Məhkəmə qərarları › İş №2-1(102)-1513/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1513/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1513/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022ci il tarixli, 2-1(103)-1518/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının övladı X3 1 sentyabr 1981-ci il tarixdə anadan olmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasının müayinə aktından çıxarışa əsasən X2 “kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya” diaqnozu qoyulmuş və ona uşaqlıqdan İİ qrup əlilliyə görə 15 yanvar 2004-cü il tarixdən müddətsiz sosial müavinət təyin edilmişdir.

3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixə qədər müxtəlif peşələrdə işləmişdir. Sonuncu iş yeri xx.xx.1994-xx.xx.2005-ci illərdə işlədiyi “Zəmanət” şirkətinin avtoservisində aşpaz peşəsi olmuşdur.

4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 rayon şöbəsinə müraciət edərək sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan ana kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan onun müraciətindən imtina etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2016-cı il tarixli 2-1(82)1702/2016 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.1994-cü ildən xx.xx.2005ci ilədək “Zəmanət” şirkətinin ünvan 1 ünvanda yerləşən avtoservisində aşpaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, sağlamlıq imkanı məhdud uşağa baxması ilə əlaqədar ona 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 rayon şöbəsinə həvalə edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Sosial X4 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 2093 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya məhkəmə qərarı əsasında xx.xx.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. İddiaçıya təyin edilmiş əmək pensiyas ının verilməsinın 31 avqust 2021-ci il tarixdən dayandırılması ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 29 iyun 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair q ərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və bu təyinatın qanuni əsası ondan ibarət olmuşdur ki, iddiaçının oğlu X1 anadangəlmə psixi pozuntusu var, ona ikinci qrup əlillik təyin edilmişdir. Ona iddiaçı baxmış və bununla belə oğlunu müəyyən yaşa çatdırdıqdan sonra ailə üzvlərinə həvalə edərək əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Sonradan ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin müraciətinə müsbət cavab verilməmiş və pensiya təyin edilməsindən imtina edilmişdir. Bu əsasla məhkəməyə müraciət etmiş və iddiasının təmin edilməsinə dair qərar çıxarılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün göndərilmiş və həmin tarixdən iddiaçıya pensiya ödə nilməyə başlanılmışdır. Lakin 31 avqust 2020-ci il tarixdə ona təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edilmişdir. Bunun hansı əsasla edildiyi ona məlum deyil. Lakin bu qərar əsassızdır. İddiaçının oğlunun sağlamlıq vəziyyəti hər hansı mübahisənin predmeti deyil və bu fakt birmənalı öz təsdiqini tapır. Həmin dördə qüvvədə olan qanunvericiliyə görə ona xəstə uşağa baxmaqla bağlı pensiya almaq hüququna malik olduğundan bu hüquqdan istifadə etməmişdir. Pensiya alınması üçün zəruri şərtlər ödənilmişdir. Lakin bütün bunlara baxmayaraq, pensiyanın ödənilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Bununla bağlı çoxsaylı müraciətlərinə bir müddət ümumiyyətlə cavab verilməmiş, daha sonra təkrarən müraciətinə cavabdeh 29 iyun 2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, ə mək pensiyası hüququnun müəyyən edilməsi üçün zəruri sənədlərin cavabdehə təqdim edilməsi tövsiyə edilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

11. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə pensiya ödənişi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Fondun (Suraxanı rayon şöbəsinin) sabiq əməkdaşı Vüsal Əliyevin fəaliyyəti ilə bağlı açılmış ********* nömrəli cinayət işi ilə əlaqədar dayandırılmışdır. Araşdırma məlumatına əsasən iddiaçının “Zəmanət” şirkətində xx.xx.1994-xx.xx.2005-ci illər ərzində əmək haqqı alması və həmin dövr üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməsi faktı müəyyən edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-9281/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yaranması məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qərarın icrası qanunvericiliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər üçün, o cümlədən, cavabdeh üçün məcburi xarakter daşıdığından qanuni olaraq həmin vaxt səlahiyyətli olan pensiya təyinatı orqanı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərarında göstərilən əsaslarla iddiaçıya pensiya təyin edilsə də, sonradan cavabdeh qurum məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz xarakter daşımışdır.

14. Məhkəmə onu da göstərmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1518/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-9281/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, istər daxili, istərsə də beynəlxalq qanunvericilik məhkəmə qərarının hər hansı üzrlü səbəb olmadan icra edilməməsini qadağan etmiş, məhkəmə qərarlarının icrasını məhkəmə icraatının tərkib hissəsi kimi qəbul etməklə qanuni qüvvəyə minmiş və icra edilməmiş məh kəmə qərarının xəyali hüquqa çevrildiyi vurğulanmışdır. İddiaçıya məhkəmə qərarı ilə xx.xx.2015-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, həmin qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan qərar icra olunmuşdur. Məhkəmə qərarının icrası məcburi şərt kimi müəyyən edilsə də, cavabdeh xx.xx.2015-ci il tarixdən icra edilən məhkəmə qərarının icrasını heç bir əsaslı səbəb gətirmədən dayandırmaqla iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində göstərir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Zəmanət” şirkətində işlədiyini iddia edir. Füzuli rayonu üzrə dövlət vergi müfəttişliyinin “Vergi ödəyicisinə identifikasiya nömrəsi verilməsi haqqında bildiriş”ə əsasən “Zəmanət” şirkətinə xx.xx.1999-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Eyni zamanda iş materiallarından da göründüyü kimi “Zəmanət” şirkəti tərəfindən xx.xx.2003-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə uçota alınması ilə bağlı ərizə ünvanlanmışdır. İnzibati işə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçının işlədiyini iddia etdiyi “Zəmanət” şirkətinə xx.xx.1999-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi və xx.xx.2003-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə uçota alınması bildirilsə də, qeyd olunan sübutlara Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında hüquqi qiymət verilməmişdir. Bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübuta edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edi lmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.... Maddə

129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.... 22. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

5. Məhkəmələrin qərarları Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə s əbəb olur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

79. Məhkəmə qərarının icra olunması 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin ar aşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Cavabdehin iddiaçının işlədiyi “Zəmanət” şirkəti ilə bağlı sübutlara apellyasiya instansiya məhkəməsinin qərarında hüquqi qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Belə ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən ömürlük təyin edilmiş yaşa görə əmək pensiyasının təyinatı məhz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2016-cı il tarixli 2-1(82)-1702/2016 nömrəli qəra rı əsasında aparılmışdır. Qeyd edilən məhkəmə mübahisəsinin predmetini isə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək “Zəmanət” şirkətinin ünvan 1 ünvanda yerləşən avtoservisində aşpaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilməsi təşkil etmişdir. 33. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2016-cı il tarixli 2-1(82)1702/2016 nömrəli qərarının yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsi müəyyən edilməmiş, qərar hazırda da qüvvədədir.

34. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir.

35. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına mü nasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur.

36. Ona görə də, apellyasiya instansiya məhkəməsinin cavabdehin hərəkətlərinin qanunsuz xarakter daşıması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin “Zəmanət” şirkəti ilə bağlı sübutlara qiymət verilməməsi ilə bağlı dəlilləri əsassızdır.

37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaların ı da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 21(103)-1518/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar