Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1512/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı1, İddiaçı6, İbrahimli X6, İddiaçı2, X4 və İddiaçı5 Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı6, İbrahimli X6, İddiaçı2, X4 və İddiaçı5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qərarın qanunazidd hesab edilərək ləğv edilməsi, bununla bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və aksiya keçirilməsinə maneə o lunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-778/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar xx xxxxxxx 2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət edərək “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış təşkilatçıların müraciəti ilə bağlı cavab verilməsini və mitinq iştirakçılarının təhlükəsizliyinin təmin edilməsini xahiş etmişlər.
2. Sözügedən müraciətdə iddiaçılar xx xxxxxx 2019-cu il tarixində saat 15:00-dan 18:00-dək “Qarabağa azadlıq”, “Siyasi məhbuslara son”, “Seçki islahatları aparılsın”, “Uşaq pulları ve rilsin”, “Repressiya və işgəncələrə son!” şüarları ilə Bakı şəhəri Metronun “28 May” stansiyasının qarşısı və ya Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırdıqlarını bildirmişlər.
3. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti xx xxxxxxx 2019-cu il tarixində iddiaçılara 1-34/11-003/11-t/1 nömrəli cavab məktubu ünvanlamış və məktubda qeyd etmişdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin İİİ hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsi qadağan edilir. Metronun “28 May” stansiyasının qarşısındakı ərazi əhalinin daha sıx hərəkət etdiyi metro çıxışı olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissəsində yerləşdiyindən orada toplantının keçirilməsi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır. Göstərilənləri nəzərə alaraq, iddiaçıların planlaşdırdıqları mitinqin xx xxxxxx 2019-cu il tarixində saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “X10” X3 təlim-idman bazasında keçirilməsini təklif etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar xx xxxxxx 2019-cu il tarixində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, etiraz aksiyası keçirilməsi barədə müraciətin təmin edilməməsi barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2019-cu il tarixli, İ-34/11-03/11-t-1 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına zidd qərar hesab olunmaqla ləğv edilməsi, bu qərarın “Sərbəst toplaşmaq Azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun pozulması kimi qiymətləndirilməsi, bununla bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 100.000 (yüz min) avro məbləğində vəsaitin onlara ödənilməsi və aksiya keçirilməsinə maneə olunmaması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız Qanunla və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7.1-ci maddəsində sadalanan demokratik cəmiyyətdə zəruri olan mənafelərin qorunması məq-sədilə qoyula bilər. Müvafiq halda bu halların heç biri mövcud deyil. Cavabdeh orqan iddiaçıların sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyaraq, heç bir real əsas olmadan bu aksiyanın şəhərdən 15 km. kənarda, Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verməklə iddiaçıların hüquqlarının reallaşdırılmasına imkan verməmişdir. Nəticədə, iddiaçılar mitinqin keçirilməsindən imtina etməyə məcbur olmuş, mitinq keçirilməsi ilə bağlı sərf edilən xərclər izafi olmuş, tərəfdaşları və əhali arasında nüfuzlarına xələl gəlmiş, mənəvi ziyana məruz qalmışlar.
6. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaya qarşı etiraz təqdim etməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)5068/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçının məhkəməyə müraciət edən zaman cavabdeh tərəfindən artıq icra edilmiş inzibati aktın qəbul e dilməsi müəyyən edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlük şərtlərinə cavab vermədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
9. İddiaçılar həmin qərardaddan xx xxxxxx 2020-ci il tarixində apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)5068/2019 nömrəli qərardadının ləğv edilməsini, etiraz aksiyası keçirilməsi barədə müraciətin təmin edilməməsi b arədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2019-cu il tarixli, İ-34/11-03/11-t-1 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına zidd qərar hesab olunmaqla ləğv edilməsi, bu qərarın “Sərbəst toplaşmaq Azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun pozulması kimi qiymətləndirilməsi, bununla bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 100000 (yüz min) avro məbləğində vəsaitin onlara ödənilməsi və aksiya keçirilməsinə maneə olunmaması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-778/2020 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5068/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçının məhkəməyə müraciət edən zaman cavabdeh tərəfindən artıq icra edilmiş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
12. Məhkəmənin qərardadı cavabdehə xx xxxx 2020-ci il tarixində, iddiaçılar İbrahimli X6 və X1 xx xxxx 2020-ci il tarixində, İddiaçı6 xx xxxx 2020-ci il tarixində, İddiaçı1 xx xxxx 2020-ci il tarixində təqdim edilmişdir. Sözügedən qərardad iddiaçılar İddiaçı5 və İddiaçı2 qeydiyyatda olduğu ünvanlara xx xxxx 2020-ci il tarixində sifarişli-xəbərnaməli məktubla göndərilsə də, həmin zərflər ünvan tapılmadığından məhkəməyə geri qaytarılmışdır.
13. İddiaçılar həmin qərardaddan xx xxx 2020-ci il tarixində kassasiya şikayəti vermişlər. İddiaçılar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-778/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eynilik təşkil edir. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəticəni əsaslandırmamış, bununla da İnzibati Prosessual Məcəllənin 68.1, 96.4, 71-ci maddələrinin tələblərini pozmuşdur.
15. İddiaçı kassasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Konstitusiyasının 49.1, 49.2-ci, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1.1, 1.2, 5.1, 7.1, 8, 12.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, cavabdeh orqan göstərilən normaların tələblərinə əməl etməmiş, iddiaçının müraciətinə obyektiv və hərtərəfli baxmamışdır. Cavabdeh orqan iddiaçıların müraciətini 5 gün icraatında hərəkətsiz saxladıqdan sonra, mitinqin təyin edildiyi vaxta 3 gün qalmış mitinqin metronun “28 May” stansiyasının qarşısında keçirilməsinin ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradacağını və buna görə də mitinqin orada keçirilməsinin mümkün olmadığını bildirmişdir. Bundan başqa qeyd et mişdir ki, müvafiq halda cavabdehin borcu idi ki, iddiaçıların konstitusion hüquqlarını təmin etsin. İddiaçıların xeyli miqdarda vəsait xərcləyərək hazırlıq gördükləri mitinqin keçirilməsinə icazə verməyərək cavabdeh onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. İnzibati Prosessual Məcəllənin 2.1.1, 2.2.2, 2.2.7, 33.1, 33.2, 34.1, 35-ci maddələrinə əsasən iddia mümkün iddiadır və apellyasiya instansiya məhkəməsi əsassız olaraq iddianın mümkünsüz sayılması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişlər. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçılar İddiaçı1 və X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatı dinlən ilməmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başq a qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tan ınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi h üquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. İddiaçının əsas dəlili ondan ibarətdir ki, mitinqin keçirilməsinə icazə verilməyərək onların sərbəst toplaşmaq azadlıqları pozulmuşdur. Cavabdeh iddiaçıların konstitusion hüququnu pozduğundan iddia mümkün hesab edilməli və ona mahiyyəti üzrə baxılmalıdır.
26. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı (yuxarıda sadalanan maddi hüquq normalarının pozulub-pozulmaması) araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir
27. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq mitinqin metronun “28 May” stansiyasının qarşısındakı ərazidə keçirilməsini ictimai təhlükəsizliyin təmin edilməsi baxımından məqsədəmüvafiq saymamış, mitinq üçün iddiaçının təklif etdiyi digər ərazi – Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunun isə təmirdə olduğunu bildir miş, mitinqin keçirilməsi üçün başqa ərazi təklif etmişdir.
28. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməmiş, mitinqin keçirilməsi üçün daha əlverişli yer və vaxt təklif etmişdir.
29. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normalardan aydın olur ki, iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Hazırkı halda isə iddiaçı iddianın mümkünlük şərtlərinin təmin edilməsi ilə bağlı dəlillərini əsaslandıra bilməmişdir və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
30. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təm in olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-778/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.