Məhkəmə qərarları › İş №2-1(102)-1519/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1519/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1519/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əbdülhüseyn oğlunun cavabdeh DSMF-nin 1 saylı Bakı ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı Əbdülhüseyn oğlunun cavabdeh DSMF-nin 1 saylı Bakı ərazi şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)646/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1974-cü ildə doğulmuş, xx xxxxxxxx 1989-cu ildən xx xxx 1992ci ilədək Bakı şəhəri 68 №-li X6 Məktəbində təhsil almış, xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilədək, x xxxx 2004-cü ildən xx xxxxxxxx 2006-cı ilədək, xx xxxxxx 2009cu ildən xx xxxxx 2009-cu ilədək və xx xxxxxx 2011-ci ildən xx xxxxxx 2012-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx xxx 2015-ci ildən “x” KM-də dispetçer vəzifəsində işləyir.

2. İddiaçıya x xxxxxx 2008-ci il tarixdən 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

3. İddiaçıya xx xxxxxxxx 2018-ci il tarixdən əlilliy ə görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin avqust ayından pensiya verilməsi dayandırılmışdır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin müraciətin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 18 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx xxxxxxxx 1989-cu ildən xx xxx 1992-ci ilə qədər Bakı şəhəri 68 №-li X6 Məktəbində təhsil aldığı dövrü, xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilə qədər “x” kafesində aşbaz və bufetçi vəzifələrində işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə ona xx xxxxxx 2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının b ərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Yasamal rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1989-cu ildən xx xxx 1992-ci ilə qədər Bakı şəhəri 68 №-li X6 Məktəbində təhsil almış, xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilə qədər “x” kafesində aşbaz və bufetçi, xx xxxx 2004-cü ildən xx xxxxxxxx 2006-cı ilə qədər “x” şirkətində nəqliyyat koordinatoru və nəqliyyat meneceri, xx xxxxxx 2009-cu ildən xx xxxxx 2009-cu ilə qədər və xx xxxxxx 2011-ci ildən xx xxxxxx 2012-ci ilə qədər “X3 X4 İhracat Pazarlama ve Ticaret limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında lojistik şefi vəzifələrində işləmiş, xx xxx 2015-ci ildən isə “x” KM-də dispetçer vəzifəsində işləyir. Eyni zamanda, uşaqlıqdan müddətsiz olaraq 2-ci dərəcəli əlildir. DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən ona xx xxxxxxxx 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan 2019-cu ilin avqust ayından pensiyası Şöbə tərəfindən dayandırılmışdır. Hesab edir ki, Şöbə tərəfindən pensiyası dayandırılarkən qanunsuzluğa yol verilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4529/2019 nömrəli qərardadı ilə cavabdeh DSMF-nin Yasamal rayon Şöbəsi əsl cavabdeh DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsi ilə əvəz edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)4529/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx xxxxxxxx 1989-cu ildən xx xxx 1992-ci ilə qədər Bakı şəhəri 68 №-li X6 Məktəbində təhsil aldığı dövrü, xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilə qədər “x” kafesində aşbaz və bufetçi vəzifələrində işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə ona xx xxxxxx 2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 9 il 6 ay sığorta stajına malikdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2- 1(103)-646/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilə qədər “x” kafesində aşbaz və bufetçi vəzifələrində işləməsinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmadığından, həmin illər sosial sığorta stajına daxil edilməmiş, bununla da iddiaçının ona əli lliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığından müraciətin təmin olunmasından imtina edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur; Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmı ş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

18. İPM Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

21. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilə qədər “x” kafesində aşbaz və bufetçi vəzifələrində işləməsinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmadığından, həmin illər sosial sığorta stajına daxil edilməmiş, bununla da iddiaçının ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığından müraciətin təmin olunmasından imtina edilmişdir.

22. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının xx xxxxxxxx 1992-ci ildən xx xxxxxxx 1995-ci ilədək işlədiyi müddət iddiaçının adına x xxx 2015-ci ildə tərtib edilmiş əmək kitabçasında qeyd edilmədiyinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müə ssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş x xxxxxxxx 2019-cu il tarixli arayışla təsdiq edilir ki, iddiaçı – X1 Məktəbinin məzunu - xx xxxxxxxx 1992-ci il tarixdən “x” kafesinə 3-cü dərəcəli aşpaz qəbul edilmiş, x xxxxxx 1993-cü il tarixli əmrlə həmin kafedə bufetçi vəzifəsinə keçirilmiş, x xxxxxxx 1995-ci il tarixli əmrlə işdən azad edilmişdir.

23. İstinad edilən arayışdakı məlumatları cavabdehin qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə də uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

24. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir.

25. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

26. İddiaçının 1989-1992-ci illərdə texniki peşə məktəbində təhsil müddətinin sığorta stajına daxil edilməsi mübahisə doğurmalı d eyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə texniki peşə məktəbindəki təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndin in (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 27. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 28. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respubli kası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).

29. Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən peşəyönümü təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını arada n qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali ixtisas təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-646/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar