Məhkəmə qərarları › İş №2-1(102)-1518/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1518/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1518/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Əhliman Polad oğlunun (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2006-cı il tarixdə ilkin müayinə zamanı ikinci dərəcəli 1 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası. Əmək zəmanəti: əmək qabiliyyətsiz - qeyd edilmişdir. 2. xx.xx.2016-cı il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası. Əmək zəmanəti: əmək qabiliyyətsiz - qeyd edilmişdir. 3. xx.xx.2019-cu il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: OS-Tor qişasının cırılma ilə q opması. OS Monokulyar korluq. OU-fəsadlaşmış katarakta. Sağ dirsək sinirinin travmadan sonrakı nevriti. VİS OD-03 k/ilə.0.5. VİS OS-0 (sıfır). Əmək zəmanəti: görmə itiliyi tələb olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. 4. xx.xx.2020-ci il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: H33.0 Tor nişanın cırılma ilə qopması, OS Torlu qişanın qopması. VİS.OD=0.2 k/ilə.0.7.(onda yeddi) VİS OS=0 (sıfır). əmək zəmanəti barədə: görmənin aktiv iştirakı olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Mə hkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı odlu silah yaralarına görə ikinci dərəcəli müharibə əlili sayılırdı. 2019-cu ilin aprel ayında əlilliyin qiymətləndirilməsi qaydalarının 3.31-ci bəndinə müvafiq olaraq ilkin həkim-məsləhət komissiyasına (qeydiyyatda olduğu 6 saylı şəhər poliklinikası) səhhətinin kəskin pisləşməsinə görə müraciət etmişdir. Orada ağırlaşdırıcı hal kimi (gözlərinə görə) TSEK-ə müraciət edilmişdir. Avqustun 5-nə kimi onun heç nədən xəbəri yox idi. Təsadüfən internetdə görmüşdür ki, onun əlillik dərəcəsi 3-cü dərəcəyə endirilmiş və əsas kimi göz qişasının cırıq qopması göstərilmişdir. Cavabdehin əməkdaşları Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Alt Sisteminə yanlış və ya natamam məlumatlar vermiş, bu da öz növbəsində zəncirvari proseslərə gətirib çıxarmışdır. Ancaq bu da aydındır ki, sənədlərə sonda, gücləndirilmiş imzalar atılır. Yəni, insan amili göz qabağındadır. O, cavabdehin təyinatı ilə razı deyil. Ona ikincii qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin olunmalıdır.

7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 126/2021 saylı (ekspertizanın başlanma tarixi 20 may 2021-ci il, başa çatma tarixi 1 iyul 2021-ci il) rəyinə əsasən, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir. İddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil ed ir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 6 oktyabr 2021-ci il tarixli, 21(112)-1316/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin sonradan iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020ci il tarixdə qiymətlənd irilmiş və ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

11. Məhkəmə tərəfindən həmçinin göstərilmişdir ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibbi göstəriş olan xüsusi hal mövcud deyildir, bununla əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir. Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir, lakin iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. İddiaçının xx.xx.2020-ci ildə əlillik vəziyyətinin qiymətləndirilməsi və ona ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlilliyin təyin edilməsi onun sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara, onun tibbi müayinə və müalicələrinin nəticələrinə uyğundur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 25 fevral 2022-ci il tarixli, 21(103)-532/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının hazırki tələbi üzrə cavabdehə ilkin müraciətin olunması iş materiallarından müəyyən edilmir. Eyni zamanda, iddiaçı tərəfindən hüquqlarının pozulduğunu güman etdiyi xx.xx.2016-cı il tarixli inzibati akt da hazırki iddia tələbi üzrə mübahisələndirilməmişdir. İddia tələbinin hüquqi yardım qaydasında dəyişdirilməsi ehtimalına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırki tələbin “inzibati aktın mübahisələndirilməsi” qaydasında dəyişdiriləcəyi halda da iddia tələbi mümkünlük şərtlərini ödəmir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 4 iyul 2022-ci il tarixli, 2-1(102)1091/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən Ali Məhkəmənin Plenum qərarlarının t ələblərini nəzərə almamış, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmiş, iddiaçının tələbinin cavabdehin 12 fevral 2020-ci il tarixli hərəkəti ilə bağlı olub-olmamasını aydınlaşdırmamış, belə tələb olduğu halda, məhkəməyə qədər cavabdehə müraciət etməyin məcburi şərt olmadığını nəzərə almamış, məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etməməsi əsası ilə iddianı mümkün saymamaqda haqlı olmamışdır. Apellyasiya məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olmasını, onun cavabdehə qarşı tələbini müəyyən etməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və R.Ə.Qurbanov) 27 yanvar 2023-cü il tarixli, 21(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (xx.xx.2019-cu və xx.xx.2020-ci ildə) iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən cavabdeh onun əlilliyinin dərəcəsinin, müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlmişdir. Halbuki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 20 21-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır.

21. İnzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə, digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Lakin cavabdeh hazırkı q ərarın qanunvericiliyin tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etməmişdir) hərəkətsizliyə yol vermişdir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh qeyd edir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0063003AACLZ saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə təkrar qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik => gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə t əsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə görə, “bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması)” müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Diaqnozda qeyd edilmiş “Mil sinirinin said səviyyəsində travması, Sağ dirsək sinirinin travmadan sonrakı nevriti. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ dər.Risk3. Ürəyin aterosklerotik xəstəliyi, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları” xəstəlikləri isə Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 126/2021 saylı xx. xx.2021-ci il tarixli ekspert rəyindən də görünür ki, vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir. Vətəndaş İddiaçı hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Yəni, şəxs barəsində haqlı olaraq 3-cü dərəcə əlillik təyin edilmişdir.

25. Cavabdeh əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquq i şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnamənin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə h eç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

26. Belə ki, iddiaçı barəsində Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən qərarın əsaslı olmasına baxmayaraq, apellyasiya məhkəməsi qərarı ləğv edərək iddianı təmin etmişdir. Bu da əsaslı olaraq cavabdehin hüququnun pozulmasına gətirib çıxarmışdır.

27. Diqqət edilməsi vacib məqam ondan ibarətdir ki, məhkəmə qərarında iddianın təmin edilməsi göstərilmişdir. Belə ki, dəqiqləşdirilmiş iddia tələbi “xx.xx.2016-cı ildən ikinci qrup, müddətsiz əlilliyin dövlət qeydiyyatına alınması” barədədir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən şəxsin 2019 və 2020-ci illərdə təkrar müayinədən keçirilməsini qanuna zidd hesab etmişdir. Bundan sonra iddia tələbinin təmin edilməsi, yəni xx.xx.2016cı ildən ikinci dərə cə müddətsiz əlilliyin təyin edilməsi nəticəsinə gəlmişdir. Aydın deyildir ki, 2019 və 2020-ci illərdə keçirilmiş müayinənin qanunsuz hesab olunması barədə mövqe onların keçirilməsindən 3-4 il əvvəl keçirilmiş tam qanuni əlillik təyininə hansı formada təsir göstərir. İddiaçı ona təyin edilmiş əlilliyin şərtləri barədə məlumatlı olmuş, təkrar müayinənin keçirildiyi tarixədək heç tələb və ya etiraz təqdim etməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə səlahiyyətləri daxilində hərəkət etməyərək və qərarında heç bir əsas göstərmədən şəxsə ikinci dərəcə əlillik təyin etmişdir. Əgər 2016-cı il tarixli inzibati aktdan 4 il sonra keçirilmiş müayinədə uyğunsuzluq olsa belə, bu ondan əvvəl qəbul edilmiş inzibati akta hər hansı təsiri ola bilməzdi.

28. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna s əlahiyyəti olmaqla, yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan, yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həya ta keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.

29. Digər tərəfdən, iş materiallarında olan ekspertiza rəyindən və tibbi sənədlərdən aydın olur ki, şəxsə üçüncü dərəcəli əlilliyin təyini tam qanuni olaraq həyata keçirilmiş və mövcud vəziyyətə uyğun qəbul edilmişdir. Ümumiyyətlə, məhkəmənin mövqeyi qanuni olmamışdır. Əlillik təyin edilən zaman onun xəstəliyi 3-cü dərəcə müddətsiz əlillik təyin edilməsi üçün kifayət etməsinə baxmayaraq, məhkəmə iddiaçının iddiasını təmin etmişdir. İddi açıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin qəbul olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anla yışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmi ş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir....

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsasl ı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.... 33. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati or qanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsind ə qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... Maddə

68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan ) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.... 34. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Eksper t özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. [5] Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə

9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları... Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:... rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyi nə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:... məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;... Maddə

25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi Yalnız Azərbaycan Respublikasının prosessual qa nunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğ v edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya l əğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqla rı Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış və yekun qərar qəbul edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

43. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən: 1) ekspertiza rəyinə və tibbi sənədlərə əsasən şəxsə üçüncü dərəcəli əlilliyin təyini tam qanuni olaraq həyata keçirilmiş və mövcud vəziyyətə uyğun qəbul edilmişdir; 2) məhkəmə səlahiyyətləri daxilində hərəkət etməyərək və qərarında heç bir əsas göstərmədə n şəxsə ikinci dərəcə əlillik təyin etmişdir; 3) məhkəmə cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə etmişdir.

44. İlk olaraq, məhkəmə kollegiyası iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin olunması ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhz cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Lakin cavabdeh tərəfindən təyin edilmiş əlilliyin müddətinin bitməsi gözlənilmədən (xx.xx.2019-cu və xx.xx.2020-ci ildə) və iddiaçıya heç bir məlumat verilmədən, onun iştirakı təmin edilmədən əlilliyinin dərəcəsi, müddəti və səbəbi dəyişdirilmişdir. 4

5. Halbuki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

46. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan şəxsə müddətsiz əlilliyin təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati aktını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş inzibati aktın ləğvinin və ya dəyişdirilməsinin əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etm əyə borcludur.

47. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

48. Hazırkı mübahisəyə münasibətdə aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlil liyin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.

49. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə olduğu halda cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilmədən xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli əlilliyin təyin edilməsi il ə bağlı hərəkətləri qanunsuz olmuşdur.

50. Digər tərəfdən, cavabdeh kassasiya şikayətinin əsası kimi iş üzrə əldə edilmiş ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o, da ekspert rəyini imzalamışdır. 51. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə, məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər, ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Y alnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

52. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən cavabdehin kassasiya şikayətində dəlil kimi istinad etdiyi ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.

53. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi ilə bağlıdır. Cavabdeh həmin dəlilini əsaslandırarkən qeyd edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi “xx.xx.2016-cı ildən ikinci qrup, müddətsiz əlilliyin dövlət qeydiyyatına alınması” barədədir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən şəxsin 2019 və 2020-ci illərdə təkrar müayinədən keçirilməsini qanuna zidd hesab etmişdir. Bundan sonra iddia tələbinin təmin edilməsi, yəni xx.xx.2016-cı ildən 2-ci dərəcə müddətsiz əlilliyin təyin edilməsi nəticəsinə gəlmişdir.

54. Bununla bağlı məhkə mə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin qeyd edilən dəlili işin mahiyyətinə uyğun olmadığından tamamilə əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi, inzibati işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmiş və məhkəmədən “üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

55. Yəni, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçıya 2016-cı ildən ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul etməmiş, məhz cavabdehin özü tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərarın əsaslı olması, habelə, cavabdehin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tar ixdə üçüncü dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olması barədə haqlı nəticəyə gəlmişdir.

56. Şikayətin digər dəlili ondan ibarətdir ki, şəxsə təyin edilmiş əlilliyin bərpası Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

57. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən o lunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 58. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

59. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar