Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1515/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Əhmədova Aybəniz Ərşad qızı) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)201/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 1 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı 54 nömrəli BTK-nın nəzdində yerləşən Vişnyovka 2 massivindən bağ sahəsi ayrılmışdır. 2. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhə r İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 54 nömrəli BTK nəzdində İddiaçı adına Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 54 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. 3. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ massivi üzrə 54 nömrəli Bağ Tikinti Kooperativinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərdən görünür ki, İddiaçı adı Kooperativin üzvlərinin siyahısında göstərilməmişdir. 4. 3 №-li orderdən orderə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 3 may 1994-cü il tarixli PR:76 BTK qərarına əsasən X3 Vişnyovka 2 bağlar sahəsində 54 N-li BTK nəzdində 0,12 ha torpaq s ahəsi olan 167b N-li bağ ayrılmışdır. 5. 5 №li orderə əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin 3 may 1990-cı il tarixli BTK 15/558 №li qərarına əsasən İddiaçı 54 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 167b №li bağ ayrılıb.
6. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
7. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barə də” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivi, 54 nömrəli BTK-nın nəzdində yerləşən 0,12 ha bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texn iki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 ərazisində yerləşən 54 nömrəli 0.12 ha ərazidən ibarət bağ sahəsi ona ayrılmışdır. Həmin tarixdən etibarən bu günə qədər bağ onun istifadəsində və sahibliyindədir. Bu səbəbdən də sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə 17 iyun 2021-ci il tarixli, **********47 nömrəl i məktubla cavab olaraq bildirilmişdir ki, “təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı Şəhəri İcra Hakimiyyətinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir”. Nəticədə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir.
10. Cavabdeh orqan iddia ərizəsinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarının arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı digər fiziki şəxsin (Əhmədova Aybəniz Ərşad qızı) İdarəyə müraciəti daxil olmuşdur.
11. Bakı İnzibati Məhkəməs inin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə Əhmədova Aybəniz Ərşad qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1710/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.Ağalarov) iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-201/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövcud qərarı birinci instansiya məhkəməsinin qərarı ilə demək olar ki, eynidir. İş üzrə Apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq araşdırılma aparılmayaraq bu qərar qəbul edilmişdir. Halbuki qərar qəbul edilərkən iş üzrə geniş araşdırılma aparılmalı və iz ahlı bir qərar qəbul edilərək yazılmalı idi.
19. İddianın qaldırılması üçün əsas iddiaçıya həmin torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri X5 İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarın arxivindən arayışın təqdim edilməsi olmuşdur. Həmin qərarda torpaq sahəsinin ölçüsü, ünvanı qeyd edilməsə də, iş üzrə birinci instansiya məhkəməsində araşdırma aparılan zaman iddiaçı tərəfindən təqdim edilə bilməyən, lakin apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş orderdə bağ sahəsinin 167 b saylı bağ sahəsi olması və İddiaçı ayrılması dəqiq göstərilmişdir.
20. Məhkəmə öz təşəbbüsü ilə keçirdiyi ekspertiza rəyinə əsaslanaraq iddiaçı tərəfindən təqdim edilmiş orderin qeyri mötəbər, lakin üçüncü şəxs tərəfindən təqdim edilmiş o rderin isə mötəbər olduğu nəticəsinə gəlmişdir. Halbuki ekspert öz rəyində orderlərə belə bir yanaşma göstərməyərək belə anlayışlar verməmişdir.
21. Bundan başqa, 18 yanvar 1990-cı İl tarixli, 15/558 saylı qərara əsasən həmin ərazidə ayrılmış torpaq sahələri yalnız müharibə veteranlarına ayrılmışdır. Bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh orqandan alınmış sənədlərdə müvafiq qeydlər aparılmış və zəruri sənədlər əlavə edilmişdir. Qeyd edim ki, Əhmədov X1 müharibəsi iştirakçısı olmuşdur. Lakin üçüncü şəxs tərəfindən orderi təqdim edilən X4 isə hər hansı müharibə iştirakçısı olmamışdır. Belə olan təqdirdə isə həmin şəxsə həmin ərazidə torpaq sahəsinin ayrılması heç bir halda mümkün ola bilməzdi. Onlar tərəfindən həmin order təqdim edilsə də arxivdən hər hansı bir arayış təqdim edilə bilməmişdir b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Üçüncü şəxs Əhmədova Aybəniz Ərşad qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Ma ddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. Hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. Daşınmaz əmlaka hüququn yaranması barədə icra h akimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivi, 54 nömrəli BTK-nın nəzdində yerləşən 0,12 ha bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə, Əhmədova Aybəniz Ərşad qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
29. Bakı İnzibati Məhkəm əsinin 2-1(112)-1710/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
30. Həmin qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-201/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1710/2022 nömrəli, 13 aprel 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, “apellyasiya instansiyası məhkəməsinin mövcud qərarı birinci instansiya məhkəməsinin qərarı ilə demək olar ki, eynidir. İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq araşdırılma aparıl mayaraq bu qərar qəbul edilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırılma aparılmayaraq bu qərar qəbul edilmişdir. Halbuki qərar qəbul edilərkən iş üzrə geniş araşdırılma aparılmalı və izahlı bir qərar qəbul edilərək yazılmalı idi.”
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.
34. Belə ki, iş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən cavabdehə mübahisə edilən bağ sahəsinə dair bütün inzibati icraat materiallarının və müayinə aktının təqdim edilməsi məqsədi ilə sorğu göndərilmiş və bununla bağlı cavabdehin 14 oktyabr 2022-ci il tarixli (sənədlərlə birlikdə) cavabı alınmışdır.
35. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən milli arxiv idarəsinə 54 saylı kooperativə dair arxiv qovluğunun Bakı şəhər İcraiy yə Komitəsinin 3 mart 1990-cı il tarixli, BTK 15/558 qərarının və həmin qərarların verilməsinə əsas olan bütün inzibati icraat materiallarının, Bakı şəhər İcraiyyə Komitəsinin bağ sahələrinə dair məsələnin müzakirəsi ilə əlaqədar olaraq 17 yanvar 1990-cı il tarixli, 13 nömrəli protokolunun (protokoldan çıxarış) təqdim edilməsi barədə sorğu verilmişdir.
36. Bununla bağlı milli arxiv idarəsindən 3 noyabr 2022-ci il tarixli cavablar alınmışdır.
37. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən 3 may 1994-cü il tarixli qərarın alınması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinə və onun Arxiv İdarəsinə sorğular verilmişdir.
38. Həmçinin apellyasiya məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir.
39. Beləliklə apell yasiya məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmış və alınmış cavablar müayinə edilərək onlara hüquqi qiymət verilmişdir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA071012022 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 15/558 saylı qərarı xx.xx.1990-cı il tarixi kimi deyil, xx.xx.1990-cı il tarixi kimi Dövlət Arxivinin Bakı filialında saxlanılır. Bakı şəhər İH-nin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır.
41. Həmin məktuba əlavə edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarının 2.4.7-ci bəndin dən görünür ki, İddiaçı Vişnyovka 2 bağ massivi üzrə 54 nömrəli bağ sahəsi ayrılmışdır.
42. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA07104-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 13 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 43. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivində yerləşən 167B saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir.
44. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivində yerləşən 167B saylı bağ sahəsinin texniki vəziyyətini ə ks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən, göstərilən bağ sahəsi mişar daşları ilə hasarlanaraq sərhədlənmişdir. Sözügedən sahəyə xx.xx.2019-cu il tarixdə Əhmədova Aybəniz Ərşad qızının müraciəti əsasında texniki baxış keçirilmişdir.
45. İddiaçı kassasiya şikayətində eyni zamanda göstərmişdir ki, “məhkəmə öz təşəbbüsü ilə keçirdiyi ekspertiza rəyinə əsaslanaraq iddiaçı tərəfindən təqdim edilmiş orderin qeyri mötəbər, lakin üçüncü şəxs tərəfindən təqdim edilmiş orderin isə mötəbər olduğu nəticəsinə gəlmişdir. Halbuki ekspert öz rəyində orderlərə belə bir yanaşma göstərməyərək belə anlayışlar verməmişdir.”
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsasızdır.
47. Belə ki, ekspert müayinə etdiyi sənədlərə hüquqi qiymət verə bilməz, ekspert yalnız sənədlər in müayinəsi zamanı sənədlərdə müəyyən etdiyi konkret texniki məsələləri göstərir, bunun əsasında isə sənədlərə hüquqi qiymət vermək məhkəmənin səlahiyyətlərinə aiddir.
48. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5/1660 №li ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində aşağıdakılar göstərilmişdir: 1.Tədqiqata təqdim edilmiş X2 adına verilmiş 3 nömrəli "Order”in blankı ofset çap üsulu ilə hazırlanmışdır.
2. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli “Order”in blankı axınlı printerdə çap edilmişdir.
3. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli, X2 adına verilmiş 3 nömrəli “Order”lərin, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8 816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərilərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.
4. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli, X2 adına verilmiş 3 nömrəli “Order"lərin, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərin üzərilərində olan möhür əksi iş materiallarına əlavə edilmiş 54 saylı Kooperativin qovluğundakı sənədlərin üzərilərindəki “Азрб. ССР. Бакы шəhəpи халг депутатлары Советинин ичpaиjjə Комитэси Баглар тэсэрруфатынын инкишафы вэ истисмары бирлиjа” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər.
5. Təqdim edilmiş X2 adına verilmiş 3 nömrəli “Order "in, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərlərində olan möhür əksi öz aralarında eynilik təşkil edirlər.
6. Tədqiq edilmiş X2 adına verilmiş 3 nömrəli “Order”in, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərlərində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur.
7. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli “Order”in üzərində olan möhür əksi ilə əl yazıların kəsişdiyi hissədə rəngləyici maddələrin intensivliyi “RGB” intervalında eyni olduğu üçün onların kəsişmə ardıcıllığını müəyyən etmək mümkün olmadı.
49. Həmçinin apellyasiya instansiy ası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ekspert rəyinin təsviri hissəsində iddiaçıya məxsus 5 №li orderin əlamətləri:- kənarlarının dəqiq olmaması, yəni girintili-çıxıntılı olması, işarələrin cizgilərinin sol və sağ tərəflərində xırda nöqtələrin olması, cizgilərin diskret quruluşuna (meylli, oval və yarım oval elementlərdə) malik olması, kağıza hopmaqla suda yaxşı həll olunur (nəmli foto kağıza asanlıqla köçürülür), cizgilərdə təsir izinin olmaması göstərilmişdir.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, “iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının apellyasiya baxışı zamanı t əqdim etmiş olduğu order ekspert rəyindən də aydın olduğu kimi mötəbər sənəd qismində qəbul edilmir. Bunun əksinə eyni bağ sahəsinə dair 1994-cü ildə verilmiş 3№li orderin mötəbərliyi müəyyən edilmiş, həmçinin sözügedən bağa dair icarə haqlarının ödənişinin də iddiaçı tərəfindən deyil, 3№li order adına verilmiş digər şəxs tərəfindən həyata keçirilməsinə dair də qəbzlər təqdim edilmişdir.”
51. İddiaçı kassasiya şikayətində bununla yanaşı göstərmişdir ki, sözügedən torpaq sahəsi yalnız müharibə veteranlarına ayrılmışdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsasızdır.
53. Belə ki, iddiaçının istinad etdiyi Bakı şəhəri X5 İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına münasibətdə də Məhkəmə kollegiyası diqqətə çat dırır ki, həmin qərar iddiaçıya 54№li BTK tərkibində Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 ərazisində torpaq sahəsinin ayrılması ilə bağlıdır. Sözügedən qərarda torpaq (bağ) sahəsinin ölçüsü, yeri, nömrəsi qeyd edilməmişdir.
54. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 54 nömrəli BTK nəzdində İddiaçı adına Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 54 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. 55. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Viş nyovka 2 bağ massivi üzrə 54 nömrəli Bağ Tikinti Kooperativinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərdən görünür ki, İddiaçı adı Kooperativin üzvlərinin siyahısında göstərilməmişdir.
56. İş materiallarına əlavə edilmiş 3 N-li orderə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 3 may 1994-cü il tarixli PR:76 BTK qərarına əsasən X3 Vişnyovka 2 bağlar sahəsində 54 N-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 167b N-li bağ ayrılmışdır.
57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
58. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-201/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.