Məhkəmə qərarları › İş №2-1(102)-1513/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1513/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1513/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Xanlar Bayramzadənin, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-533/20 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyanın cavabdeh tərəfindən birdəfəyə hesablanıb ödə nilməsi və gələcək artımları nəzərə alaraq, təminat xərcliyinin 100% miqdarında ona pensiya ödəmək vəzifəsi cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin xx.xx.1998-ci il tarixli 120 ş/h nömrəli əmri ilə “AR Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Qanunun 41.0.2 bəndinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Silahlı Qüvvələrin müharibə veteranıdır. O zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 1992-ci il 29 aprel tarixli Qanuna əsasən 30 ildən çox həqiqi hərbi xidmət etdiyi müddətə görə, təminat x ərcliyinin 100% miqdarında, ona ömürlük pensiya təyin edilmişdir. 1999-cu ildən 2006-cı ilin əvvəllərinədək pensiyası XDMX-ti tərəfindən verilib. xx.xx.2006 cı il tarixli N2 54-İİİ Q “Əmək pensiyaları haqqında” Qanun qəbul edildikdən sonra isə bu günədək pensiyasını DSMF XŞTİ ödəyir. Pensiyaya çıxdığı vaxtdan Qanunvericiliyə əsasən, hərbi qulluqçuların təminat xərcliyi artandan sonra, artımlar nəzərə alınaraq pensiyası yenidən hesablanıb və ona ödənilib. Lakin 1 mart 2018-ci il tarixindən növbəti dəfə təminat xərcliyi artandan sonra pensiyası düzgün hesablanmır. Bununla əlaqədar olaraq, DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Departamentə müraciət etsə də, cavabdeh orqan tərəfindən müsbət cavab almamışdır. Yalnız xx.xx.2019-cu il tarixli məktubuna DSMF XŞTİ rəisi tərəfindən cavab almışdır. Cavabda bildirilmişdir ki, x xxxx 2018-ci il tarixindən, artım nəzərə alınaraq, onun təminat xərcliyi 1368,80 manat təşkil edir və “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsini (bu maddəyə xx xxxx 2017-ci il tarixində 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişikliklər edilib) əsas götürərək mənə 1353,22 manat məbləğində pul ödənilir. 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək - 17 ay müddətinə, hesablamalarına görə 1368.80 - 1353.22 = 15.58 manat * 17 aya ona 264,86 manat məbləğində az pensiya ödənilib. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4733/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı iləiddianın rədd edilməsi qərara alınmışdır. Məhkəməni n qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-533/20 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Səriyyə Seyidova) qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4733/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyası cavabdeh tərəfindən birdəfəyə hesablanıb ödənilməsi və gələcək artımları nəzərə alaraq, təminat xərcliyinin 100% miqdarında iddiaçıya pensiya ödəmək vəzifəsinin cavabdeh tərəfə həvalə edilməsinə dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmənin qərarı açıqaşkar səhvdir. Belə ki, Qaydanın 1.1 və 1.2-ci bəndləri açıq şəkildə bəyan edir ki, Qaydanın müddəaları xx xxxx 2017-ci ilədək ƏPQ-nin 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarının qulluq stajına görə əlavələrin Qan unun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Deməli, Qaydanın göstərişlərinin tətbiqi üçün 2 şərt tələb edilir: (a) Pensiya xx xxxx 2017-ci ilədək təyin edilmiş olmalıdır; (b) Pensiya ƏPQ-nin 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsinə davam edilən pensiya olmalıdır. Hazirkı işin halları baxımından hər iki şərt mövcuddur. Deməli, Qaydanın şərtlərinin iddiaçıya şamil edilməsini istisna edən hər hansı hal yoxdur. Məhkəmə, Qaydanın tələbinə zidd öhdəliyi İdarənin üzərinə qoşmaqla maddi hüquq pozuntusuna yol verib. Yuxarıda Qaydanın tələblərinin iddiaçıya da aid edilməli olduğunu ifadə etdikdə Qaydanin 2.5-ci bəndi hazırda qüvvədədir və bütün hüquqi və fiziki şəxslər, o cümlədən İdarə üçü n məcburidir. Həmin bənddə deyilir: «Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 30.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq tə minat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir». Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)533/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-533/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X.Bayramzadə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixliqərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmi şdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili X.Bayramzadənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-533/2020 saylı qərarla, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4733/2019 saylı qərarının ləğv olunması, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyanın cavabdeh tərəfindən birdəfəyə hesablanıb ödənilməsi və gələcək artımları nəzərə alaraq, təminat xərcliyinin 100% miqdarında iddiaçıya pensiya ödəmək vəzifəsinin cavabdeh tərəfə həvalə edilməsinə dair iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.3, 14.3, 34.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddia tələbinin məzmununu xatırlatmağı zəruri hesab edir. Belə ki, iddiaçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyası cavabdeh tərəfindən birdəfəyə hesablanıb ödənilməsi və gələcək artımları nəzərə alaraq, təminat xərcliyinin 100% miqdarında ona pensiya ödəmək vəzifəsi cavabdeh tərəfə həvalə edilməsi bərədə qərarın qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçın iddiası 2 tələbdən ibarətdir ki, birinci tələb iddiaçının qənaətinə görə 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiya ilə əlaqədar konkret tələb olsa da, ikinci tələb, yəni, «gələcək artımları nəzərə alaraq, təminat xərcliyinin 100% miqdarında ona pensiya ödəmək» tələbi qeyri-müəyyən olmaqla gələcəyə yönəldilmişdir ki, bu da, məhkəmə kollegiyasının qənaətincə mütləq qaydada dəqiqləşdirilməli və həmin məsələdə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin müddəalarının tətbiq edilməsi zəruridir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasının birinci tələbində 264,86 manat məbləği göstərilsə və apelyasiya instansiyası məhkəməsi həmin məbləği əsas kimi götürsə də, həmin məbləğin nədən və haradan yaranması apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında ümumiyyətlə açıqlanmamışdır. Həmçinin nəzərə alaraq ki, cavabdeh iddiaçıya hesablanmış və pensiya olaraq təyin edilmiş məbləğin dəqiq məbləğ olduğunu israrla bildirir, bu halda iddiaçının qənaətinə görə olan 264,86 manat məbləğində fərqin nədən əmələ gəlməsi tam və hərtərəfli araşdırılmalıdır. Nəhayət, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarında özü ziddiyyətli qənaətə gəlir, belə ki, apelyasiya instansiyası məhkəməsi qərarında yazır ki, «Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalar ının müddəalarında göstərilən tələblər hərbçilərə aid edilməmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı hərbçidir, Azərbaycan Respublikası Sərhəd Qoşunlarında xidmət göstərmişdir». Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərinə uyğun olmadığına görə, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 6 8, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-533/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar