Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1518/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik h üquqi şəxsin Yevlax rayon filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 2-1(107)153/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 30 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1972-ci il 19 sentyabr tarixdən 1974-cü il 4 mart tarixədək X4 ticarəti idarəsində və 1998-ci il 5 yanvar tarixdən 2003-cü il 28 dekabr tarixədək "xxxx" Təmir Tikinti müəssisəsində işl ədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və Azərbaycan Respublikası Dövlət Yevlax Arxivinə verilmədiyinə görə həmin illəri sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 10 oktyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1972-ci il 19 sentyabr tarixdən 1974-cü il 4 mart tarixədək X4 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 1998ci il 5 yanvar tarixdən 2003-cü il 26 yanvar tarixədək Yevlax "xxxx" Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir
4. İddiaçı iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci il 12 mart tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1954-cü il 12 oktyabr tarixdə Yevlax rayon Cırdaxan kəndində anadan olmuşdur. 1972-ci il 19 sentyabr tarixdən 1974-cü il 4 mart tarixədək X4 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 1998-ci il 5 yanvar tarixdən 2003-cü il 26 dekabr tarixədək Yevlax "xxxx" Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işləmişdir. Yaşı və iş stajı ilə əlaqədar olaraq əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan 2019-cu il 30 sentyabr tarixli məktubla müraciətin təmin olunmasınd an imtina etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında X1 işə daxil olma tarixi 1994-cü 29 iyun, əmrin nömrəsi isə 15 olaraq qeyd olunmuşdur. Həmin müəssisədə işdən çıxma tarixi göstərilsə də, heç bir möhürlə təsdiq edilməmişdir. Yevlax rayon Dövlət Arxivinin 2020-ci il 19 oktyabr, 35/10 nömrəli cavab məktubunda işə daxil olma haqqında əmrin tarixi 1994-cü il 20 iyun nömrəsi 9 saylı olaraq göstərilmişdir. Bundan başqa, işdən çıxma əmr kitabı arxiv tərəfindən müəyyən edilməmişdir. Əlavə olaraq, arxiv arayışında göstərilən qeydlər işə daxil olma və əmrin nömrəsi əmək kitabçasında göstərilən qeydlərlə üst-üstə düşməmişdir. İddiaçı 1998-ci il 5 yanvar tarixdən 2003-cü il 28 deka br tarixə qədər "xxxx" Təmir-tikinti müəssisəsində işlədiyini iddia etmişdir. Yevlax rayon Dövlət Arxivinin 2020-ci il 19 oktyabr, 36/10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Yevlax Səyyar Təmir-tikinti İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X3 təhvil verilmədiyindən iddiaçının həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçının işdən çıxma ilə bağlı aparılan sənədləşmə qeyri-iş gününə təsadüf etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli, 2-1(116)-180/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya hüququ yarandığı 2018-ci il 12 mart tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci in stansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. Hətta iddiaçının pensiya hüququnun yarandığı vaxtı da səhv qeyd etmişlər. İddiaçı 1954-cü il 12 oktyabr tarixdə doğulduğu halda, onun pensiya yaşına 2018-ci il 28 fevral tarixdə çatdığını bildirmişlər. X2 Kollektivində iddiaçının işləməsini mübahisələndirən cavabdehin özünün etiraza əlavə etdiyi arxiv arayışından iddiaçının orada işləməsi təsdiqini tapır. Pambıq təmizləmə zavodunda olan iş stajı ilə bağlı isə dəlillər sonradan düzgün aparılmamış inzibati icraatın qanuni və əsaslı olması görüntüsü yaratmaq məqsədi ilə irəli sürülmüşdür. Əmək kitabçasında şübhəyə əsas veriləcək qaralama və düzəliş edilməmiş, əmək kitabçasında qeydlərin ardıcıllığı və aparılma qaydasına əməl edilmişdir. "xxxx" Təmir-tikinti müəssisəsində iddiaçının işdən çıxması ilə bağlı aparılan sənədləşmənin qeyri-iş gününə təsadüf etməsi isə qeyd olunan stajın saxta olmasına dəlalət etmir. Şənbə və bazar gününün qeyri-iş günü olması həmin günlərdə işləməyin qanunsuz olmasına səbəb olmamışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 2-1(107)-153/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı maddəsində əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddəyə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itiri lməsi, korlanması yolverilməzdir. Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haql arı ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kass asiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAY ƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məl umatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
23. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə edilmiş məlum atlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi 19982003-cü illərdə iddiaçının "xxxx" Təmir-Tikinti Müəssisəsindəki iş müddəti ilə bağlı qənaətini əsaslandırarkən qeyd etmişdir ki, "xxxx" Təmir-tikinti müəssisəsində iddiaçının işdən çıxması ilə bağlı aparılan sənədləşmənin qeyri-iş gününə təsadüf etməsi qeyd olunan stajın saxta olmasına dəlalət etmir. Şənbə və bazar gününün qeyri-iş günü olması həmin günlərdə işləməyin qanunsuz olmasına səbəb olmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı "xxxx" Təmir Tikinti müəssisəsində işləməsi hal-hazırda fəaliyyət göstərən müəssisəsinin məhkəməyə təqdim edilmiş 15.05.2021-ci il tarix li 02 nömrəli arayışı ilə bir daha təsdiq edilir. Belə ki, həmin arayışda göstərilir ki, İddiaçı 01.05.1998-ci ildən 26.12.2003-cü il tarixə kimi Yevlax şəhərində yerləşən "xxxx" Təmir Tikinti müəssisəsində ekspeditel vəzifəsində işləmişdir. Arayışda həm də göstərilir ki, İddiaçı işdən azad edilməsi barədə 131 saylı əmr 26.12.2003-cü il tarixdə verilməsinə baxmayaraq onun əmək kitabçasında 28.12.2003-cü il kimi göstərilmişdir. Bu formal xətanın aradan qaldırılmasını xahiş edir. Göründüyü kimi İddiaçı mübahisələndirilən 01.05.1998-ci ildən 26.12.2003-cü ilə kimi "xxxx" Təmir Tikinti müəssisəsində işləməsinə dair heç bir şübhə yoxdur.”.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, Yevlax rayon Dövlət Arxivinin 2020-ci il 19 okty abr, 36/10 nömrəli cavab məktubuna görə, Yevlax Səyyar Təmir-tikinti İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X3 təhvil verilmədiyindən iddiaçının həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır.
26. Cavabdeh də imtinanın əsası kimi qeyd etmişdir ki, "xxxx" Təmir Tikinti müəssisəsi hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və sənədləri dövlət arxivinə təhvil verilmədiyinə görə həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
27. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qənaətinin əsası kimi istinad etdiyi "xxxx" Təmir Tikinti Müəssisəsinin 2021-ci il 15 may tarixli 02 nömrəli arayışındakı məlumatların hansı mənbəyə əsasən yazıldığını araşdırmalı və qiymətləndirməli idi. Məh kəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələ blərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 21(107)-153/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.