Məhkəmə qərarları › İş №2-1(102)-1511/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1511/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1511/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-117/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxa raq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə Cavabdeh xx.xx.2008-ci il tarixli 02/368 saylı müraciətini və xx.xx.2008-ci il tarixli 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərən qeyri-yaayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında 93 saylı, 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində X11, X2 və X29, E.Süleymanov küçəsi 94 saylı binanın yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X6 və X30, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində İddiaçı, X1 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X37, X3 və X38, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəsində vət. D.Cəbrayılova, S.N.Dadaşovaya, X15, X12 və vət. X39 ticarət obyektinin tikintisinə icazə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 113 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə yol qovşağının tikintisi ilə əlaqədar qeyri-yaşayış (ticarət) obyektlərinin bir hissəsinə məhkəmə qərarlarına və Cavabdeh məktublarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təzminat ödənilməsi, digərlərinin məsələsinin isə məhkəmə icraatında olduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış obyektlərinin digər ərazilərdə bərpa edilməsi məqsədilə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/038/1768 saylı və s. məktubları qüvvədən düşmüş hesab edilmişdir.

4. Bakı şəhəri Cavabdeh başçısının “Bakı şəhəri Cavabdeh Başçısının bəzi sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 06 aprel 2012-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 nömrəli və “Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında qismən düzəlişlər edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 155 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı və qeyrilərinə ünvanlanmış xx.xx.2014-cü il tarixli Kİ-572/1 saylı məktubdan görünür ki, onlara Qaradağ rayonu ərazisində eyni ölçülü torpaq sahələri təklif edilmiş və obyektləri sökülmüş sahibkarlar tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edildiyi təqdirdə istifadədə olmuş torpaq sahəsinin ölçüsünə uyğun olaraq Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün başqa sahə verilməsi məsələsinə baxılacağı bildirilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və həmin qeyriyaşayış sahələrinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində bərpa edilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamı ilə Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələri obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə Qaradağ rayonu ərazisində ğtorpaq sahəsi ayrılması qərara alınmış, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə həmin sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etmək Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə tapşırılmışdır.

7. Bakı şəhər İcra Hakimiyyətinin 196 nömrəli xx.xx.2015-ci il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamı ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının 1 və 1.1-ci bəndləri aşağıdakı redaksiyada oxunsun: “1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyya t sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün X52”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “Koroğlu (Əzizbəyov) metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin sahiblərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəəsinin cənub, Lokbatan-Xocəsən yolunun şimal hissəsində aşağıda göstərilən ölçülərdə torpaq sahələri ayrılsın: X11 - 60 kv.m., X2 - 40 kv.m., X29 - 600 kv.m., X16 (“Adil” şirkətinə) - 280 kv.m., X17 -150 kv.m., X13 - 150 kv.m, X6 - 220 kv.m., X30 - 80 kv.m., İddiaçı - 400 kv.m., X1 - 90 kv.m., Zeynal Abdullayevə - 160 kv.m., X31 - 800 kv.m., X18 - 200 kv.m., X37 - 200 kv.m., X3 - 800 kv.m., X38 - 60 kv.m., X7 - 200 kv.m., X21 - 40 kv.m., X15 v ə X12 - 92 kv.m., X39 - 50 kv.m., “Merkurriy-R” firmasına (X22) - 2800 kv.m., Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə bu sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etsin”. Sərəncamın 2-ci bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamları öz qüvvəsini itirmiş hesab edilmişdir.

8. İddiaçılar X40, X14, X19, X23, X4, İddiaçı, X45, X8, X32, X24, X5, X9, X20 və X42 Bakı şəhər Nizami rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sər əncamları ilə onlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilməmişdir.

10. Həmin qərardan narazı qalan iddiaçıların apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçılar X42, X46, X20 və İddiaçı apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən, həmin şəxslərə aid hissədə ləğv edilmiş, həmin his sədə iş üzrə yeni qərar qəbul edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə X40 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı digər iddiaçılara aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli v ə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır.

12. Sözügedən qərardan narazı qalmış Cavabdeh kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK- nın 2-19102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. İddiaçı onun xeyrinə məhkəmə qərarlarının qəbul olunmasına baxmayaraq, Cavabdeh tərəfindən obyektinin bərpa olunmasına imkan verilmədiyi üçün əldən çıxmı ş fayda ilə bağlı onun xeyrinə Cavabdehndən maddi ziyanın və əlavə olaraq da mənəvi ziyanın tutulması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

14. İddiaçı 9 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehndən ona vurulmuş maddi ziyana görə -1.250.000, mənəvi zərərə görə -1.000.000 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir.

15. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ona məxsus qeyri-yaşayış obyekti 2007ci ilin may ayında sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı Sərəncamı ilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmi ş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir. Cavabdehin 27 fevral 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında 360 kv.m torpaq sahəsində ona 200 kv.m torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə vermişdir. Bundan sonra yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərar əsasında onun və digər şəxslərin iddiası qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı və Cavabdehnə 27 fevral 2009-cu il tarixli, 93 nömrəli sərəncamları ilə ona və digər şəxslərə qeyd edilən ünvanlarda ticarət obyektlərin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. La kin cavabdeh məhkəmə qərarının məcburiliyini nəzərə almayaraq, hazırki günədək hərəkətsizliyini nümayiş etdirir.

16. İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti 20 fevral 2009-cu il tarixli, 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə xx.xx.2009cu ildə torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra Bakı şəhər Cavabdeh Başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sə rəncam vermək rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Cavabdeh qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 2-1(112)-1216/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Məhkəmə iddianın maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, bərpası tələb olunan qeyri - yaşayış sahəsinin istifadəsi iddiaçının fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönəlsə də, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması, yəni bu müddət ərzində ümumiyyətlə fərdi sahibkarlıq fə aliyyəti ilə məşğul olmaması və iddiaçının konkret olaraq hansı məbləğdə gəlirdən məhrum olması təsdiq olunmur. Halbuki, real və əldən çıxmış zərərin sübutu qismində, ilkin müqavilələr, əldə edilən gəliri təsdiq edən sənədlər, əmlakın icarəyə verilməsi və ya icarəyə verilməsinin nəzərdə tutulması, qəbul edilən və edilməsi nəzərdə tutulan məbləğləri təsdiq edən ödəniş sənədləri iddiaçıya dəymiş maddi zərəri təsdiq edə bilərdi. Lakin həmin sənədlərin təqdim edilməsi mümkün olmadığından, konkret olaraq cavabdehin hərəkəti nəticəsində iddiaçıya 1.250.000 manat və ya daha az və ya daha çox zərərin vurulmasını da müəyyənləşdirmək mümkün deyil. Başqa sözlə, məhkəmə konkret zərərin məbləğini müəyyən etmədən iddianın tam və ya qismən təmin edilməsi nəticəsinə gələ bilməz. Bu səbəbdəndir ki, hazır kı vəziyyətdə dəymiş maddi zərərin konkret məbləği müəyyən edilə bilinmədiyindən (əmlakın sökülməsi, tikilməsi nəzərdə tutulan sahədə obyektlərin olmaması, əmlakdan təsdiqedici sənədlərlə nə qədər gəlir əldə edilməsinin müəyyən edilə bilməməsi və digər obyektiv səbəblərdən) məhkəmə iddianı maddi zərərin ödənilməsi hissəsində iddiaçının xeyrinə yekunlaşdırmır.

19. Mənəvi ziyanın ödənilməsi ilə bağlı - iddianın ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində iddiaçı sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərərin tutulması varlanma vasitəsi deyil, hazırkı mübahisə üzrə cavabdehin hərəkətsizliyinin (sərəncamın və məhkəmə qətn aməsinin icra edilməməsi) nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 1.000 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır.

20. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddia çıya 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-117/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1216/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı “1000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində dəyişdirilərək, mənəvi zərərin məbləği 5000 manat məbləğində müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın maddi ziyanın ö dənilməsi hissəsinə münasibətdə ifadə olunan hüquqi mövqeyi ilə razılaşmış, mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının 2007-ci ildə qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulması ağlabatan və ədalətlidir.

24. İddiaçı kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

25. Cavabdeh kassasiya şikayəti verərək, qərarın iddiaçıya 5000 manat məbləğində mənəvi zərərin ödən ilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmışdır. b. cavabdehin kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işi araşdırarkən iddiaçının hansı mənəvi və fiziki iztirablar keçirməsini, zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulmasını, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını, cavabdehin təqsirinin dərəcəsini və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallan ətraflı araşdırmamış və iddiaçıdan bu halları sübut edə biləcək sənədləri tələb etməmişdir. Birinci instansiya məhkəməsində bu hallar barədə iddiaçıdan dəfələrlə hər hansı bir sənəd və ya fakt təqdim edə bilməsi soruşulmuş, lakin iddiaçı tərəfindən bu barədə hər hansı bir sənədin və ya faktın olmadığı bildirilmişdir.

28. Bundan başqa, məhkəmənin gəldiyi nəticənin Cavabdehnə heç bir aidiyyəti yoxdur. Belə ki, məhkəmədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı, xx.xx.2012-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 196 saylı sərəncamları mübahisələndirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmin sərəncamlara görə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icrası Cavabdeh tərəfindən deyil, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli idi.

29. Məhkəmə bu qərarında İddiaçı və digərlərinə torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamının xx.xx.2012-ci il tarixli 113 saylı sərəncamla ləğv edildiyini, xx.xx.2015-ci il tarixli 196 nömrəli sərəncamla xx.xx.2009cu il tarixli 77 saylı sərəncamda dəyişiklik edilərək, Bakı şəhərinin Qaradağ rayonunda iddiaçıya və qeydlərinə torpaq sahəsinin ayrılmasını və sərəncamların ləğvi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə məhkəmə çəkişmələrinin 2018-ci ilin ortalarına qədər davam etməsini ardıcıllıqla göstərsə də, nədənsə, ticarət obyektlərinin tikintisinə maneənin Cavabdeh tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Qeyd edilən vaxta qədər iddiaçının və digərlərinin məsələ ilə bağlı məhkəmə çəkişməsi yalnız Bakı şəhər İcra hakimiyyəti ilə olmuşdur. b. kassasiya şikayətlərinə etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əml akdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 32. “İnzibati icraat haqqında” Qanun: Maddə

89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

33. Mülki Məcəllə: Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı Maddə

8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə

21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya ç əkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaq da dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın d övlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəx sin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 34. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 4.1. bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. dövlət alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymə tini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.2. dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 7.1. torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı. 37. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol Maddə

1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları na minə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, tərəflərin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq q anunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

43. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıy a maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Bununla yanaşı, kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin 1255 saylı xx.xx.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, keçmış Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərən qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır.

47. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq s ahəsində X11, X2 və X29, E.Süleymanov küçəsi 94 saylı bina yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X6 və X30, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində İddiaçı (hazırkı iddiaçı), X1 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X37, X3 və X38, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəsində vət. D.Cəbrayılova, S.N.Dadaşovaya, X15, X12 və vət. X39 ticarət obyektinin tikintisinə icazə verilmişdir.

48. Lakin yuxarıda qeyd olunan sərəncamların icrası ilə bağlı yaranmış narazılıqlara əsasən, iddiaçı daxil olmaqla, maraqlarına toxunan şəxslər məhkəməyə müraciət etmiş və nəticədə bu qərarın 11-12-ci bəndlərində qeyd olunan qərarlar qəbul edilmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/18 saylı 25 aprel 2018-ci il tarixli qərarından görünür ki, iddiaçılar X40, X14, X25, X23, Allahverdiyeva Həşim qızı, İddiaçı, X45, X10, X32, X24, X5, X9, X20 və X26 cavabdeh Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata qadağan edilməsi barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı 13 may 2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti apellyasi ya instansiyası məhkəməsi tərəfindən təmin edilərək, 2-1(82)-3379/2015 saylı 13 may 2015-ci il tarixli qərar iddiaçılar İddiaçı və qeyrilərinə aid hissədə ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar İddiaçı və qeyrilərinə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

50. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində o na dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüququ qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Belə olan halda, qanuni qüvvədə olan (həm də qanuniliyi dəfələrlə məhkəmə qaydasında mübahisələndirilən) sərəncamlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpa edilməsi ilə bağlı müdaxilələr məhkəmə qərarları ilə cavabdehə qadağan edilmişdir.

51. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı və Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamlarının hüquqi qüvvəsini itirməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 196 sayl ı 08 may 2015-ci il tarixli sərəncam qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmiş, tikililəcək qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tikinti-layihə sənədlərinin təqdim edilməsi nəzərə alınaraq, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası ilə bağlı müdaxilələr cavabdehə qadağan edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1.250.000 manat məbləğində maddi ziyanın tələb olunması əsasları araşdırılarkən müəyyən olunur ki, iddiaçı həmin pul vəsaitini əldən çıxmış fayda kimi tələb edir. İddiaçı maddi ziyan kimi əldən çıxmış fayda qismində tələb etdiyi pul vəsaitini təsdiq edə biləcək hər ha nsı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, qanunvericilik maddi ziyanla bağlı tələblərin konkret olaraq bu barədə səbəbli əlaqənin göstərilməsi ilə yanaşı, həm də mötəbər sübutlarla təsdiq olunmasını da şərtləndirir. Hazırki işdə isə belə sübutların təqdim olunmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin tələbin rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

53. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

54. Cavabdeh tərəfindən sözügedən obyektin sökülməsi iddiaçının normal həyat şəraitinə neqativ mənəvi və psixoloji təsir potensialını özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən et məklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

55. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

56. Məhkəmə kollegiyası istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alaraq, iddiaçıya 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsini hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edir.

57. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayətləri təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-954/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar