Məhkəmə qərarları › İş №2-1(102)-1514/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1514/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1514/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, işlədiyi dövrlərin, təhsil müddətinin nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “01.09.1970-ci ildən 03.03.1975-ci ilədək Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin X5 təhsil aldığı, 21.12.1993cü il tarixdən 16.03.1999-cu il tarixədək Şəki 96№li X4 V dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı 08.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsini n İnzibati kollegiyasının 2-1(103)-776/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 1970-ci ildə Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumuna daxil olmuş və 1975-ci ildə “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası“ ixtisası üzrə əyani olaraq tam kursu bitirmişdir. 01.11.1975-ci il tarixdən 20.11.1977-ci il tarixədək hərbi xidmət keçmişdir. 13.04.1979-cu ildən 23.04.1983-cü ilədək X10 və Konstruksiyaları istehsalı X1 “Armatur” sexində İV dərəcəli qaynaqçı, 26.04.1983-cü ildən 27.04.1989-cu ilədək Şəki Yerli Tikinti X2 V dərə cəli elektrik qaynaqçısı, 01.06.1989-cu ildən 01.08.1989-cu ilədək Şəki 7 nömrəli Sənaye Kombinatında V dərəcəli elektrik qaynaqçısı, 09.08.1989-cu ildən 23.03.1990-cı ilədək Şəki 17 nömrəli Sənaye Tikinti Kombinatının “Beton" sexində İV dərəcəli qaynaqçı, 08.06.1990-cı ildən 30.11.1992-ci ilədək 17 nömrəli Sənaye Tikinti Kombinatının "Qumçınqıl” sexində V dərəcəli elektrik qaynaqçısı, 01.12.1992-ci ildən 01.12.1993-cü ilədək X8 İ dərəcəli qaynaqçı, 21,12.1993-cü ildən 16.03.1999-cu ilədək Şəki 96 nömrəli X4 V dərəcəli elektrik qaynaqçısı peşələrində işləmişdir. İddiaçının 18 mart 2018-ci il tarixli ərizə ilə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi iddiaçıya ünvanladığı 1 aprel 2020-ci il tarixli məktubda “Əmək pe nsiyaları haqqında” Qanunun 9, 21-ci maddələrinə istinad edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surəti əsasən və hərbi xidmət dövrü də daxil olmaqla cəmi 21 il 7 ay 11 gün sığorta stajı müəyyən edilmişdir. Tələb olunan 25 il sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı 12 aprel 2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə cavabdehə qarşı Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, “01.09.1970-ci ildən 03.03.1975-ci ilədək Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin X5 təhsil aldığı, 21.12.1993-c ü il tarixdən 16.03.1999-cu il tarixədək Şəki 96№li X4 V dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı 08.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. DSMF-nin Şəki rayon şöbəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 8 iyul 2019-cu il tarixli məktubundan Şəki 96 nömrəli X3 01.01.1993-01.04.1999-cu illər ərzində DSMF-nin Şəki şəhər şöbəsində uçotda olduğu, fəaliyyət göstərdiyi və məcburi dövlət sosial sığorta haqqı ödədiyi müəyyən edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 5 avqust 2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinə göndərilmişdir. İş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində olarkən cavabdeh iddiaya dair etiraz verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-3872/2019 saylı iş) 30 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 01.09.1970-ci ildən 03.03.1975-ci ilədək Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin X5 təhsil aldığı, 21.12.1993-cü il tarixdən 16.03.1999-cu il tarixədək Şəki 96 №li X4 V dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı 08.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi idd ianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə, 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 25 (iyirmi beş) ildən çox olduğundan və onun 01.01.2006-cı ilə qədər həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (XXXİİİ Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin S iyahısında (Tikinti materialları istehsalı bölməsində zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqda məşğul olan elektrik qaynaqçıları; Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulan peşələrdə 20 ildən çox stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı ilə razılaşan BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X12-məruzəçi, X9 və X7, 2-1(103)-776/2020 saylı iş) 10 mart 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 5 may 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1 -ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlər əmək kitabçası ilə yanaşı sosial sığorta stajınag üzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1688/2019 qərarında deyilir: “İş materiallarından görünür ki, işə baxan məhkəmələr iddiaçının işlədiyi müəssisədən müvafiq arayış tələb etmədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə səhv nəticəyə gəlmişlər. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməm barədə arayış iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmək mümkün deyil”. İddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək və onun müxtəlif dövrlərdə müxt əlif müəssisələrdə işlədiyi “qaynaqçı”, “elektrik qaynaqçısı”, “elektrik qaz qaynaqçısı” peşələrini Nazirlər kabineti tərəfindən təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılardakı vəzifələrdə uyğunlaşdırmaq mümkün deyil. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı teleqram göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmi şdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifədə işləmədiyini və təhsil illərinin sığorta stajına daxil edilmədiyini bildirib ərizəni təmin etməmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İ PM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 8 oktyabr 1956-cı ildə anadan olmuş iddiaçı hesab edir ki, ona 57 yaşdan (8 oktyabr 2013-cü ildən) güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İddiaçının 57 yaşının tamam olduğu vaxta qədər 25 ildən az olmayan sığorta stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edi r. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı 1970-1975-ci illərdə X5 “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası“ ixtisası üzrə əyani təhsil almış, 01.11.1975-ci il tarixdən 20.11.1977-ci il tarixədək hərbi xidmət keçmiş, 13.04.1979-cu ildən 23.04.1983-cü ilədək X10 və Konstruksiyaları istehsalı X1 “Armatur” sexində İV dərəcəli qaynaqçısı, 26.04.1983-cü ildən 27.04.1989-cu ilədək Şəki Yerli Tikinti X2 V dərəcəli elektrik qaynaqçısı, 01.06.1989-cu ildən 01.08.1989-cu ilədək Şəki 7 nömrəli Sənaye Kombinatında V dərəcəli elektrik qaynaqçısı, 09.08.1989-cu ildən 23.03.1990-cı ilədək Şəki 17 nömrəli Sənaye Tikinti Kombinatının “Beton” sexində İV dərəcəli qaynaqçı, 08.06.1990-cı ildən 30.11.1992-ci ilədək 17 nömrəli Sənaye Tikinti Kombinatının “Qumçınqıl” sexində V dərəcəli elektrik qa ynaqçısı, 01.12.1992-ci ildən 01.12.1993-cü ilədək X8 İ dərəcəli qaynaqçı, 21,12.1993-cü ildən 16.03.1999-cu ilədək Şəki 96 nömrəli X4 V dərəcəli elektrik qaynaqçısı peşələrində işləmişdir. 1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında Qanunun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, te xniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. Odur ki, bəhs edilən normativ aktlara əsasən iddiaçının əyani təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla 57 yaşının tamam olduğu 8 oktyabr 2013-cü ilə qədər 25 ildən az olmayan ümumi staja malik olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı deyildir. Mübahisə həm də iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda olubolmaması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qad ınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (XXXİİİ Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında (Tikinti materialları istehsalı bölməsində zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqda məşğul olan elektrik qaynaqçıları; Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları) peşəsi nəzərdə tutulmuşdur. İddiaçının qaynaqçı peşəsində işlədiyi müddət 12 il 6 aydan çoxdur. Beləliklə, iddiaçı 57 yaşı tamam olan vaxt 12 il 6 ay əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi təsdiq edildiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-776/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar