Məhkəmə qərarları › İş №2-1(102)-1512/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1512/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1512/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 2-1(105)-150/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-0417 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən müəyyən olunur ki, Salahov Mirzağa Babasi oğlu və X2 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 16 saylı qərarına əsasən Quba rayonu Qəçrəş kəndi ərazisində 0,30 ha torpaq sahəsi ayrılm ışdır.

2. Salahov Mirzağa Babasi oğlu xx.xx.2011-cı il tarixdə, X3 isə xx.xx.2013-cü il tarixdə vəfat etmiş, Salahov Mirzağa Babasi oğlunun adına vərəsəlik işi açılmış, İddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

4. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-0417 nömrəli (KOD ********) seriy alı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmamışdır. Bundan əlavə, JN 0417 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın nömrəsi elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkə məsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 16 saylı qərarı ilə Salahov Mirzağa Babasi oğluna və X2 Quba rayon Qəçrəş kəndi ərazisində 0.30 ha kənd təsərrüfatı məhsulları istehsalı üç ün torpaq sahəsi ayrılmış və adlarına keçmiş DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN-0417 KOD 30317018 saylı “Torpaq mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçının atası Mirzəağa Salahov xx.xx.2011-ci ildə, anası Cəmilə Salahova isə xx.xx.2013-cü ildə vəfat etmişdir. İddiaçı mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklara sahiblik edərək istifadə edir. Mərhum valideynlərindən miras qalmış torpağı öz adına rəsmiləşdirmək üçün hüquq müəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmişdir, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə JN-0417 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən onlara təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitab ında qeydiyyata alınmadığını, həmçinin elektron məktub bazasında öz əksini tapmadığını əsas göstərərək iddiaçıya çıxarışın verilməsindən imtina etmişdir, ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir.

8. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü tarixli məktubda qeyd edilmişdir ki, Salahov Mirzağa Babaş oğluna və X1 məxsus olan JN417 saylı, Kod ******* nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olan Quba rayon AİK-nın müva fiq qərarı, həmin qərara əlavə edilmiş adlı siyahısı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin dövlət aktı üzrə 0.30 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron uçotu informasiya sisteminin (TEKUS) və AZCAD məlumatlarına əsasən meşə fondu torpaqlarına aiddir.

9. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş kadastr baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində sözügedən 0,30 ha torpaq sahəsindən 0,032 ha hissəsi X6na aid olduğu müəyyən edilmişdir.

10. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-21-3-34 /2-10408/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə mübahisəli halın qeydə alınmamışdır. Sözügedən torpaq sahəsi hal-hazırda iddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. DBF siyahısına əsasən 417 nömrə Salahov Mirzağa Babaş oğlu və ailə üzvlərinin adında qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi heç bir mülkiyyət sənədi üst-üstə düşmür.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixl i, 2-1(118)1288/2024 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati iş materiallarına əlavə edilmiş kimi JN 0417, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”dan görünür ki, Qəçrəş kəndində yerləşən 0.30 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə mərhum Salahov Mirzağa Bab asi oğlu və X2 ayrılmışdır. Sözügedən şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-0417 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində hüquqlarının (paylı mü lkiyyət hüququ əsasında X3 ilə birlikdə) mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 09 yanvar 2025-ci il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 2-1(105)-150/2025 nömrəli qərarı ilə (hakimlər İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli, 2-1(118)-1288/2024 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək JN-0417 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna (və ailə üzlərinə) Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində birgə mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğlu və X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, JN-0417 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsi iddiaçının atası mərhum Salahov Mirzağa Babasi oğluna və X2 birgə mülkiyyət hüququ əsasında məxsus olduğu halda, iddia ərizəsində ancaq Salahov Mirzağa Babasi oğlunun adı göstərilmiş, lakin birinci instansiya məhkəməsi iddiaçıya düzgün hüquqi yardım etməmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında iddiaçının diqqətinə çatdırılmaqla onunla müzakirə olunmuş, məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində imtina ərizəsində göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd üzrə olan kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, faktiki istifadə olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X6” torpaqları kimi göstərilmişdir. Belə olan halda isə cavabdeh haqlı olaraq imtina vermişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınma sından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tut ulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik.... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərin ə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubu və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna və ailə üzvlərinə Quba rayon Qəçrəş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir.

28. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırkı kassasiya şikayətində də həmin dəlillərə istinad etmişdir: 1) JN-0417 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh orqana təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat ı kitablarında qeydiyyata alınmaması və elektron məlumat bazasında öz əksini tapmaması; 2) faktiki istifadə olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X6” torpaqları kimi göstərilməsi.

29. Cavabdehin birinci dəlili ilə əlaqədar qeyd edilməlidir ki, sözügedən şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun ziyanına şərh edilə bilməz.

30. Həmçinin birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə mübahisəli halın qeydə alınmamışdır. Sözügedən torpaq sahəsi hal-hazırda i ddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. DBF siyahısına əsasən 417 nömrə Salahov Mirzağa Babaş oğlu və ailə üzvlərinin adında qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi heç bir mülkiyyət sənədi üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh inzibati orqan özü tərəfindən tərtib edilmiş müayinə aktı ilə imtina məktubunda qeyd olunan dəlili təkzib etməsinə baxmayaraq təkrar-təkrar həmin dəlilə istinad etməklə iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, kassasiya şikayətində JN-0417 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron məlumat bazasında öz əksini tapmadığı qeyd olunsa da, sözügedən müayinə aktında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşdüyü qeyd olunmuşdur.

31. Həmçinin sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazırkı vaxtadək faktiki mərhum Salahov Mirzağa Babasi oğlu və onun vərəsələrinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi, geri çağırılması halı müəyyən edilməmişdir.

32. Cavabdeh inzibati orqanın növbəti, faktiki istifadə olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X6” torpaqları kimi göstərilməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğu verilmiş, sorğuya cavab olaraq daxil olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 24 may 2024-cü il tarixli məktubunda təqdim olunmuş kadastr baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində sözügedən 0,30 ha torpaq sahəsindən 0,032 ha hissəsinin X6na aid olduğu müəyyən edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin yalnız bir hissəsi – 0,032 ha torpaq sahəsi X6 torpaqlarına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin geridə qalan 0,268 ha hissəsi X6 torpaqlarına aid deyil.

33. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 2-1(105)-150/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar