Məhkəmə qərarları › İş №2-1(102)-1511/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1511/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1511/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (“Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qar şı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1162/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2013-cü ildə X12 ilə nikaha daxil olmuş və həmin nikahdan oğlu X10 (xx.xx.2014-cü il təvəllüdlü) doğulmuşdur. 2. xx.xx.2021-ci il tarixdə iddiaçının əri X12 vəfat etmişdir. 3. 53 saylı notarius tərəfindən təqdim edilmiş notariat işinə əsasən, arvadı X7, oğlu X10, atası X8, anası X2 mərhum X5 vərəsələridir və mərhumun atası X8, o cümlədən mərhumun anası X2 xx.xx.2021-ci ildə ö lmüş X4 qalmış mirasın ona çatası hissəsindən imtina edir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ərinin vəfatı ilə əlaqədar olaraq oğlu X6 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş və ona xx.xx.2021-ci il tarixdən pensiya təyin edilmişdir.

5. Bundan sonra, iddiaçı cavabdehə müraciət edərək təyin edilmiş pensiyanın mərhumun əmək haqqısının 1/3 hissəsi qədər deyil, 80%-i məbləğində təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh **********5 nömrəli, 22 iyul 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, mərhuma ödənilməli olan əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1730,68 ma nat) 51,50 faizi - 891,30 manat məbləğində hesablanmışdır. Sözügedən Qanunun 20.13-cü maddəsinə əsasən, sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar, İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) 1/3 hissəsi (mərhumun atası və anasının əmək pensiyası hüququ olduğundan) yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesab ına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum X9 ödənilməli olan əmək pensiyasının 80 %-i məbləğində hesablanaraq ödənilməsi, eləcə də yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə pensiya almaq hüququna 3 şəxs malikdir: X10, X8 və X2. Mərhum ərinin anası və atası yaşa görə pensiya alırlar və pensiyalarının dəyişdirilməsi ilə bağlı müraciət etməmişlər. Odur ki, iddiaçının oğluna ailə başçısını itirməyə görə pensiya mərhum X9 ödənilməli olan əmək pensiyasının 80 %-i məbləğində hesablanmalıdır.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsində imtinanın dəlillərini təkrarlamışdır.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim: G.Sevdimalıyeva) iddia təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X6 ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanaraq vəfat etmiş X5 dövlət qulluqçusu kimi almalı olduğu əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarında müəyyən edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum X5 valideynlərinin də ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” olmuş olsa da belə, nə qədər ki, onlar pensiyanın verilməs i ilə bağlı pensiya təyin edən orqana müraciət etməyiblər, onların bu hüququ təsdiq edilə bilməzdi. Belə ki, mərhum X5 valideynlərinə öz arzuları ilə bir pensiya - yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin şəxslər hazırda yaşa görə əmək pensiyası alırlar.

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1162/2022 nömrəli iş üzrə 6 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021 sa ylı, 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində işin hallarının və iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən, sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ o lan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar, İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) üçdə bir hissəsi (mərhumun atası X3 və anası X1 əmək pensiyası hüququ olduğundan), yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə yazılı etiraz edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdiri lmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Maddə 17.1. Ailə başçısını i tirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2 Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.31-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ap ellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Kassasiya şikayətində cavabdehin yeganə dəlili ondan ibarətdir ki, Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən, sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin maddəyə uyğun olaraq da, mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) üçdə bir hissəsi (mərhumun atası X3 və anası X1 əmək pensiyası hüququ olduğundan), yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə xx.xx.2022-ci il tarixli Qanunla 3-cü cümlə əlavə edilmişdir ki, həmin dəyişikliyə əsasən, ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısın ın itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.

29. Hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəmələri tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına görə, mərhum X5 valideynləri - atası X8 və anası X2 yaşa görə əmək pensiyası alır və əmək pensiyası növünün dəyişdirilməsi ilə bağlı müraciət etməmişlər.

30. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinin məzmununa istinad edərək hesablanmış pensiya məbləğinin ailə başçısı kimi pensiya almaq hüququna malik şəxslərin sayına bölməklə ödənilməsinin qanuni olmasını iddia etsə də, ilk növbədə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə də yişiklik edilməyənədək Qanunda ailə başçısı kimi pensiya almaq hüququna malik şəxslərdən yalnız biri həmin hüquqdan istifadə etdiyi halda (yəni hüququ çatan digər şəxslər bundan istifadə etmədiyi - istifadə ilə bağlı müraciət etmədiyi halda), həmin şəxsin pensiya məbləğinin daha az olmalı olması ilə bağlı birbaşa tənzimləmə mövcud deyildi. Cavabdeh inzibati orqan qanunvericiliyin bu boşluğundan iddiaçının (onun oğlunun) vəziyyətini ağırlaşdıracaq formada istifadə (tətbiq) etmişdir. Buna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə xx.xx.2022-ci ildə edilmiş dəyişiklik məsələnin hüquqi baxımdan həllini konkretləşdirmiş və dəqiq tənzimləmişdir. Cavabdeh inzibati orqan kassasiya şikayətini həmin dəyişiklikdən sonra məhkəməyə versə də, Qanunun sözügedən normasını nəzərə al mamışdır. Halbuki, qanunvericilik sözügedən dəyişikliklə niyyətini dəqiq göstərmişdir.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mərhum X5 valideynlərinin ailə başçısının itirilməsinə görə onlara düşən əmək pensiyasının ödənilməsi ilə bağlı müraciətləri olmadığından, cavabdeh həmin şəxslərin hüququ olduğunu əsas gətirərək, mərhumun övladı X6 ailə başçısının itirilməsinə görə əmək pensiyasının məbləğini tam ödəməkdən əsassız olaraq imtina etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1162/2022 nömrəli iş üzrə 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar