Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1514/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; teplovoz maşinist köməkçiləri; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(105)141/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edil məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1811/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandığı vaxtdan – 60 yaşından (xx.xx.2022-ci il ildən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(105)-141/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının müvafiq müəssisədə işlədiyi xx.xx.1997-xx.xx.2012-cı ilədək olan dövrlərə aid əmək kitabçasında qeydlər öz əksini tapdığından, indiki halda həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilmədiyindən, habelə xx.xx.2006-cı ilədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən məcburi sosial sığorta haqqının ödənilməsinin zərurliyinə dair şərt nəzərdə tutulmadığından, iddiaçının işlədiyi xx.xx.1997-xx.xx.2006-cı ilədək olan dövr onun iş stajına daxil edilməklə, nəzərə alınmalıdır. Həmçinin iş materiallarında olan "xxxx" QSC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı Biləcəri lokomotiv deposunda maşinist vəzifəsində çalışmış və işlədiyi peşələr üzrə iş stajı 10 il 11 ay 23 gün təşkil etmişdir. Qeyd edilən peşə müvafiq Qərara əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1985ci və xx.xx.1985-xx.xx.1986-cı illərdə teplovoz maşinist köməkçisi vəzifəsində işləmişdir ki, bu da məhz həmin arayışda əks olunmuş peşə və sahə ilə eynilik təşkil etmişdir. İddiaçının xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985- xx.xx.1986-cı illərdə işlədiyi müəssisə hazırda fəaliyyət göstərmədiyindən, oxşar müəssisə tərəfindən verilmiş arayış özlüyündə həmin peşənin güzəştli pensiya hüququ verən peşələrə aid olması halının müəyyən edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən həmin hala əhəmiyyət verilməmişdir. Bu baxımından cavabdeh tərəfindən qeyd edilən dövrlər iddiaçıya münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmalı olduğu halda, nəzərə alınmadığından, cavabdehin həmin hissədə də hərəkətləri qanunauyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının teplovoz maşinist köməkçisi kimi işlədiyi xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985-xx.xx.1986-cı illər güzəştli iş stajına daxil edilməli olduğundan, iddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapır.
6. Cavabdeh kassasiya şikayəti verərək, həmin q ərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələs inə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikay ət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcu d və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-334/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 2-1(102)-2170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 21(102)-2020/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1351/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadlarına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadları mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=422a578fcd7e47869a623bb5d436be0b https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=d961 45cc69854202ae77fe663bf6b3ba https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=a6a3813ca1634676b249a897e3970efa https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=90e045aab9824cfbbc2961fec61bf8f9 https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=80a4c8fdbeb14a1094b096ab10785d9f https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=a**********348f697b5f2e06254fdba
12. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı Biləcəri lokomotiv deposunda maşinist vəzifəsində çalışmış və işlədiyi peşələr üzrə iş stajı 10 il 11 ay 23 gün təşkil etmişdir. Həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 21.4-cü bəndinin 7, 13 və 17-ci abzaslarına uyğun olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985-xx.xx.1986-cı illərdə maşinist köməkçisi vəzifəsində çalışmışdır ki (əmək kitabçası ilə təsdiq olunub), bu da onun güzəştli stajının tam olmasını sübut edir.”
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli o lmuşdur.
14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mö vcudluğu da müəyyən olunmur. QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(105)-141/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.