Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1518/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1518/2020) Açar sözlər: güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin olunması, qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin məcburiliyi Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, X1 katibliyi, İddiaçı, vəkili X5 oğlunun və cavabdehin vəkili Əhmədov Cavid Nazim oğlunun iştirakı ilə, İddiaçı cavabde h Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1962-ci ildə Sabirabad rayonunda doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1979 - xx.xx.1981-ci illərdə Sabirabad rayonunda fəaliyyət göstərmiş “Pitomnik” sovxozunda fəhlə, xx.xx.1983 xx.xx.1989-cu illərdə “Azmelioremmaş” X2 Təmir Zavod unda mühasib, xx.xx.2003 - xx.xx.2004-cü illərdə xxxxn hərəkət xidmətində 3-cü dərəcli xadimə, xx.xx.2004-cü ildən xxxxn yol xidmətində 2-ci dərəcə ilə yol fəhləsi (işi gecə tuneldə, xüsusi zərərli iş şəraiti olmaqla), xx.xx.2005-ci ildən 3-cü dərəcəli yol nəzarətçisi işləmiş, xx.xx.2014-cü ildən “xxxx” QSC-nin yol xidməti 1 saylı yol hissəsinin 4-cü sahəsində 3-cü dərəcə ilə yol nəzarətçisi peşəsində (işi gecə tuneldə xüsusi zərərli iş şəraiti olmaqla) işini davam etdirir. Həmçinin iddiaçı xx.xx.1981 - xx.xx.1983-cü illərdə Bakı Maliyyə-kredit Texnikumunda ortaixtisas təhsili almışdır. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə DSMF-nin Sabunçu rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və iddiaçıya xx/xx-5491 saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubla cavab verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 21.5-ci bəndində (Metropolitenlər) yol nəzarətçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmamışdır. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən – 2014-cü il 24 avqust tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il 1 oktyabr tarixdən 2004-cü il 1 iyun tarixə kimi xxxxndə xadimə kimi işləmiş, 2004-cü il 10 iyun tarixdən hal-hazıra kimi xxxxnin yol xidmətində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən yol nəzarətçisi vəzifəsində işləyir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunla tələb olunun 52 yaşı, 20 il ümumi, 10 il xüsusi iş stajı vardır. Göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 19, 31.1, 37.7-ci maddələrinə əsasən iddia tələbinin təmin olun masını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 yanvar tarixli 2-1(82)-362/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2014-cü il 24 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «xxxx» QSC xx.xx.2017-ci il tarixli A/45 saylı arayışında yol nəzarətçisinin yol fəhləsi hesab edildiyini və iddiaçının tuneldə hər gecə ağır, xüsusi zərərl i iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablandığını birmənalı göstərmişdir. Bu o deməkdir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, iddiaçı Siyahının 21.5-cu bəndi ilə tələb olunduğu kimi, gecə vaxtı tuneldə daim məşğul olan fəhlə (yol nəzarətçisi) olaraq xx.xx.2014-cü il tarixdə 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etmişdir. Bu mənada məhkəmə Siyahıda yol nəzarətçisinin nəzərdə tutulmamasını texniki məsələ kimi qəbul edir və hesab edir ki, gördükləri iş məzmunca eyni olduğuna görə yol nəzarətçisi peşəsi Siyahıya əlavə olunanadək, fəhlə peşəsi ilə əhatə olunmalıdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmamış, apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. İş üzrə yuxarı instansiya məhkəmələrinin qərarları: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 iyul tarixli 21(103)-1391/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr... peşələri üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçın ın əmək kitabçasına əsasən xx.xx.2004-cü ildə xxxxn yol xidmətində 2-ci dərəcə ilə yol fəhləsi qəbul edilsə də, xx.xx.2005-ci ildə 3-cü dərəcəli yol nəzarətçisi təyin edilmiş və xx.xx.2014-cü il tarixli əmrlə “xxxx” QSC-nin yol xidməti 2 saylı yol hissəsinin 4-cü sahəsinə 3-cü dərəcəli yol nəzarətçisi peşəsinə qəbul edilmişdir. Yəni iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə” peşəsi üzrə xx.xx.2004-cü ildən xx.xx.2005-ci il tarixədək çalışmışdır. xx.xx.2005-ci il tarixdən hal-hazıradək yol nəzarətçisi peşəsində çalışsa da, həmin peşə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verənistehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbay can Respublikası Ali Məhkəməsinin 2-1(102)-3031/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1391/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddiaçının işlədiyi yol nəzarətçisi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısında nəzərdə tutulmadığı barədə dəlili ilə razılaşmamış və bildirmişdir ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12.1 və 58.7ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, “xxxx” QSC-nin 2017-ci il 6 fevral tarixli, A/45 saylı arayışına əsasən, iddiaçının “...Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 12 il 07 ay 23 gündür....Yol nəzarətçisi – yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablanır.”. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İşə təkrar baxılarkən, həmçinin iddiaçının ona əmək pensiyasının 2014-cü il 24 avqust tarixdən təyin edilməsini tələb etdiyi nəzərə alınmaqla, tələb olunan ümumi və xüsusi s tajların həmin tarixədək yaxud həmin tarixdən sonra tamam olduğunu dəqiq müəyyən etməlidir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun azı 20 il ümumi stajı (texnikumda təhsil müddəti də nəzərə alınmaqla) 2014-cü il 11 sentyabr tarixdə yaranır. Qanunla tələb olunan stajın son tarixinin ərizədə iddia olunan 2014-cü il 24 avqust tarixdən sonraya təsadüf etdiyinin müəyyən edildiyi halda, məhkəmə iddiaçının bununla bağlı mövqeyini nəzərə almaqla, iddia tələbinin dəqiqləşdirilməsinə dair məsələni həll etməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-321/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.M.Ağayev (sədrlik edən və məruzəçi), A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi yol nəzarətçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 21.5-ci bəndi ndə nəzərdə tutulmamışdır. Bundan başqa, apelyasiya məhkəməsi, Ali Məhkəmənin İİK-nın hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyi də nəzərə almayıb. Bununla da İPM-nin 96.11-ci maddəsinin tələbi pozulub. Həmin maddəyə görə Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Tərəflərin izahatları: Cavabdehin vəkili Əhmədov Cavid Nazim oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili X5 oğlu kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı onun güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçı bu tələbini hüquqi cəhətdən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi ilə əsaslandırmışdır. Həmin normaya görə, bu Qanun qüvvəyə mindiy i günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Adı çəkilən Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddə tin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Bu normalardan o nəticə hasil olur ki, 9.8-ci maddəyə əsasən Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə o qadınlara güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Birinci instansiya məhkəməsi isə prosessual səlahiyyətlərinə uyğun olaraq iddia tələbinin hüquqi əsasına fərqli yanaşmış və iddia tələbini Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının dispozisiya şərtləri əsasında təhlil etmişdir. Həmin normada göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bi rinci instansiya məhkəməsi iddiaçının xx.xx.2004-cü ildən xxxxn yol xidmətində işlədiyi yol fəhləsi, xx.xx.2005-ci ildən işlədiyi yol nəzarətçisi peşələrini, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli əşrtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində nəzərdə tutulan “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsinə uyğunlaşdırmışdır. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Lakin məhkəmələr iddiaçının pensiya təyin olunmasını tələb etdiyi xx xxxxxx 2014-cü il tarixdə iddiaçının həm də ümumi sosial sığorta stajının 20 il olub olmadığını araşdırmamışdır. H albuki iddianın təmin olunması üçün zəruri olan dispozisiya şərtlərindən biri də iddiaçının 20 il sosial sığorta stajının olmasıdır. Bu iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında da məhkəmə kollegiyası bildirmişdir ki, işə təkrar baxılarkən, həmçinin iddiaçının ona əmək pensiyasının 2014-cü il 24 avqust tarixdən təyin edilməsini tələb etdiyi nəzərə alınmaqla, tələb olunan ümumi və xüsusi stajların həmin tarixədək yaxud həmin tarixdən sonra tamam olduğunu dəqiq müəyyən etməlidir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun azı 20 il ümumi stajı (texnikumda təhsil müddəti də nəzərə alınmaqla) 2014-cü il 11 sentyabr tarixdə yaranır. Qanunla tələb olunan stajın son tarixinin ərizədə iddia olunan 2014-cü il 24 avqust tarixdən sonraya təsadüf etdiyinin müəyyən edildiyi halda, məhkəmə iddiaçının bununla bağlı mövqeyini nəzərə almaqla, iddia tələbinin dəqiqləşdirilməsinə dair məsələni həll etməlidir. Kassasiya instansiyasının bu hüquqi mövqeyi isə Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinin göstərişi baxımından onu ehtiva edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi, iddiaçıya hüquqi yardım göstərməli, ona işin hüquqi vəziyyətini izah etməli və iddiaçı razılaşdığı halda iddianın dəqiqləşdirilməsi haqqında ərizə almalı və buna uyğun qərar qəbul etməlidir. Lakin işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin bu hüquqi mövqeyini nəzərə almamış, iddiaçıya huquqi yardım etməmişdir. İşə təkrar baxmış apelyasiya məhkəməsinin qərarının qanuniliyi həm də kassasiya məhkəməsinin həmin iş üzrə ifadə olunmuş hüquqi mövqelərə uyğun hərəkət edib etməməsindən asılıdır. Bu prosessual qaydanın əhəmiyyəti Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində də ifadə olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apelyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apelyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanmış səhvlərlə müşayiət olunan araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzib ati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-321/2020 saylı xx xxxxxx 2020-ci il tari xli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1518/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1518/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver