Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1512/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evinin vahid əmlak olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(103)-1030/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqı-satqısına dair akt əsasında onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən sahəsi 600 kv.m torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin fərdi əmlak olaraq dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-35697/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək, Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı mülkiyyətinə verilən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid əmlak olaraq dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 21(103)-1030/2023 nömrəli qərarı ilə (X.Cəmilova - sədrlik edən hakim, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilmməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.
6. Cavabdeh daha sonra Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər
10. Cavabdehin ərizəsi həmin normanın tələblərinə uyğundur.
11. Qeyd olunmalıdır ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. (İPM-in 97.3-cü maddəsi).
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İş üzrə kassasiya icraatına xitam verilsin. Cavabdehin izah olunsun ki, şikayətin geri götürülmə si eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.