Məhkəmə qərarları › İş №2-1(102)-1517/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1517/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1517/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Ləman Musayevanın, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)454/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaç ı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı ona xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədəiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-4043/2019 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx xxxxx 2016cı ildən xx xxxxx 2019-cu ilədək cəmi 36 ay fərq məbləğinin hissə-hissə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qal an cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4043/2019 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtərlə Təyinat İdarəsinə qarşı xx xxxxx 2016-cı ildən xx xxxxx 2019-cu ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kasasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə vermişdir. Apelyasiya instansiyası məhkəməsininxx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi və ona dövlət büdcəsinin vəsaiti hesabına vəkilin təyin edilməsi, qərardadın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məh kəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bu səbəbdən də kasasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmaq üçün proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə göstərilən kasasiya şikayətinin mümkünlük məsələsinə xx xxxx 2020-ci il tarixdə baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizədə qeyd edilənləri rədd edərək bildirmişdir ki, ərizədəki dəlillər əsassızdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrsüz hesab etməklə bərpa edilməməsi barədə qərardadın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsizgəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kolegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadının surətini xx.xx.2020-ci il tarixdə almışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından xx xxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişd ir. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdür. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi səbəbi Azərbaycan Respublikasında hökm sürən “COVİD-19” pandemiyası nəticəsində evdən çıxmağın qadağan edilməsidir. Bütün yuxarıda qeyd edilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli, 2-1(103)-454/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qeyd olunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasi ya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizə əsassızdır. Belə ki, pandemiya şəraitində vəkil bürolarının fəaliyyəti dayandırılmamışdır. Həmçinin respublikada poçt şöbələri fəaliyyət göstərirdi. İddiaçı kasasiya şikayətini poçt rabitəsi vasitəsi ilə göndərilməsi imkanı mövcud idi. Lakin bunu etməmiş və qanunvericiklə müəyyən olunmuş kasasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət ke çdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, İddiaçı üzürsüz səbəbdən müddəti buraxmış və buna görə də kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar