Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1518/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1518/2022) (Açar sözlər: pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “iddiaçının pensiyasından əsassız tutulmalara son qoyulması, mənəvi zərərin tutulması, ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 2-1(103)-159/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 439 №li qərarına əsasən iddia çı ikinci ixtisas dərəcəli hakim olmuşdur. O, 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 06 sentyabr 2000-ci il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının cavabdehə ünvanlanmış ərizələrinə əsasən iddiaçı 2020-ci ilin dekabr ayında onun pensiyasından tutulmuş 285 manatın ona qaytarılması, habelə ikinci ixtisas dərəcəli hakim kimi 2000-ci ilin oktyabr ayından ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik iddiaçıya ödənilməsini xahiş etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı 04 avqust 2021-ci il tarixli, cavab məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2,1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.Qeyd olunanları nəzərə alaraq, ərizənizdə göstərdiyiniz ixtisas dərəcəsinə görə hakimlərə ödənilən əlavə haqq əmək pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində sizə ödənilmədiyindən həmin pul təminatının əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəm əsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin ona qaytarılması, pensiya məbləğinin tamlığının təmin olması, bunlarla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun tutularaq “YAŞAT” fondunun hesabına köçürülməsi, eyni zamanda 2000-ci ilin oktyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xah iş etmişdir.
5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmiş, ədliyyə polkovniki rütbəsinə malik olmuş və müharibə veteranıdır. 2000-ci ilin oktyabr ayından ona pensiya təyin olunmuşdur. Sonrakı artımlar da nəzərə alınmaqla pensiyasının sonuncu məbləği 2124 manat olmuşdur. Lakin 2020-ci ilin dekabr ayından cavabdeh tərəfindən pensiyasından əsassız olaraq 285 manat çıxarılmış və artıq üçüncü aydır ki, yəni 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üzrə ona hər ay 1839 manat pensiya ödənilir. Bununla əlaqədar bir neçə dəfə cavabdehlə telefonla əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verilməmişdir. Ona görə də xx.xx.2020-ci il tarix li ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı eyni zamanda mənəvi zərər də vurulmuşdur. Belə ki, o əvvəllər iki dəfə ürək əməliyyatı keçirmiş və digər xəstəliklərdən də əziyyət çəkir. Cavabdehin qanunsuz hərəkətləri səhhətində müəyyən ağırlaşmalara, əlavə müayinə və müalicələrə məruz qalmağına səbəb olmuşdur və hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, eyni zamanda 10000 manat mənəvi zərər vurulmuşdur.Bundan əlavə iddiaçı hakim kimi İİ ixtisas dərəcəsinə malikdir və həmin ixtisas dərəcəsinə görə ödənilən məbləğ də pensiya hesablanan zaman nəzərə alınmalıdır ki, bu da cavabdeh tərəfindən edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “Bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Göstərilən Qanunun 32.1-1-ci maddəsinə əsasən “ əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, İddiaçı pensiyasından hər ay əsassız və qanunsuz tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının pensiyasından tutmalar əsassız və qanunsuz olduğundan buna son qoyu lması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması hissəsində iddiaçının iddiası əsaslıdır. Lakin qalan hissədə məhkəmə iddianı əsaslı hesab etmir.Belə ki, iddiaçı ikinci ixtisas dərəcəli hakim kimi işlədiyi dövrdə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq almamışdır və beləliklə də qeyd edilən məbləğlərdən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bundan başqa iddiaçının tələbinin əsası kimi göstərdiyi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. Bundan başqa iddiaçının mənəvi zərər alması halı təsdiq edilmədiyi üçün iddia əsassız hesab edilir.
9. İddiaçı apellyasiya şikayə ti verərək qərarın qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 2-1(103)-159/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.S.Hüseynov, hakimlər – S.İ.Bəktaşi və A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarın ləğv edilməsini, idd ianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən Milli Məclis tərəfindən iddiaçıya İİ ixtisas dərəcəsi verilsə də arxivlərdə həmin ixtisas dərəcəsinə görə əlavənin iddiaçıya verilməsini təsdiq edən sənədlərin olmamasını əsas götürmüş, onunla eyni statusa malik olan eyni vaxtda AR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş Vəkil pensiya məbləğinin yenidən.hesablanarkən hakimlərə verilən əlavənin, o cümlədən İİ ixtisas dərəcəsinə görə əlavənin ona ödənilməsi tələbinin təmin edilməsini, həmin qərarın qanuni qüvvədə olmasını, arxivlərdə iddiaçıya tələb etdiy i əlavənin ödəniləməsini təsdiq edən sənədlərin olmamasının onun təqsiri hesab edilə bilməməsini nəzərə almamışdır. İddiaçının 2020-ci ilin dekabr ayından başlayaraq hər ay pensiyasından əsassız olaraq 285 manat pul tutulması onda maddi sıxıntılar yaratmış, ona mənəvi ziyan vurmuş, məhkəmə isə qərarda “şəxsə mənəvi ziyanın vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər” qeyd edərək, əsassız olaraq iki dəfə ürək əməliyyatı keçirmiş iddiaçının pensiyasının əsassız və qanunsuz azaldılmasının ona mənəvi sarsıntı və iztirab keçirməməsi qənaətinə gəlmişdir ki, bu da əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Az ərbaycan Respublikası Konstitusiyası Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.5 Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı ol madıqda məhkəmə qaydasında tutulur. 17. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respubliksaı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135№-li qərarı. 18. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992- ci il tarixli Qərarı. Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, biri nci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilir. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. Bu qayda Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında" Əsasnamə qəbul ediləndən əvvəl işləyib pensiyaya çıxmış və ixtisas dərəcəsi olan hakimlərə də şamil edilir. Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında"Əsasnamə qəbul edilənədək ixtisas d ərəcəsi almış hakimlərin ixtisas dərəcələri həmin Əsasnaməyə müvafiq surətdə saxlanılır.
19. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə. Bənd
7. İxtisas dərəcələri hakimlərə ömürlük verilir. Qanunçuluğu pozmaq və ya hakimlərin yüksək adı ilə bir araya sığmayan, bu adı ləkələyən hərəkətlər elmək üstündə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən hakimlər ixtisas dərəcəsindən məhrum edilə bilərlər. İxtisas dərəcəsindən həmin dərəcəni vermiş orqan məhrum edir. Bənd
8. İxtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir.
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 -cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə olunan hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. A vropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdı rılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İş üzrə mübahisənin predmeti ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli indeksasiya nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi ilə bağlıdır.
27. İşdəki sənədlərdən görünür ki, iddiaçı 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmiş, ədliyyə polkovniki rütbəsinə malik olmuş, Müdafiə Nazirliyi tərəfindən 6 sentyabr 2000-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2 007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi, ödənilməsi funksiyaları cavabdeh tərəfindən həyata keçirildiyindən ona təqdim edilmiş 24 iyun 2009-cu il tarixli məlumat vərəqinə əsasən iddiaçıya 1 yanvar 2007-ci il tarixdən əmək pensiyası cavabdeh tərəfindən hesablanıb ödənilməyə başlanmışdır. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının pensiya hüququ yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ay ından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
28. Cavabdeh Müdafiə Nazirliyinə göndərdiyi 2 fevral 2021-ci il tarixli məktubunda məhkəmə qərarının icrası məqsədilə iddiaçının 1 oktyabr 2000-ci il tarixdən 1 oktyabr 2007-ci il tarixədək illər üzrə vəzifə maaşı, rütbə maaşı və ərzaq payı əvəzinə kompensasiya məbləği və həmin müddətdə aylar üzrə ödənilən pensiya məbləği barədə məlumatın göndərilməsini xahiş etmiş, Müdafiə Nazirliyi də cavabdehə göndərdiyi məktubunda iddiaçının əmək pensiyası ilə bağlı 2000-ci ilin oktyabr ayından sonrakı məlumatları göstərmişdir.
29. Cavabdeh iddiaçıya ünvanlandığı 4 avqust 2021-ci il tarixli məktubunda bildirmişdir ki, məhkəmə qərarına əsasən iddiaçının əmək pensiyası təkrarə n hesablanaraq müəyyən edilmiş, 1 oktyabr 2000-ci il tarixdən yenidən hesablanmışdır.
30. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı 2000-ci ilin avqust ayınadək Ali Məhkəmədə işlədiyi dövrdə hakim kimi ixtisas dərəcəsinə görə verilən məbləğin təyin edilmiş pensiyasına hesablanmasını xahiş etmişdir. Cavabdeh 2000-ci ilin avqust ayından sonrakı pensiya məbləği ilə bağlı məlumatları Müdafiə Nazirliyindən istəmiş, təqdim edilmiş məlumatlrarda 2000-ci ilin avqust ayınadək iddiaçının ixtisas dərəcəsinə görə məvacib almasına dair məlumat məktubda əksini tapmamışdır.
31. Müdafiə Nazirliyinin iddiaçı barəsində ilk dəfə cavabdehə göndərdiyi 24 iyun 2009-cu il tarixli məlumat vərəqində iddiaçının vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi qeyd edilmişdir. Məlumat v ərəqinə əsasən iddiaçıya 2000-ci ilin oktyabr ayında yaşa görə əmək pensiyası təyin edilərkən onun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində aldığı pul təminatı (təminat xərcliyi) nəzərə alınmış, məlumat vərəqində ixtisas dərəcəsinə görə verilən məbləğ göstərilməmişdir (səh.47).
32. Müdafiə Nazirliyi həmçinin cavabdehin 2 fevral 2021-ci il tarixli sorğusu əsasında ona göndərdiyi 2021-ci ilin mart ayında (məktubun hansı gün imzalandığını oxumaq olmur, lakin məktub 9 mart 2021-ci il tarixdə cavabdehə daxil omuşdur) imzaladığı cavabında bildirmişdir ki, Müdadiə Nazirliyi xətti ilə xidmət illərinə görə əmək pensiyası alan sabiq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi istefada olan polkovnik İddiaçı pensiyasının məbləği 1 okt yabr 2000-ci il tarixdən...aşağıdakı kimi olmuşdur...(Məktubda vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası və məbləğləri yazılmışdır. səh 24-25). İddiaçının ixtisas dərəcəsinə görə əlavə alması qeyd edilməmişdir.
33. Hərbi qulluqçulara hərbi xidmət illərinə görə pensiya təminat xərcliyi əsasında hesablanır, pensiya təyin edilənə qədər aldığı bütün məvaciblər təminat xərcliyində göstərilir. İddiaçının ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli miqdarında məvacib alması təminat xərcliyində göstərilməmişdir. İddiaçının Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləməsinə görə minimum əmək haqqının dörd misli miqdarında məvacib alması işdə olan dəlillərlə sübuta yetməmişdir.
34. İşin faktiki hallarına əsasən iddia çı Azərbaycan Respublikası Ali Soveti sədrinin 15 iyul 1992-ci il tarixli qərarı ilə Ali Məhkəmənin üzvü seçilmiş, Ali Sovet sədrinin 5 yanvar 1993-cü il tarixli qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir.
35. X1 sədrinin 4 noyabr 1992-ci il tarixli qərarında ikinci ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi nəzərdə tutulmuşdur. Qərarda onun 1993-cü ilin yanvarın 1-dən tətbiq edilməsi, Nazirlər Kabinetinin qərarın icrasını təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi qeyd edilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdirinin apelyasiya məhkəməsinə göndərdiyi 10 noyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş təsdiqlənmiş ştat cədvəlindən çıxarışda Ali Məhkəmən in Hərbi Kollegiyasının ştat cədvəli üzrə işçilərinin 5 yanvar 1999-cu ilə olan siyahısı qeyd edilmiş, siyahıda iddiaçının adı, ədliyyə polkovniki, İİ ixtisas dərəcəli hakim, vəzifə maaaşı manatla 320.000 yazılmışdır.
37. Məhkəmə kollegiyası vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi İPM-in 12.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının ikinci ixtisas dərəcəli hakim olmasına görə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqqı alması ilə bağlı Ali Məhkəməyə, Müdafiə Nazirliyinə çoxsaylı sorğular etmiş, bütün sorğulara cavab verilmiş, lakin verilən cavab məktublarında həmin məbləğin iddiaçıya ödənilməsini təsdiq edən məlumat olmamış, nəticədə iddiaçının həmin məbləği almasına dair mötəbər sübutları əldə etmək mümkün olmamışdır. 3
8. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 4-cü maddəsinə görə hərbi qulluqçulara pensiyalar təyin edilib hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır.
39. Həmin Qanunun 40-ci maddəsinə görə hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla)...nəzərə alınır. 40. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzif ə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğdir.
41. İddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından, məhkəmə araşdırması zamanı iddiaçının hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl ikinci ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq almasına dair sübut əldə etmək mümkün olmadığından, həmin haqqın pensiya təyini zamanı hesablanmalı olması barədə iddiaçının şikayətinin də lilləri əsaslı sayıla bilməz.
42. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-159/2022 nömrəli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.