkrar baxarkən Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, X5 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyətini müəyyən etdiyini və hazırda iddiaçının fəaliyyət göstərdiyi “Gülbaxt” daş karxanasının icarəçi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə satıldığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halı müəyyən etsə də, bu nəticəyə gəlmək üçün ona əsas verən sübutlara istinad etməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir. Eyni zamanda bildiririk ki, məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş qərar da əsassızdır. Belə ki, işin hallarından məlum olduğu və cavabdeh tərəfindən verilən ilkin kassasiya şikayətində də qeyd edildiyi kimi vergi orqanı iddiaçının hasilatının sadəcə enerji s ərfiyyatını əsas götürməklə müəyyən edilməsi ilə razılaşmayaraq, iddiaçıya məxsus daş karxanasına baxış keçirərək həmin ərazinin naturadan ölçülməsi, istehsal vasitələri, iş şəraiti də daxil olmaqla istehsal həcminin və istehsal itkisinin müəyyən edilməsi üçün bütün faktiki halları nəzərə alan mütəxəssis rəyinin əsas götürülərək hasilatın müəyyən edilməsinin daha ağlabatan və əsaslı olduğunu bildirmişdir. Həmçinin iddiaçı da keçirilmiş səyyar vergi yoxlamasının yekununa dair tərtib olunmuş aktın 8-ci səhifəsində bildirilmişdir ki, “Vergi yoxlaması gedişatında sahibkar tərəfindən elektrik enerjisinin sərfiyyatı barədə alınmış VHF-larının surəti təqdim edilsə də, həmin VFH-larının F/H X2 (VÖEN: **********) istifadə etdiyi elektrik enerjisinin İddiaçı aid olmadığı üçün İddiaçı tərəfindən yoxl amaya digər vergi ödəyicisinin istifadə etdiyi elektrik sərfiyyatına dair sənədlər təqdim edildiyinə görə qeyd edilən VHF-lar üzrə hesablanmış enerji istifadəsi haqqı yoxlama ilə nəzərə alınmamışdır.” İşin hallarından da göründüyü kimi vergi orqanı enerji sərfiyyatı ilə bağlı hal mübahisə doğurduğundan hesablamanı enerji sərfiyyatını nəzərə almadan, mütəxəssis rəyi əsasında həyata keçirməklə yoxlamanın yekununa dair qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd edilən hallar məhkəmə qərarının prosessual normaların pozulması ilə qəbul edildiyini təsdiq edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 və vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin təmin ol unmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı səyyar vergi yoxlamasına dair qərarın ləğv edilməsini xahiş edir. Bakı Vergilər Departamentinin xx xxx 2015-ci il tarixli qərarı ilə İddiaçı 2013-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək o lan dövr üzrə sahibkarlıq fəaliyyəti səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmış, yoxlamanın nəticələri xx xxxxxx 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi orqanının mövqeyinə görə yoxlama nəticəsində əhatə olunan dövrdə sahibkar tərəfindən mədən vergisinin 5.691 manat, sadələşdirilmiş verginin 4.835,88 manat, 2014cü il üzrə gəlir vergisinin 305,65 manat, 2014-cü ilin dekabr, 2015-ci ilin yanvar və fevral ayları üzrə əlavə dəyər vergisinin 4.951,59 manat azaldılması, sadələşdirilmiş verginin 84 manat artıq hesablanması aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.4-cü maddələrinə əsasən ümumilikdə 8.051,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə İddiaçı mişar daşının hasilatı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması z amanı aşkar edilmiş vergilərin azaldılmasının səbəbi mütəxəssis rəyinə əsasən yoxlama ilə real istehsal həcminin müəyyənləşdirilməsi nəticəsində müəyyənləşdirilmiş satış dövriyyəsinin vergiyə cəlb edilməməsi olmuşdur. Belə ki, real istehsal həcminin müəyyənləşdirilməsi xüsusi bilik və təcrübə tələb etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 45-ci maddəsinə səyyar vergi yoxlaması zamanı mütəxəssis dəvət edilmiş, mişar daşının satış qiymətinin müəyyən edilməsi üçün həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspertiza təyin edilmişdir. Yoxlama zamanı əldə edilmiş mənbəyi bəlli olan məlumatlarla – mütəxəssis və ekspert rəyləri ilə yoxlama ilə əhatə olunun dövr üzrə müəyyən edilmiş ümumi satış həcmi nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli verginin azaldıldığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə 865.613 ədəd mişar daşı istehsal edilmiş, ekspert rəyinə əsasən mişar daşının bir ədədinin bazar qiyməti 0,20 manat müəyyən edilmişdir. 72 ədəd mişar daşının 1 kub metr təşkil etdiyi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub metr mişar daşına görə mədən vergisinin 0,5 manat təşkil etdiyi nəzərə alınaraq, yoxlama ilə 5.691 manat mədən vergisi hesablanmışdır. Yoxlama zamanı mütəxəssis və ekspert rəylərinə əsasən sahibkarın vergi tutulan əməliyyatlarının həcmi 2013-cü ilin dekabr ayından 2014-cü ilin dekabr ayınadək olan dövr üzrə 129.841,92 manatdan çox olduğundan, xx xxxxxx 2014cü il tarixdən ƏDV öhdəliyi yaranmış, lakin həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verilmədiyi üçün Azərbay can Respublikası Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Sahibkar 2014-cü ilin dekabr ayından ƏDV ödəyicisi hesab edildiyindən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmiş, həmin ay üzrə gəlir vergisi öhdəliyi yaranmışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən fərdi sahibkarın 2014-cü ilin dekabr ayı üzrə gəliri 9.169,83 manat müəyyən edilmiş, xərc sənədləri təqdim edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən fərdi sahibkarın 2014-cü il üzrə vergiyə cəlb edilən gəliri aşağıdakı kimi hesablanmışdır: M1 = 9.169,63/(100+20) x 20 = 1.528,27 manat. Beləlik lə, yoxlama ilə fərdi fərdi sahibkarın 2014-cü il üzrə vergiyə cəlb edilən gəlirinin 1.528,27 manat olması müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 305,65 manat gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin: 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə sə yyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcl əri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan v erginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 173.2-ci maddəsinə görə vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Vergi Məcəlləsinin 16.1.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, işə təkrar baxan apelyasiya instansiya məhkəməsi X5 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etməli, “Bakıelektrikşəbəkə”nin hesab ödəniş vərəqələrindəki məlumatların mötəbərliyinə qiymət verməklə işə baxmalıdırlar. İşə yenidən apelyasiya q aydasında baxılarkən məhkəmə kollegiyası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq, X5 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etmiş və aydın olmuşdur ki, hazırda iddiaçının fəaliyyət göstərdiyi ərazi “Gülbaxt” daş karxanasının icarəçisi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə satılmışdır. Obyektdə quraşdırılmış sayğac əvvəlki sahibin adında qalmışdlr. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, vergi orqanının əsaslandığı xx.xx.2015-ci il tarixli mütəxəssis rəyində istehsal həcmi müəyyən edilərkən, istehsal brakına və aparılmış dağ-açılış işlərinə görə 35 % çıxdaş tətbiq edilməklə məhsuldarlıq müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Görülməsi və X6 Agentliyinin xx.xx.2016-cı il tarixli məktub unda göstərilir ki, iddiaçıya ayrılmış yataq sahəsi Cənubi Gülbaxt əhəngdaşı yatağının ərazisində yerləşir. Yataqda əmtəə məhsulunun çıxışı 35 % qəbul olunmuşdur. Bir ədəd daşın həcmi 390x190x188 = 0,0139 kub metr olduğu nəzərə alınaraq 1 kub metr dağ kütləsindən istehsal olunan əmtəə məhsulunun miqdarı 25,2 daş təşkil edir. Göründüyü kimi mütəxəssis rəyində aparılmış hesablama, rəsmi məlumat daşıyıcısı olan Fövqəladə Hallar Nazirliyi X4 Görülməsi və X6 Agentliyinin məlumatları ilə ziddiyyət təşkil edir və Agentliyin məlumatları daha mötəbər sayılmalıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, vergi orqanı iddiaçının gəlirlərinin müəyyən edərkən, Nazirlər Kabinetinin 55 saylı Qərarına istinad etməklə şərti rentabellik əsasında hesablama aparmışdır. Vergi Məcəlləsinin 67.14-cü ma ddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ö dəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Lakin işin 14-34-cü səhifələrində olan cavabdehin tərtib etdiyi “Səyyar vergi yoxlamasının Aktı”nın “Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir” hissəs ində (işin 21-31-ci səhifələri) iddiaçının vergi ödəyicisinin həm gəlirləri, həm də xərcləri müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildi riş göndərir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Lakin vergi orqanı bunları etməmiş, yəni kameral vergi yoxlaması aparılan zaman bu pozuntunu aşkar edə bildiy i halda, bunu etməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-146/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar