Məhkəmə qərarları › İş №2-1(102)-1516/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1516/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1516/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1516/2022) (Açar sözlər: texniki pasportda göstərilən faktiki ölçülərə uyğun olaraq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)540/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin “Qəsəbədaxili ərazidə fərdi ev tikintisinə icazə verilməsi haqqında” 415 saylı, 19 noyabr 1996-cı il tarixli Sərəncamı ilə İlqar Həbibov küçəsi, ev 78, mənzil 1-də yaşayan V.V.Malaxatkinaya 78 saylı evin yaxınlığında 20x25 m ölçüdə torpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin “İlqar Həbibov küçəsindəki 78 A nömrəli evin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi haqqında” 442 saylı, 22 aprel 1997-ci il tarixli Sərəncamı ilə İlqar Həbibov küçəsindəki ev 78 A nömrəli evin V.V. Malaxatkinaya məxsus ümumi torpaq sahəsi - 500 kv.m, yaşayış sahəsi - 16,3 kv.m və 20,4 kv.m olan 2 yaşayış otağı; 19 kv.m olan koridor, 5,3 kv.m olan hamam – köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən V.V. Malaxatkinaya göstərilən yaşayış sahəsi üçün q eydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. 3. 22 may 1997-ci il tarixdə V.V. Malaxatkinanın adına tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həmin şəxsə məxsus olan “həqiqi” (yəni faktiki) torpaq sahəsinin ölçüsü 500 kv.m, bundan tikinti altında olan sahə 136,2 kv.m (yaşayış evi, qaraj və anbar) və qalan həyət sahəsi isə (“qrunt altında” sahə) – 365 kv.m göstərilmişdir.

4. V.V.Malaxatkina ilə X12 arasında bağlanmış AN-İ No ******* saylı, 28 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcıya ona məxsus ünvan 1 ünvanda yerləşən 502 kv.m torpaq sahəsi üzərindəki ümumi sahəsi 61,1 kv. m olan evi satmışdır.

5. X12 ilə X9 arasında bağlanmış AN-İ No ******* saylı 1 fevral 2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı Azərba ycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 11/36140 saylı arayışa əsasən 0,0502 ha faktiki torpaq sahəsi üzərində ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 61,1 kv.m olan fərdi yaşayış evini alıcıya satmışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2457/2014 saylı iş üzrə çıxartdığı 17 iyul 2014-cü il tarixli qərarla X4 mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 78a nömrəli evin (həyətyanı və tikintialtı) 0,17483 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li, çıxarış ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında 0,17483 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına 23 avqust 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8. ******* nömrəli, 30 mart 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X15 ünvan 3 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X5 almışdır.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İd arəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li çıxarış ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X10 adına 19 may 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. 10. 20 iyul 2017-ci il tarixli bağışlanma müqaviləsi ilə X15 ünvan 3 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X7 bağışlamışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyest rindən RX seriyalı ******* №li çıxarış ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına 2 avqust 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. 12. 184963 nömrəli, 16 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı ünvan 3 ünvanında 0,17483 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X3 müqavilə əsasında almışdır.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri ndən RX seriyalı ******* №li çıxarış ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 23 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 3 saylı fərdi yaşayış sahəsinə dair 16 dekabr.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli texniki pasportun “Torpaq sahəsi haqqında məlumat” bölməsində göstərilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0,1748 hektar, faktiki sahə 0,196 hektar, tikintialtı sahə 0,0329 he ktar, digər sahələr 0,1631 ha təşkil edir.

15. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,196 ha torpaq sahəsi üçün mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmişdir.

16. Cavabdeh 9 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin istifadəsində olan əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə e dilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

17. İddiaçı 19 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ünvana dair 16 dekabr 2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli texniki pasportda göstəril ən faktiki ölçülərə uyğun olaraq, 0,196 ha olmaqla onun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş seriya RX N ******* nömrəli çıxarışla ünvan 2 ünvanında yerləşən 61,1 kv. metr yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin ona məlum olmayan səbəbdən fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsi 0,196 ha əks olunduğu halda, çıxarışda torpaq sahəsinin ölçüsü 0,17483 ha göstərilmişdir. Bu yanlışlığı aradan qaldırmaq məqsəd ilə 6 yanvar 2021-ci il tarixində **********3 qeydiyyat nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İ darəsinə ərizə ilə müraciət etmiş, 9 mart 2021-ci il tarixli **********28 qeydiyyat nömrəli cavab məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən əmlak üzərində hüquqlarinı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından heç bir səbəb göstərmədən imtina etmişdir. İmtina əsassızdır. Onun mülkiyyət hüququnu təsdiq edən çıxarışda və onun əsasında tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin fərqli olması tam əsassızdır.

19. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

20. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5182/2021 nömrəli qərarı (hakim: X14) ilə iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən həmin ünvana dair 16 dekabr 2020ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli texniki pasportda göstərilən faktiki ölçülərə uyğun olaraq, 0,196 ha olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.

21. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin normalarını sadalamış və hesab etmişdir ki, 2019-cu ildən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,17483 hektar hissəsi 2019-cu i ldən onun xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh tərəfindən həmin ünvana dair 16 dekabr 2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli texniki pasportda iddiaçıya məxsus torpaq sahəsinin faktiki ölçüsü 0,196 hektar kimi qeyd olunmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, 2014-cü ildən ayrı-ayrı fiziki şəxslərə, 2019-cu ildən isə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan ölçüsü 0,196 hektar təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək iddia əsaslı olduğu müəyyən etmişdir.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 21(103)-540/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X23) ilə Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin ilk sahibi X2 adlı şəxs olmuşdur. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin “Qəsəbədaxili ərazidə fərdi ev tikintisinə icazə verilməsi haqqında” 415 saylı 19 noyabr 1996-cı il tarixli Sərəncamı ilə İlqar Həbibov küçəsi ev 78, mənzil 1-də yaşayan V.V. Malaxatkinaya 78 saylı evin yaxınlığında 20 X 25 m ölçüdə to rpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. İşin materiallarında olan 22 may 1997ci il tarixdə V.V. Malaxatkinanın adına tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həmin şəxsə məxsus olan “həqiqi” (yəni faktiki) torpaq sahəsinin ölçüsü 500 kv.m, bundan tikinti altında olan sahə 136,2 kv.m (yaşayış evi, qaraj və anbar) və qalan həyət sahəsi isə (“qrunt altında” sahə) – 365 kv.m göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi normativ hüquqi aktlarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda) 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasporta görə mübahisəli torpaq sahəsinin ölçüsü yalnız 500 kv.m olmuşdur. X1 ilə alıcı İddiaçı (iddiaçı) arasında bağlanmış sonuncu 16 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçıya özünün yalnız 0,17483 ha torpaq sahəsini satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmiş çıxarışda onun torpaq sahəsi məhz 0,17483 ha ölçüdə göstərilmişdir. Göründüyü kimi, iddiaçının faktiki sahib olduğu 19 sot torpaq sahəsi onun adına 16 dekabr 2020-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilsə də, bu sənəddə ar tıq sahə barədə qeydin hüquqi əsasları bəlli deyil.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-) Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə 15.1. Hüquqların dövlə t qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü mad dəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə Bənd

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 30. “Torpa q islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir....

31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Res publikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-) 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2011-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

32. İnzibati Prosessual Məcəllə: Madd ə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələb ləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxa rı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də hazırkı kassasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi fərdi yaşayış evin in yerləşdiyi torpaq sahəsinin texniki pasportda əks olunan faktiki ölçüsünün mülkiyyət hüququnu təsdiq edən çıxarışda qeyd olunmaqla çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Qeyd edilməlidir ki, 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasporta görə mübahis əli torpaq sahəsinin ölçüsü yalnız 500 kv.m olmuşdur. X1 ilə alıcı İddiaçı (iddiaçı) arasında bağlanmış sonuncu 16 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçıya özünün yalnız mülkiyyətində olan 0,17483 ha torpaq sahəsini satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmiş çıxarışda onun torpaq sahəsi məhz 0,17483 ha ölçüdə göstərilmişdir. Lakin 16 dekabr 2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin faktiki ölçüləri 0,196 ha göstərilmişdir.

40. Beləliklə, iddiaçı tərəfindən onun faktiki istifadəsində olan əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının faktiki sahib olduğu 0,196 ha torpaq sahəsi onun adına 16 dekabr 2020-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilsə də, bu sənəddə olan artıq sahə barədə qeydin hüquqi əsasları müəyyən deyil.

41. İddiaçının tələbini “Torpaq islahatı haqqında” Qanunun normalarına görə də təmin etmək mümkün deyildir. Çünki həmin Qanunun tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçının h azırda mülkiyyət hüququ əsasında adına qeydə alınmasını tələb etdiyi sahənin isə onun qanuni istifadəsində olduğu müəyyən olunmur, bununla bağlı iddiaçı tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır.

42. Odur ki, iddiaçının şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 21(103)-540/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar