Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1515/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması; pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya sının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)635/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 30 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi xx.xx.2000-ci ildən xx.xx.2008-ci il tarixinədək iddiaçının iş stajının və sosial sığorta ayırmalarının ödənilməsini n düzgünlüyünün müəyyənləşdirilməməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 23 oktyabr tarixdə Cavabdehnə qarşı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2004-2005-ci illərdə Qazaxıstan Respublikasının “xxxx” Şirkətində aldığı orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 32 il 1 ay 26 gün ümumi iş stajı, 26 il 9 ay 21 gün zərərli iş stajını tamamlamış, pensiya hüququnun yarandığı xx xxxx 2009-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin olunarkən onun 2004-2005-ci illərdə Qazaxıstan Respublikasının “xxxx” Şirkətində aldığı orta aylıq əmək haqqı nəzərə alınmamışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4576/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2004-2005-ci illərdə Qazaxıstan Respublikasının “xxxx” Şirkətində aldığı orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya təyin olunduğu vaxtda qüvvədə olan əmək pensiyaları qanunvericiliyinə əsasən ona pensiya təyin olunan zaman onun aldığı əmək haqları, o cümlədən Qazaxıstan Respublikasında ald ığı əmək haqqı nəzərə alınmalı idi.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 yanvar tarixli 2-1(103)-635/2020 nömrəli qərardadı ilə Cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi ilə əvəz edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)-635/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək hazırda qüvvədə olmayan qanunvericilik aktlarına müraciət etmişlər. İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.200 8-ci il tarixədək iş stajını və sosial sığorta ayırmalarının ödənilməsi barədə iş yerindən arayış təqdim etməmiş və bu barədə İdarədə də hər-hansı bir məlumat yoxdur. Məhkəmə isə bu halları nəzərə almadan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsi nin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada): Maddə 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əm ək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Ke çmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmə k pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 19. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının xx xxxxxx 1996-cı il tarixli 195-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə
1. Tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir. Maddə
3. Bu Saziş əsasında pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı verən Tərəf daşıyır. Qarşılıqlı hesablaşmalar aparılmır. Maddə
4. Bu Saziş vətəndaşların pensiya təminatının Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək bütün növlərinə ş amil edilir. Maddə 5.... Pensiyaların hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır. Əməkhaqqının (gəlirin) miqdarı bir Tərəfin, pensiya təyin olunduğu anda digər Tərəfin milli valyutasına və yaxud beynəlxalq ekvivalentə nisbətdə rəsmi təsdiq edilmiş milli valyutasından müəyyən olunur.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüqu qi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası şikayətin dəlilərini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir.
24. Məhkəmə kollegiyası, ilk növbədə nəzərə alır ki, iddiaçıya xx xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Başqa sözlə, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil. Hazırkı halda, mübahisə olunan iddiaçının işlədiyi 2004-2005-ci illər üzrə əmək haqqı məbləğinin ona əmək pensiyası təyin olunarkən nəzərə alınıb-alınmadığından ibarətdir. 25. “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada) yuxarıda istinad edilən 27.1, 27.2-ci maddələrinin tələbləri nəzərə alındıqda, iddiaçı ona əmək pensiyası təyin olunduğu 2009-cu ildə qüvvədə olan həmin normaların tələblərinə uyğun olaraq hazırkı məzmunda tələb irəli sürə bilərd i. Bu zaman, iddiaçının 2004-2005-ci illərdə hansı istehsalat sahəsində və ya peşədə işləməsi həmin illər üzrə əmək haqqının nəzərə alınması baxımından əhəmiyyət kəsb etmir. Çünki iddiaçı hazırkı halda ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini deyil, artıq təyin edilmiş əmək pensiyasının 2004-2005-ci illər üzrə əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanmasını iddia edir.
26. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
27. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddə t üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
28. Məhkəmə kollegiyası, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, x xxxx 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
29. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr ü çün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
31. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə x xxxx 2017-ci il tarixdən sonra – xx xxxxxx 2019cu il tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)-635/2020 nömrəli qərarı dəyişdirilir və iddia aşağıdakı məzmunda təmin olunur: Cavabdehin üzərinə iddiaçıya xx xxxx 2009-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının onun 2004-2005-ci illərdə Qazaxıstan Respublikasının “xxxx” Şirkətində aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesa blanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov