Məhkəmə qərarları › İş №2-1(102)-1517/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1517/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1517/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Ağsu rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Şair Abduləzizlinin, cavabdehin vəkili İlkin Alizadənin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Ağsu rayon filialına qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 01.01.2008-ci il tarixdən 27.05.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-151/2021 nömrəli iş üzrə 03.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Ağsu rayon filialına qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödə nilməyən, yəni 01.01.2008-ci il tarixdən 27.05.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Ağsu rayonunda anadan olmuşdur. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı 1992-ci ildə gedən döyüşlər zamanı ağır yaralanmışdır. İddiaçı 27.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona əlillik təyin olunmuş və cavabdeh orqan tərəfindən Prezident təqaüdü ödənilir. İddiaçı əvvəlki illərə görə ona verilən təqaüdün ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)1420/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Ağsu rayon filialının üzərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 01.09.2008-ci il tarixdən 27.05.2016-cı il tarixədək fərq məbləğinin İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 52 və 69.5-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçıya əlillik 27.05.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman 01.09.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)-151/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinə, Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 34.1 və 87.6-cı maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə uyğun olaraq onun əlillik vəziyyətini müəyyən edən arayış 27.05.2019-cu il tarixdə verilmişdir. Dolayısı ilə belə qənaətə gəlmək olur ki, iddiaçının əlillik vəziyyəti 27.05.2019-cu il tarixdə təsdiq edilmişdir. İddiaçı prezident təqaüdü alır. Onun əvvəlki illər üzrə, yəni 2008-ci ildən 2016-cı ilədək olan təqaüd məbləğini tələb etməsi isə əsassız olduğu üçün iddiaçıya imtina cavabı verilmişdir. Bu səbəbdən apelyasiya instansiy ası məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(107)151/2021 nömrəli qərarı əsassızdır.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(107)-151/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Alizadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qa nuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ş.Abduləzizli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya ş ikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

19. Belə ki, “TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədindən müəyyən edilir ki, iddiaçıya 27.05.2019-cu il tarixdə birinci qrup əlillik təyin edilmişdir. 15.03.2019cu il tarixli 228 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının Qərarının surətindən müəyyən edilir ki, iddiaçı Ağsu RHK tərəfindən may 1992-ci ildə könüllü hərbi xidmətə daxil olmuş və aprel 1993-cü ilədək hərbi xidmət keçmişdir. Bu fakt Ağsu Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(016)-1475/2018 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı 1994-cü il tarixd ə həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçının 31.12.1992-ci ildən 06.01.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip” və 21.01.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və 21.01.1993-cü ildən 08.02.1993-cü ilə kimi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sol sağrı nahiyyəsinin kor qəlpə yarası və 26.04.1993-cu ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol sağrı nahiyyəsinin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozları olmuşdur. Həmçinin qərarda qeyd edilir ki, iddiaçının əlilliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2020-ci il tarixli, 2-1(102)-1560/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X1 rayon şöbəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 27.05.2016cı il tarixdən - 27.05.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.12.2019-cu il tarixli, 2-1(84)1499/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

21. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 19.12.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı 27.05.2016-cı il tarixdən 27.05.2019-cu il tarixədək olan dövr üçün müharibə əlili kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-123/2020 nömrəli iş üzrə 28.04.2020-ci il tarixli qərarınd an cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti sözügedən qərarla təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında qeyd olunmuşdur ki, cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya AR Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 27.05.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının AR Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni 27.05.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin 21.09.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4-cü maddəsinə uyğun olaraq məhz 27.05.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya 27.05.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu rayon Məhkəməsinin 20 deka br 2018-ci il tarixli, 2(016)1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 15.03.2019-cu il tarixli 228 nömrəli qərarında göstərilmişdir ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi x idmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ istisna etmir. İddiaçıya münasibətdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman 01.09.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir.

23. Göründüyü kimi, iddiaçıya əlillik 27.05.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edi lsə də, əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman 01.09.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir.

24. Bununla yanaşı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya, müavinət və təqaüd almaq hüququ olan digər vətəndaşların təminat hüququ pozulmuş olur. 2

5. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlə r mövcuddur.

27. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).

28. İş materiallarından isə göründüyü kimi, iddiaçı “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsaslanaraq ona 01.01.2008-ci il tarixdən27.05.2016-cı ilədək ol an dövr üçün Prezident təqaüdü məbləğinin birdəfəlik ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, həmin Fərmanın 4-cü maddəsində Fərmanın 2008-ci il sentyabrın 1-dən qüvvəyə mindiyi qeyd olunur.

29. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası iddiaçının tələbinin 01.09.2008-ci il tarixdən - 27.05.2016-cı ilədək olan hissədə əsaslı hesab edilə bilər ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticədə də bu hala istinad etmişdir.

30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)-151/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar