Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1513/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi ” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(105)-109/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının sağlamlıq vəziyyəti ilk dəfə xx.xx.2006-cı il tarixində cavabdeh TSEK tərəfindən qiymətləndirilmiş və ona “Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr.osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək uzadılmışdır.
2. İddiaçının sağlamlıq vəziyyəti 3 sayl ı Sumqayıt şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ona bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya yenidən bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi:Ümumi xəstəlik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olma; Diaqnozun mətni: Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr.osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğ u; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” diaqnozu ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.
3. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün 4 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli, 0530003AAGPW nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, iddiaçı son 1 il ərzində - 08 fevral 2021-ci il, 14 aprel 2021-ci il, 03 iyun 2021-ci il, 30 iyun 2021-ci il tarixlərində “Aşağı ətraf travmalarının nəticələri” xəstəliyi ilə ambulator müayinədə, 10 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X2, 16 mart 2021-ci il tarixində Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz olaraq “T93 Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” qoyulmuş, ağırlaşmalar “R26 Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafda yerişin pozulması”, “M86.6 Digər xroniki osteomielit, sol diz qapağının xroniki osteomieliti. (Et Travmatologiya və Ortopediya İns)”, “M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol bud və baldır əzələlərinin hipotrofiyası”, “M24.5.Oynaqların kontrakurası,Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Diz oynağında bükmə 110 dərəcə, açma 160 dərəcə (Et Travmatologiya və Ortopediya İns)”, yanaşı xəstəliklər isə “D50 Dəmir defisitli anemiya”, “F48.0. Nevrasteniya, Asteno nevrotik sindrom” müəyyən edilmişdir. 4. 4 nömrəli Sumqayıt şəhər xəstəxanasını n poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0530003AAF7V saylı göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T93- Aşağı...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oynaqların kontrakurası, Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hərəkətin və yerişin pozulmaları. Sol bud və baldır əzələlərinin hipotrofiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Tam reabilitasiya olması - Səbəb: T am reabilitasiya barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. 5. 4 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən rəsmiləşdirilən 30 iyun 2021-ci il tarixli, 0530003AAGPW nömrəli göndəriş cavabdeh tərəfindən 12 iyul 2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində məlumat yoxdur” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1971-ci ildə anadan olmuşdur. xx.xx.2005-ci ildən 2 saylı Sumqayıt şəhər Poliklinikasında T93 kodlu “Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik artrozu və kontrakturası. Diz oynağında bükmə 110 dərəcə, açma 160 dərəcə. Sol bud və baldır əzələlərinin hiportrofıyası” diaqnozu ilə qeydiyyatdadır. Həmin xəstəliklə əlaqədar olaraq ona 2004-cü ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu əlilliyin qiymətlənməsi 2021-ci ilin aprel ayının 14-də keçirilməli idi. “Aşağı ətraf travmalarının nəticələri” diaqnozu ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə həkim müayinəsindən k eçmişdir. Stasionar şəraitdə xx.xx.2021-ci il tarixində ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə Sumqayıt şəhər Təcili X2 müalicə olunmuşdur. 0530003AAGF6 və 053003AGPW saylı göndərişlə əlillik təyin edilməsi üçün sənədləri Agentliyə təqdim olunmuşdur. Lakin, Agentlik tərəfindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Qeyd edir ki, 2005-ci ildən yuxarıda qeyd edilən xəstəliyin daşıyıcısıdır və həmin xəstəliyə görə ona 2005-ci ildən əlillik təyin edilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı Sumqayıt şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstə lik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89-Diz və baldırın travmaları => S83-Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr. osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2-1(118)869/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il ildən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıy a ilk dəfə 2004-cü ildə əlillik təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 göndərişinin natamam doldurulması, müalicələri və müayinələri barəsində məlumatların tam olmaması səbəbindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyində də iddiaçıya təyin edilmiş diaqnoz öz təsdiqini tapmış, lakin diaqnozun əlilliyin təyin edilməsi üçün əsas olmaması göstərilmişdir. Qanunvericilikdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh imtina cavabında və etirazında əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin natamam olmasına istinad etmişdir. Halbuki, cavabdehin bu dəlili hər hansı normativ sənədlə təsdiq olunmur. Bununla bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(105)-109/2023 nömrəli qəra rı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X7) ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibati Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əgər məhkə mə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə fasiləsiz 10 illik müddəti əlilliyin təyini üçün kifayət hesab edərkən nəzərdən qaçırdığı mühüm məqam ondan ibarətdir ki, əlillik tibbi sağlamlıq vəziyyəti ilə bağlı haldır. Şəxs barəsində əlilliyin təyini zamanı ilk öncə onun sağlamlıq imkanlarının həqiqətən əlillik üçün uyğun olub-olmaması aydınlaşdırılmalıdır. Tibbi sənədlərdən və həmçinin keçirilmiş ekspertizanın rəyindən də göründüyü kimi, şəxs barəsində əlillik vəziyyəti mövcud deyildirsə, “müddət” əsası ilə ona əlilliyin təyini qanun pozuntusudur. Məhkəmə bu halda ilk öncə tibbi və ekspert rəyini nəzərə almalı idi. Yuxanda göstərilən normalardan göründüyü kimi, məhkəmə baxışı həddində cavabdeh orqanın diskresion səlahiyyətinin qanunvericilik çərçivəsində icra olunmasını yoxlamalı və orqanın yerinə qərar qəbul etməməli idi. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı y azılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 n ömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları” na əsasən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəf indən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəst əliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir; 1.2. Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. 1.3. Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; 1.3.2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra əlillik) müddətinin bitməsi; 1.3.3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.3.4. şəxsin sağlamlıq vəziyyətində olan dəyişikli klərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi; 1.3.5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; 1.3.6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi. 2.2. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə ic raat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxa rıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakı ları qeyd etməyi zəruri sayır.
31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığ ına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdir də, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 32-ci bəndində qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
34. Belə yanaşma bu qərarın 17-ci və 18-ci bəndlərində istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mər hələsi).
35. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
36. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
37. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişd ir.
34. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(105)-109/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.