Məhkəmə qərarları › İş №2-1(102)-1515/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1515/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1515/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və iddiaçıdan əsasız tutulmuş pensiya məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1948-ci il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdehna qarşı “qərarın ləğvi və iddiaçıdan əsassız tutulmuş pensiya məbləğinin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı H.Zərdabi adına X2 İnstitutunda təhsil aldığı 1965-1970-ci illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ilkin olaraq 15 fevral 2021-ci il tarixdə qərar qəbul etmiş, pensiya məbləği 614,83 manatdan 413,70 manata endirilmişdir.

2. Daha sonra isə 9 mart 2021-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanaraq, iddiaçının təhsil aldığı illər nəzərə alınmaqla əmək pensiyasının məbləği 427,60 manat olaraq müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 20 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın yenidən hesablanması, tutulmuş məbləğin geri qaytarılması, H.Zərdabi adına X2 İnstitutunda təhsil aldığı 1965-1970-ci illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən yaşa görə əmək pensiyası alır və sonuncu pensiya məbləği 612 manat olmuşdur. Ona pensiya təyin olunarkən təhsil aldığı illər hesablanmadığından, həmin illərin də sosial sığorta stajına daxil edilərək hesablanması üçün cavabdehə müraciət etmiş, lakin müraciətindən sonra pensiya məbləği ona səbəbi məlumat veri lmədən azaldılmışdır. Yenidən cavabdehə müraciət edərək azalmanın səbəbini və pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, pensiyanın yenidən hesablanması zamanı, sığorta kapitalı düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya ödənişlərində artıq ödəmə müəyyən edilmişdir. Hesab etmişdir ki, ona görə də hazırda iddiaçıya qanunla müəyyən olunan pensiya məbləğindən artıq ödəmələr tutulur. Bunun cavabdehin səhvi olmasını hesab etdiyindən, məhkəməyə müraciət etmişdir.

6. İşə baxılarkən, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 9 mart 2021ci il tarixli qərarın etibarsız hesab edilməsini, həmin qərara əs asən artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin geri qaytarılmasını, həmin qərara əsasən tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsini, pensiya məbləğinin 614,83 manatdan aşağı salınaraq 427,56 manat müəyyən edilməsi barədə əmək pensiyasının yenidən hesablanması barədə 9 mart 2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və aldığı 614, 83 manat pensiya məbləğinin H.Zərdabi adına X1 təhsil aldığı illərin nəzərə alınmaqla yenidən hesablanaraq artırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya əyani təhsil müddəti də nəzərə alınmaqla 39 il 1 ay sosial sığorta stajına və 24 sentyabr 2010-cu il tarixdə n 14 sentyabr 2016-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 9859,5 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyi zaman əmək pensiyası yenidən hesablanarkən pensiya kapitalı düzgün hesablanmamışdır. Eyni zamanda, iddiaçının təhsil aldığı illər sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 9 mart 2021-ci il tarixl i **********1 nömrəli qərarın etibarsız hesab edilməsi, qeyd olunan qərara əsasən iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi, həmin qərar əsasında tutulması nəzərdə tutulan artıq ödənilmiş pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır.

10. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən şəxsin razılığı alınmadan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərar qəbul e dildiyindən inzibati aktın etibarlılığından söhbət gedə bilməz. Həmin orqanın razılıq mövcud olduğu təqdirdə həmin qərarı qəbul etmək səlahiyyəti mövcud olsa belə, razılıq olmadığı təqdirdə digər maddi və prosessual hüquq normalarının tələbləri yerinə yetirilməsinə baxmayaraq (misal araşdırma aparılmış, məlumatlandırma həyata keçirilmiş, inzibati araşdırma ilə bağlı müddətlərə riayət olunmuş) hər bir halda etibarsızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tətbiqi zamanı qərarın ləğv edilməsinə münasibət bildirilməsi mübahisələndirmə növündə iddiaya baxılması məqsədləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 2.2.1-ci və 32.1-ci maddələri ilə müəyyən edilmiş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına dair mübahisələndirmə növündə iddia “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın ləğvi ilə bağlıdır.

11. Bundan başqa, təhsil müddəti də nəzərə alınmaqla iddiaçı xx.xx.2006-cı il tarixinədək 39 il 1 ay sığorta stajına malikdir. xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 9859,5 manat təşkil edir. İddiaçıya xx.xx.2010–cu il tarixdən ödənilməklə pensiya kapitalına əsasən 177, 30 manat əmək pensiyası təyin edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq şəxsin işləməyən pensiyaçı kateqoriyasına keçməsi ilə əlaqədar növbəti müraciəti zamanı xx.xx.2016-cı il tarixdə yenidən hesablama xx.xx.2010-xx.xx.2016-cı il tarixlərdə mövcud olan 9869,5 manat pensiya kapitalı əvəzinə, əsassız olaraq ondan əvvəlki dövrlərdə mövcud olmuş pensiya kapitalı əsasında hesablanmışdır ki, qeyd olunan hal isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olmamış, nəticədə iddiaçıya əsassız olaraq 614,83 manat pensiya məbləği hesablanmışdır. Halbuki, hesablama xx.xx.2010-xx.xx.2016-cı il tarixlərdə yığılmış pensiya kapitalı əsasında yenidən aparılmalı, o cümlədən ilkin təyinat zamanı iddiaçının təhsil müddəti nəzərə alınmalı idi.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək, cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 9 mart 2021-ci il tarixli **********1 nömrəli qərarın ləğv edilm əsi, cavabdeh tərəfindən qəbul edilmiş qeyd olunan qərara əsasən iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun gəlməyən maddi hüquq norması tətbiq edilmişdir. Belə ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan ümumilikdə artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair qərar qəbul etmək səlahiyyəti olmayan orqan deyil, onun müvafiq səlahiyyəti qanunvericiliklə məhdudlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

15. Qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı, cavabdeh tərəfindən artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair birbaşa qərar qəbul edilərək icra edildiyi, müvafiq məbləğin iddiaçıdan tutulduğu müəyyən olunur. Halbuki, qanunvericilikdə şəxsin razılığı olmadığı təqdirdə artıq ödənilmiş məbləğin yalnız məhkəmə qaydasında tutulması məcburi norma olaraq müəyyənləşdirilmişdir.

16. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının cari iddia tələbində mübahisələndirdiyi 9 mart 2021-ci il ta rixli inzibati akt etibarsız deyil, qanunvericilik normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən və iddiaçının vəziyyətini pisləşdirdiyindən qanunsuz əlverişsiz inzibati akt kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən qanunsuzluğa yol verilərək əlverişsiz inzibati akt qəbul edilmiş, iddiaçının qanunla qorunan hüquq və maraqlarının əsassız olaraq pozulması ilə nəticələnmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəl illəri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 427.56 manata çatdırılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixinə aylıq pensiya məbləği 427,56 manat, aylıq tutulma məbləği 82,74 manat, artıq ödənilmiş pensiyanın qalıq məbləği 7383,09 ( yeddi min uç yüz səksən üç manat 9 qəpik ) manat təşkil edir. Nəticə etibarilə, cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanması zamanı artıq ödənilmiş 82.74 manatın tutul ması ilə bağlı inzibati akt qanuni və əsaslı olaraq qəbul edilmiş, nəticədə iddiaçının hüququ pozulmamışdır.

19. Məhkəmələr qərarlarında səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati aktın qəbul edildiyini və bu səbəbdən Sosial ödənişlərlə təyinat üzrə mərkəzi filialın 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərarının etibarsız (ləğv) hesab edildiyini göstərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1,-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmçinin qeyd olunan qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və buna, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun:... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.... 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik i halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə mə lum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt h əmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, hə mçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icr aat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələləri n təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının tələbi üzrə faktiki hallara dair istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələ ləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, cavabdeh artıq ödənilmiş pensiya məbləğinin qaytarılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir.

31. Hazırkı halda, həmin qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar