Məhkəmə qərarları › İş №2-1(102)-1514/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1514/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1514/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın mümkün sayılmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “sərəncamın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-190/202 4 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11265/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal RİH başçısının xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının iddiaçıya münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1952/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır.

5. Cavabdeh və üçüncü şəxs qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1952/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-190/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1952/2023 saylı qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” xx.xx.2023-cü il tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: İ. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. İİ. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüq uq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. İİİ. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. İV. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflə r üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. V. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürü lməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi X1 Bakı şəhər Cavabdehnə qarşı iş üzrə xx.xx.2024-cü il tarixli, 21(102)-395/2024 nömrəli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin Sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafi ə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İİQ-nun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səlahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır. İİQ-nun 67.4-cü maddəsi qanunsuz əlverişli inzibati aktın yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyü nü, 67.5-ci maddəsi maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda... qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyini təsbit etmişdir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, İİQ-nun 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bakı şəhəri Cavabdeh başçısının 121 nömrəli 17 may 2019-cu il tarixli sərəncamı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və İİQ-nu n 67.5-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə olmadığından, həmin sərəncamın ləğvi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı qanuni və əsaslıdır.”

13. Ali Məhkəmənin qeyd olunan mövqeyi və qanunvericiliyin tələbləri baxımından cavabdehin xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı ilə əlaqədar məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-190 /2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar