Məhkəmə qərarları › İş №2-1(102)-1517/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1517/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1517/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X9 /xx.xx.1982-ci il təvəllüdlü; FİN: 1JNPR7T/ və X8 /xx.xx.1981-ci il təvəllüdlü; FİN: 1JFN474/) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(103)-1412/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19 yanvar 2006-cı il tarixli şəhadətn aməyə əsasən, ünvan 1 ünvanda yerləşən 27 saylı mağaza iddiaçı və X12 tərəfindən satın alınmış və 46 milyon 348 min dörd yüz AZM (9269,68 AYM) dövlət büdcəsinə köçürülmüşdür.

2. Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885833 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X10 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. 3. ünvan 2 ünvanladığı 18 iyul 2017-ci il tarixli, X-231 nömrəli məktubda qeyd edilmişdir ki, X2 15 iyun 2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 13 iyul 2017-ci il tarixdə Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X2 qızı X8 vərəsələrindən biri kimi müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən ümumi sahəsi 132.8 kv. m. qeyri-yaşayış sahəsinin mərhum X2 adına olan 1/2 hissəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət kimi iddiaçının və Bunyamin Məmmədzadənin adına ümumi birgə payla ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. 18 dekabr 2017-ci il tarixli, 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, müvafiq qeyri-yaşayış sahəsinin 1/2 hissəsi iddiaçının, hər birinə 1/4 hissə olmaqla üçüncü şəxslərin adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş X2 adına ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və B.Məmmədzadənin adına olan ******* nömrəli, 15 avqust 2017-ci il tarixli Çıxarışın ləğv olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 15 iyun 2017-ci il tarixdə vəfat etmiş X2 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixli, ******* n ömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı sözügedən qeyri-yaşayış binasının mülkiyyətçisidir və həmin çıxarışın verilməsi onun maraqlarına toxunur. X7 vəfatından iki ay sonra Bakı şəhər 13 saylı Notariat Kontorunun müraciəti əsasında cavabdeh tərəfindən vəfat etmiş həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və onun adına 15 avqust 2017-ci il tarixli çıxarış verilmişdir ki, vəfat etmiş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və reyestrdən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvədə olan qanunvericiliyə birbaşa ziddir. Belə ki, ölmüş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və çıxarış verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

8. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X9 və X8 üçün cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

9. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vəfat etmiş vətəndaş X2 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bunyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli, 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(1 12)-906/2021 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində şəxsin hüquqları qeydiyyata alınmamışdan əvvəl öldüyü halda müvafiq daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını deyil, əmlakın ona məxsus olmasına dair arayışın verilməsini mümkün saysa da, həmin arayışın ayrıca, yəni reyestrdən çıxarışdan fərqlənən formasını müəyyən etmədiyindən, ardıcıl olaraq növbəti addım kimi vərəsəlik sənədləri əsasında əmlakın vərəsələrin mülkiyyəti kimi qeydiyyata alınacağı da nəzərə alınmaqla, “əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış”ın “reyestrdən çıxarış” formasında verilməsi qanuna zidd sayıla bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, əmlaka dair “müvafiq arayış” əvəzinə “reyestrdən çıxarış” verilərkən hazırkı iddiaçının əmlakdakı 1/2 payına toxunulmamışdır. Daşınmaz əmlakdakı miras qalan hissə müvafiq vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrin (hazırkı üçüncü şəxslərin) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bundan sonra hazırkı iddiaçının vərəsəlik şəhadətnaməsinin və növbəti qeydiyyatın mübahisələndirilməsi barədə iddiası mülki məhkəmə icraatı üzrə məhkəmə qərarı ilə təmin edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-172/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və m əruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, X2 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyriyaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və X2 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli, 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarış ləğv edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh tərəfindən ilk növbədə üçüncü şəxslərə əmlakın ölmüş valideynə məxsus olması haqqında arayış verilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq birbaşa çıxarış verilmişdir. Bununla yanaşı, qanunvericiliyə əsas ən daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə elektron çıxarış tərtib edilir, lakin hazırkı halda qanun üzrə vərəsələrin belə bir müraciəti olmamış, cavabdeh inzibati orqan əsassız olaraq Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun müraciəti əsasında X2 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair çıxarış vermişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın t əmin olunmamasını xahiş etmişdir.

16. Üçüncü şəxslər kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişlər. ç. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-1532/2022 nömrəli qərarı (hakimlər: X5 (məruzəçi), X13 və X20) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-172/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlakla bağlı iddiaçı və üçüncü şəxslər arasında müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə yekun qərarlar qəbul edilərək qanuni qüvv əsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli daşınmaz əmlakınünvan 5 ünvanda yerləşən 27 saylı mağazanın iddiaçının və X2 ümumi birgə mülkiyyətində olması öz təsdiqini tapmış, hətta Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölgüsü də müəyyən edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını iddia tələbinin mümkünlüyü baxımından qiymətləndirmədən qərar qəbul etmiş, bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasının (subyektiv hüququ) apellyasiya məhkəməsi tərəfindən tam olaraq yoxlanılması müəyyən olunmur. İddiaçı onunla bərabər ümumi birgə mülki yyətdə olan daşınmaz əmlakla bağlı mərhum X2 adına aparılmış qeydin ləğv olunmasını tələb etsə də, tələbini hüququnun hansı sferada pozulması hissəsində əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hallar araşdırılmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(103)-1412/2023 nömrəli qərardadı (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X11 və X17) ilə Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı onunla bərabər ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakla bağlı mərhum X2 adına aparılmış qeydin ləğv olunmasını tələb etsə də, tələbini hüququnun hansı sferada pozulması hissəsində əsaslandırmamışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri təkrarlanır. Kassasiya şikayətinə etirazın dəlilləri

23. Üçüncü şəxslər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2-1(103)- 1412/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Ali Məhkə məsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı

25. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcud luğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

30. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılmas ı və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

31. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subye ktiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

32. Belə ki, iddiaçının tələbi vətəndaş X2 adına mübahisə predmeti olan daşınmaz əmlaka dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bunyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın və onun adına verilmiş ******* nömrəli, 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlıdır.

33. Mübahisəyə dair işin məhkəm ə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19 yanvar 2006-cı il tarixli şəhadətnaməyə əsasən, iddiaçı və X12 tərəfindən satın alınmışdır. X10 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər 13 saylı Dövlət Notariat Kontorunun məktubu əsasında mübahisəli daşınmaz əmlak ümumi birgə mülkiyyət kimi iddiaçının və Bunyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, 18 dekabr 2017-ci il tarixli, 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, hər birinə 1/4 hissə olmaqla üçüncü şəxslərin adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

34. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, X3 və X1 iddiası təmin olunmuş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab olunmuş, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasının tərəflər arasında naturada real bölgüsü həyata keçirilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, X6 və X4 qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiası isə rədd edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(102)-5860/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

35. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(103)-7126/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən veri lmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-835/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdehlər X9, X8, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2 021-ci il tarixli, 2(102)-1691/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

36. Eləcə də, İddiaçı cavabdehlər X4 və X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

37. X8 və X9 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 27 mart 2017-ci il tarixindən 22 fevral 2020-ci il tarixinədək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticə sində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan X9 və X4 ödənilməli olan, lakin ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki, beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq X9 və X4 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(005)-64/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-6568/2021 nömrəli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-590/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

38. Beləlikl ə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli daşınmaz əmlakın-ünvan 5 ünvanda yerləşən 27 saylı mağazanın iddiaçının və X2 ümumi birgə mülkiyyətində olması öz təsdiqini tapmış, hətta Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölgüsü də müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan 3-cü şəxslərin onlara məxsus əmlak üzərində hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin iddiaçının hüququna və qanunla qorunan marağına toxunma ehtimalının mövcud olmadığı görünür. Belə ki, 3-cü şəxslərin əmlak üzərində hüquqlarının müvafiq etibarlı hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alındığı iş üzrə materiallarla təsdiq olunur.

40. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılması üçün digər şərtlərlə yanaşı həm də iddianın mümkünlük şərtlərindən sayılan ümumi hüquqi müdafiə marağı, eləcə də şəxsin iddia qaldırmaq səlahiyyəti mövcud olmalıdır. İddia qaldırmaq səlahiyyəti isə o zaman mövcud olur ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının ən azından pozulma imkanı mövcud olmuş olsun. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalı, cavabdehin daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı hərəkətlərinin iddiaçının hüquqlarını pozma imkanına və bunun üzərindən də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmadığı nəzərə alınmalıdır.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(103)-1412/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar