Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1516/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci dərəcəli əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlillik dərəcəsinin təyin olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-ci il tarixli, 2-1(103)79/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə 26 saylı Şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Birincili esensial hipertenziya.Hipertoniya xes-yi yuksek risk.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edə n, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Brincili esensesial hipertenziya.Hipert.xes-yi yuksek risk.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. İddiaçının əlillik vəziyyət inə həmin poliklinikanın xx.xx.2015-ci il tarixli 2786003AABHİ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: ÜİX.Hipertoniya xəstəliyi,yüksək risk,tez- tez krizlərlə.ÜÇ İİ dərəcə.Şəkərli diabet İİ tip.Diabetik polineyropatiya,retinopatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əs asında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər =>111Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: ÜİX.Hipertoniya xəstəliyi,yüksək risk,tez-tez krizlərlə.ÜÇ İİ dərəcə.Şəkərli diabet İİ tip.Diabetik polineyropatiya,retinopatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. İddiaçının əlillik vəziyyətinə 26 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişi əsasında baxılmış və X1: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 – Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ 20.1 – Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİ fs. İnfarktdan sonrakı kardioskleroz. X3 sonrakı vəziyyət. QDÇ İİ fs. İnsulindən asılı olmayan şəkərli diabet; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə davam etdirilsin səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən etibarən təkrarən İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar q əbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Endokrinoloji Dispanseri tərəfindən xx.xx.2006-cı il tarixində şəkərli diabet 2ci tip diaqnozu qoyulmuşdur. Sonradan xx.xx.2008-ci ildən TSEK-nın diaqnozu (ÜİX. Hipertoniya xəstəliyi, yüksək risk, tez-tez krizlərlə. Üç İİ dərəcə. Şəkərli diabet İİ tip. Diabetik polineyropatiya. retinopatiya) 2-ci qrup əlilik təyin edilmişdi. Bundan sonra hər il xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-cı il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci ildə müayinələrdən keçmiş və son olaraq xx.xx.2016-cı ildə müayinədən keçərək ona 5 ilik 2-ci qrup əlillik təyin edilmişdi, növbəti təkrar müayinə xx.xx.2021-ci ilə təyin edilmişdir. İddiaçıya qo yulmuş diaqnozlar onun xəstəlik tarixçəsində aparılmış müayinələr və müalicələr ilə öz təsdiqini tapmışdır. Ona qanunsuz olaraq müalicə müddətinin yetərli olmaması səbəbi ilə xx.xx.2021-ci il tarixində əlilliyin təyin edilməsindən imtina edilmişdir.
8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)- 11338/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, iddiaçıya qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Forma 88 arayış (2786003AAES8) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr t arixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci, 2.4.8-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (hətta 2.4.1-ci bəndinə və 2.4.8-ci bəndinə əsasən əlilliyin müddətsiz olaraq təyin edilməsinə, belə ki, iddiaçı açıq ürək əməliyyatı keçirmiş və X3 sonrakı vəziyyət diaqnozu qoyulmaqla miokardda yad cisim var (Z95.1 Aotokoronar şuntlu transplantatın olması.) tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif;), ağırlaşmaları (İ50.0 Ürək çatmamazhğı İİ f/sinif), eləcə də yanakı xəstəliklər İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenskopiya, KT, Angioqrafiya, Audio metriya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 4 fevral 2023-ci il tarixli, 21(103)-79/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlillik təyin edilən tarixlərdə AR NK-nın 1997-ci il 29 avqust tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmin əsasnamənin tələblərindən aydın olur ki, ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilməli və fasiləsiz olaraq on il təyin edildiyi hallarda isə müddətsiz təyin edilmiş hesab edilirdi. İş materiallarına əsasən, 2009, 2010, 2011, 2012, 20 13, 2014, 2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya ilkin olaraq 2009-cu ildə ikinci dərəcəli əlillik təyin edilmiş, bundan sonra hər dəfə 1 il uzadılmaqla müddəti artırılmış, 2016-cı il tarixdə isə 5 il müddətinə əlillik təyin edilməsindən sonra 2019-cu il tarixdə artıq 10-cu il üzrə iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir. Bu halda, müddətsiz əlillik dərəcəsi verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqanın birbaşa vəzifəsi olduğu halda, orqan tərəfindən qanun normalarının kobud pozuntusuna yol verilərək, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1 bəndinə əsasən, ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Sənə dlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya,.ÜİX.Stabil gərginlik stenokardiyası İİ fs.İnfarktdan sonrakı kardioskleroz.” qan dövranının birinci dərəcə çatışmazlığını yarada bilər. Hansı ki qeyd olunan “atım fraksiyası” (AF) iddiaçıda 42%-dir, birinci dərəcə qan dövranı çatışmazlığı isə 53-75% arası “atım fıraksiyası”(AF) əsasında müəyyən olunur. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan diaqnozu deyil, qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləyir. Həmçinin qərarda istinad olunan 2.4.1ci və 2.4.8-ci bəndlər də iddiaçının diaqnozu ilə eynilik təşkil etmir. Belə ki, 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının da vamlı olaraq ikinci dərəcə çatışmazlığı, 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması əlillik təyinatına əsas verdiyi halda iddiaçının göndərişində nə süni ürək tənzimləyicisinin qoyulması nə də miokardda yad cisim olması qeyd olunmamışdır. Orada yalnızca “Aotokoronar şuntlu transplantatı” qoyulduğu bildirilir ki, bu yad cisim deyildir, müalicə vasitəsi kimi qoyulmuşdur. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir.
16. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı barədə göndəriş əlilliyin təyin edilməsi üçün əsas vermədiyindən iddiaçıya ikinci qrup əlill ik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəy yən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəx s özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qi ymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron inf ormasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
21. Əlilliyin və sağlamlıq imkanlarının mə hdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33); 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5);
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün apellyasiya məhkəməsi işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessu al qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 2021-ci ildən 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsindən ibarətdir.
31. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq İİ dərəcə əlillik xx.xx.2009-cu ildən təyin olunmuş, xəstəliyin baş lanma tarixi xx.xx.2008-ci il qeyd edilmişdir. Sonradan ona 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
32. İddiaçının sonuncu əlillik təyinatının müddətinin bitməsi səbəbindən onun əlillik vəziyyətinə yenidən 26 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişi əsasında baxılmış və X1: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ20İ25 – Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ 20.1 – Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİ fs. İnfarktdan sonrakı kardioskleroz. X3 sonrakı vəziyyət. QDÇ İİ fs. İnsulindən asılı olmayan şəkərli diabet; Mərkəzə gön dərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə davam etdirilsin səbəbi ilə imtina verilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, iddiaçının sonuncu əlillik dövründə mütəmadi olaraq, eyni xəstəlik səbəbindən tibb müəssisələrində müayinə və müalicə olunması iş materiallarında olan həmin tibb müəssisələri tərəfindən verilmiş epikrizlərlə öz təsdiqini tapır.
34. Belə ki, cavabdeh tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən 2786003AAES8 nömrəli Forma 88 arayışının status localis qrafasında qeyd edilmişdir ki, xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmaya raq, xəstənin vəziyyətində heç bir yaxşılaşma qeyd olunmayıb, vəziyyəti getdikcə daha da kəskinləşib. 2020-ci ildə xəstənin vəziyyəti kəskinləşdiyi üçün xəstə stasionara çatdırılıb, xəstəyə KAQ icra olunub. KAQ zamanı koronar damarlarda ciddi daralmalar aşkarlandığı üçün xəstə ətraflı müayinə və müalicə üçün MKX-ya köçürülmüş və konsiliumun nəticəsində xəstəyə AKŞ təyin olunub və xx.xx.2020-də xəstəyə SDQ tətbiqi ilə AKŞx3 əməliyyatı (LİMA-LAD, (Ao-İMA) (VSG) (Ao-RCPD) (VSG)) icra olunub. Xəstə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ETKİ-də müayinə olunub. Aparılan müalicələrə baxmayaraq hazırda da xəstənin vəziyyəti orta ağırdır. Eyni zamanda xəstə uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Hazırda şikayətləri ümumi zəiflik, halsızlıq, ürəkdə yandırıcı, göynədici ağrılar, ağrıların sol qola, çiyinə irradiasiyası, təngnəfəslik, ürəkdöyünmə, hava çatışmazlığı, bu şikayətlərin adi iş zamanı belə daha da kəskinləşməsi, başağrı, başgicəllənmə, A/T-in yüksək olması, ağızda quruluq, susuzluq, yanğı hissinin olması, əsəbilik, epiqastral nahiyyədə ağrı, ağıreşitmə, zəif və dumanlı görmə, yuxu pozğunluğundandır. Xəstə İİ qrup əlildir, təkrar yoxlama üçün TSEK-ə göndərilir.
35. Bununla bağlı qeyd edilməlidir ki, 2786003AAES8 nömrəli göndərişdə göstərilən xəstəliylərin hazırkı qərarın 21-ci bəndində qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2.2.1, 2.4.1, 2.4.8-ci bəndlərində) təsbit edilməsinə, iddiaçın ın həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq cavabdehin əlilliyin növbəti müddətə təyin olunmasından imtinası qanuni sayıla bilməz.
36. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, arda-arda müayinə əsasında təyin edilmiş ikinci dərəcə əlilliyin əsaslarının 2021-ci ildə birdən-birə aradan qalxması da ağlabatan deyil.
37. Burada həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir.
38. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik 2009-cu il tarixdə təyin edilərkə yuxarıda qeyd edilən 1997-ci il 29 avqust “Əsasnamə” qüvvədə olmuşdur. Həmin əsasnamənin tələblərindən də görünür ki, ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilməli v ə fasiləsiz olaraq on il təyin edildiyi hallarda isə müddətsiz təyin edilmiş hesab edilirdi.
39. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddətsiz əlillik dərəcəsi verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqanın birbaşa vəzifəsi olduğu halda, orqan tərəfindən qanun normalarının kobud pozuntusuna yol verilərək, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-ci il tarixli, 2-1(103)-79/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.