Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1517/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; ödənişsiz məzuniyyət müddətinin sosial sığorta stajına aid edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü; FİN: *******) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1338/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1974-cü ildən 1977-ci ilədək Bakı şəhəri 8 saylı Texniki məktəbdə təhsil almış, xx.xx.1977-xx.xx.1978-ci illərdə Bakı şəhəri 3 №-li AMTT-da üçüncü dərəcəli təmirçi - çilingər işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən 20 №-İi Filialda 3-cü dərəcəli təmirçi çilingər, xx.xx.1981- xx.xx.1981-ci illərdə 6 №-li Filialda 3-cü dərəcəli təm irçi-çilingər, xx.xx.1982-ci ildən Bakı Soyuducu Zavodunda yığma sexində birinci dərəcəli yığıcı çilingər, xx.xx.1989 - xx.xx.2003-cü illərdə BEİ-də 3-cü dərəcəli kürəçi vəzifəsində işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 21 aprel 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 14 yanvar 2021-ci il tarixli 2 nömrəli arayışında xx.xx.1996 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzu niyyətində olduğu ümumilikdə 5 il 1 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (19 il 7 ay 14 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 3 ay 27 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandı rması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-1977-ci illərdə 80 nömrəli Peşə Texniki Məktəbində oxumuş, çilingər-təmirçi ixtisasına uyğun zərərli işlərdə çalışmış, ümumilikdə 26 il sığorta stajı var (peşə məktəbində oxuduğu illər nəzərə alınarsa 29 il), bunlardan ən azı 14 il müddətində zərərli işdə çalışmışdır. Belə ki, xx.xx.1989-xx.xx.2003-cü illərdə Bakı Soyuducular Zavodunda zərərli işdə “kürəçi” vəzifəsində işləmişdir. Ona güzəştli şərtlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmiş, imtinanın səbəbi kimi xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu, bununla da 25 ildən az stajının olduğu (cəmi 19 il 7 ay 14 gün) qey d olunmuşdur. Cavabdehin bu uydurma əsaslarla ona qanuni pensiya təminatından məhrum etməsi onun konstitusiya hüquqlarının kobud səkildə pozulmasına gətirib çıxarmışdır Cavabdehin etirazları:
6. Cavabdeh iddiaya dair imtina məktubunun məzmununa uyğun etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7689/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əsasən iddiaçı Qanunda tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin 20 saylı xx.xx.2021-ci il və 26 saylı xx.xx.2021-ci il tarixli eyniməzmunlu arayışla rından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2003cü il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Müəssisədən alınan əmək haqqı cədvəllərindən isə görünür ki, iddiaçı cəmi 11 ay əmək haqqı almışdır. Belə olan halda, iddiaçının xx.xx.1997- xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. İddiaçının çalışmış olduğu vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 21507000
7. Qaynar üsulla metalın üzlənməsi Bölməsində 2150700a a) fəhlələr yarımbölməsində 2150700a—15201 emal yandırıcıları vəzifəsinə uyğun gəlsə də, iddiaçı tələb olunan 12 il 6 aydan az, cəmi 7 il 10 ay 28 gün güzəştli iş stajı toplamışdır. xx.xx.1997-xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət ümumi iş stajına da daxil edilə bilməz. Belə ki, iddiaçının təhsil dövrü – 3 il, hərbi xidmət dövrü - 2 il 1 ay 16 gün, əmək kitabçasına əsasən (xx.xx.1996-cı il tarixə qədər olan dövr) əmək stajı 16 il 3 ay 12 gün olmaqla, 21 il 4 ay 28 gün ümumi stajı var. Həmin dövrə iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixə qədər əmək haqqı aldığı (1996-cı ilin sentyabr – dekabr aylarında, 1997-ildə, 1998-ci ilin yanvar- aprel, iyun, avqust, dekabr aylarında, 1999cu ilin yanvar - sentyabr, 2000-ci ilin fevral - may, iyul – dekabr, 2001-ci ilin yanvar, mart – dekabr) 11 aylıq dövrü də, iddiaçının ümumi stajına hesablansa belə, iddiaçının ümumi stajı 25 ildən az, cəmi 22 il 03 ay 28 gün tə şkil edir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1338/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi "xxxx" ASC-nin həqiqətə uyğun olmayan sonrakı arayışları və sonradan tərtib olunmuş əmək haqqının hesablanması haqqında cədvəli heç bir əsas olmadan sübut kimi tanıyaraq onlara hüquqi qiymət vermişdir. Halbuki, "xxxx" ASC-nin 03 nömrəli, 18.01,2021-ci il tarixli arayışına əsasən onun xx.xx.1989-cu il tarixdən 321/k saylı əmrlə xx.xx.2003-cü il tarixinədək “Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir” qeyd olunmuşdur. Həmin arayışın əsli məhkəməyə təqdim olunmuşdur. Ancaq məhkəmə buna hüquqi qiymət verməmiş və qərarda ümumiyyətlə ona istinad etməmişdir. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, "xxxx" ASC-nin təqdim etdiyi 1997-2003-cü ilə qədər əmək haqları haqqında Arayışa əsasən guya iddiaçıya cəmi 11 ay müddətində əmək haqqı hesablanmışdır. Halbuki, bu belə deyildir, o, müəssisədə həmin dövrdə daimi olaraq çalışıb və aylıq əmək haqqı alıb. Sosial sığorta haqlarının ödənilməsi isə sığortaedənin (işəgötürənin) vəzifəsidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1338/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddi alar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu nun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi).
23. Cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi kimi işəgötürənin arayışlarına istinad etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi). Belə ki, "xxxx" ASC-nin təqdim etdiyi arayışlardan görünür ki, iddiaçı 1996-cı ilin sentyabr – dekabr aylarında (4 ay), 1997-ildə bütövlükdə, 1998-ci ilin yanvar - aprel, iyun, avqust, dekabr aylarında (7 ay), 1999-cu ilin yanvar – sentyabr (9 ay), 2000-ci ilin fevral – may, iyul – dekabr (10 ay), 2001-ci ilin yanvar, mart – dekabr (1 ay), 2002, 2003 və 2004-cü ildə isə bütövlükdə ödənişsiz məzuniyyətdə olduğu üçün ona əmək haqqı verilməmişdir.
24. İ şin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya onun təhsil aldığı dövr, hərbi xidmət dövrü və əmək kitabçasındakı məlumatlar, həmçinin işəgötürən müəssisənin verdiyi əmək haqlarının ödənildiyi dövrlə bağlı təfərrüatlı arayış nəzərə alınmaqla ümumi stajı xx.xx.2006-cı il tarixə 25 ildən az (22 il 3 ay 28 gün) təşkil edir. Buna görə də, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını yoxlamağa zərurət qalmır.
25. İddiaçı şikayətin əsas dəlili kimi qeyd edir ki, apellyasiya məhkəməsi "xxxx" ASC-nin həqiqətə uyğun olmayan sonrakı arayışları və sonradan tərtib olunmuş əmək haqqının hesablanması haqqında cədvəli heç bir əsas olmadan sübut kimi tanıyaraq onlara hüquqi qiymət vermişdir. Halbuki, "xxxx" ASC-nin 03 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən on un xx.xx.1989-cu il tarixdən 321/k saylı əmrlə xx.xx.2003-cü il tarixinədək “Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir” qeyd olunmuşdur.
26. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının istinad etdiyi arayışda onun faktiki iş yerinin göstərilməsi Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinin məzmunundan irəli gəlir. Həmin normaya görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır. Lakin digər arayışlar iddiaçının həmin işi, vəzifəni hansı müddətlərdə və hansı səbəbdən faktiki icra etmədiyini təsdiq edir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1338/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.