Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1514/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023cü il tarixli, 2-1(103)-416/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.1978-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Texniki pasportda cəmi meydançanın sahəsi 485.0 kv.m, cəmi tikinti altı sahə 178.8 kv.m göstərilmişdir. 2. 26 aprel 1978-ci il tarixdə Bakı şəhərində notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən, X12 ünvan 2 ünvanında 511.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini İddiaçı satmışdır.
3. Azərbaycan SSR Bakı şəhər X2 İcraiyyə Komitəsi Bakı şəhər X1 Bürosu tərəfindən verilmiş 205 nömrəli kitabda, xx.xx.1978-ci il tarixdə, 11576-cı səhifədə aparılmış qeydiyyata əsasən verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışdan görünür ki, B.Məmmədov küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ½ hissədə iddiaçıya, ½ hissədə X5 (iddiaçının bacısına) məxsusdur.
4. X9 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2018-ci ildə notarial qayda da təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, X9 paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin paylı şəkildə özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir.
5. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********64 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətdə olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edi lmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 40 ildən artıq müddətdir ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.1978-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiriməsinə aid pasport verilmişdir. xx.xx.1978-ci il tari xdə həmin pasport əsasında fərdi yaşayış evinə dair onun və bacısı X4 paylı şəkildə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Cavabdehə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bütün sənədləri qanunvericiliyə uyğun olaraq təqdim etməsinə baxmayaraq, cavabdeh **********64 nömrəli, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdehin g östərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Odur ki, tələbi əsaslı olduğundan edilməlidir.
9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdehin xx.xx.2018-ci il tarixli, **********05 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Lakin dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən və hazırda X3 mülkiyyətində olan qeyri-yaşayış binası ilə bağlı arxiv qovluğunda aşkar edilən sənədlərin surətləri göndərilmişdir: - Bakı şəhəri 42 saylı notariat kontorunun d övlət notariusu tərəfindən təsdiq edilmiş 1 mart 2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı X6 Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 30/36 nömrəli arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan, ünvan 7 ünvanda yerləşən qeyriyaşayış sahəsini alıcı X3 mülkiyyətinə vermişdir. - Bakı şəhəri 19 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.x x.2011-ci il tarixli, 11/2735 saylı arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan ünvan 8 ünvanında 0.14953 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********06-06301, qeydiyyat nömrəsi 110600525, xx.xx.2006-cı il tarixdə verilmiş seriya nömrəsi MH ******* olan çıxarışa əsasən satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü - istifadə hüququ ) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər notariusu T.H.Kərimova tərəfindən 13 fevral 2013-cü il tarixdə təsdiq edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı "xxxx" MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/925 nömrəli arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan qeyri-yaşayış binasını alıcı X10 mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06-06301, MA ******* seriyalı dövlət reyestrindən çıxarış əsasında satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü istifadədə hüququ) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən verilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən mağazanın hüquq subyekti X11r, texniki pasport qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixə olan vəziyyətinə əsasən xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur. Texniki pasportda torpaq sahəsinin ölçüsü faktiki istifadədə 0.14953 ha, əsas tikili altında 0.01824 ha, digər tikili və qurğular altında 0.00477 ha göstərilmişdir.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 31272 nömrəli rəydən görünür ki, iş materiallarına əlavə edilmiş, cavabdehin **********67 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna istinad edilməklə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 250.0 kv.m hissəsinin X3 mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********70 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, ünvan 10 ünvanda yerləşən qeyri-yaşay ış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənədlər) və torpağın plan-ölçüsü arxiv qovluğunda mövcud deyil. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim A.A.Abdullayeva) 14 noyabr 2019-cu il tarixli, 2-1(81)-108/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin böyük bir hissəsi X3 mülkiyyətindədir. Odur ki, onun hazırda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və S.S.Seyidova) 18 fevral 2020-ci il tarixli, 21(103)-526/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)-108/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş, **********06-06301 reyestr nömrəli texniki pasportla X3 istifadəsində olan torpaq sahəsinin və ********** nömrəsi ilə İddiaçı tərəfindən müraciət olunan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X3 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan tikinti altı sahəsindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi yalnız, X3 texniki pasportla istifadəsində olan torpaq sahəsi ilə 250.0 kv.m hissədə üst-üstə düşür.
18. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 8 iyun 2022-ci il tarixli, 21(112)-217/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 11 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının paylı mülkiyyət hüququ qeydiyyata alınmaqla, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
19. Birinci inst ansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.01824 ha olmaqla, mülkiyyət növü dövlət, torpaq sahəsinin hüquq növü istifadədədir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin üst-üstə düşmə halı, üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikinti altı sahəsi ilə deyil, yalnız X3 adına tərtib olunmuş texniki pasportda faktiki sahə kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, X3 faktiki istifadədə olan həmin torpaq sahəsinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti altı torpaq sahəsinə dair mülkiyyət hüququ dövlətə məxsus olmaqla, hüquq növü istifadə göstərilmişdir. Ümumiyyətlə, sözügedən qeyri-yaşayış sahəsi ilkin alqı-satqı müqaviləsinin predmeti olan zaman da, tikinti altı sahədən əlavə olan torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi /, M.N.Tağızadə və K.H.Əkbərov) 21 fevral 2023-cü il tarixli, 21(103)-416/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(112)-217/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imti nası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin Torpaq Məcəlləsinin 55 və 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(103)-416/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ g əlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. h üquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli F ərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqlar ı qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);...
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə k assasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tə rəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, fərdi yaşayış evinin yerləşdiyi mübahisələndirilən torpaq sahəsinin 250.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətdə olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində yerləşən tikiliyə dair Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1978-ci il tarixdə texniki pasport tə rtib edilmiş və həmin fərdi yaşayış evinə paylı mülkiyyət hüququ ilə çıxarışlar verilmişdir. Sözügedən fərdi yaşayış evinin digər mülkiyyətçisi X9 notarial qaydada razılıq ərizəsi təqdim edərək, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylı şəkildə özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir.
36. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin imtinanın əsası kimi qeyd etdiyi üst-üstə düşmə halı, üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikinti altı sahəsi ilə deyil, yalnız X3 adına tərtib olunmuş texniki pasportda faktiki sahə kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə aiddir. Halbuki, texniki pasportda üçüncü şəxsin faktiki istifadəsində olduğu qeyd edilən həmin torpaq sahəsinin qa nuni əsaslarla ona (üçüncü şəxsə) ayrılması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir.
37. Halbuki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 2.4-cü bəndinin tələblərinə uyğun olmuşdur.
38. Bununla belə, cavabdeh inzibati orqanın imtinası hüquqların dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15- ci maddəsində nəzərdə tutulmuş hallara uyğun olmamış, imtina həmin maddəyə uyğun əsaslandırılmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 21(103)-416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.