Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1519/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional ərazi filialı) qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiyanın hesabl anıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(107)-126/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 2 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli, 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunun 14 -cü maddəsinə əsasən tələb olunan sosial sığorta stajı təsdiq edilmədiyi üçün (Göyçay 3 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün) ailə başçısını itirən şəxs kimi əmək pensiyası hesablamaq qanuna müvafiq olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 21 iyul tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2020-ci il 3 iyun tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ilin mart ayında X3 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları var. X5 2008-ci il 13 noyabr tarixdə vəfat etmişdir. 2020-ci il 3 iyun tarixdə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Sənədləri araşdırılmış və ona sosial pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, ərizə ilə cavabdeh orqana müraciət edərək, ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. İmtinanın səbəbi kimi - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli, 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunun 14-cu maddəsinə əsasən tələb olunan sosial sığorta stajının təsdiq edilmədiyi göstərilmişdir (Göyçay 3 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün). Həyat yoldaşı Xun sosial sığorta stajını təsdiq edən əmək kitabçasının surətini cavabdeh orqana təqdim etsə də, cavabdeh əmək kitabçasını sosial sığorta stajının hesablanması üçün əsas hesab etməmiş, Göyçay 3 saylı Tikinti İdarəsinin fəaliyyət göstərmədiyini və sənədlər Dövlət Arxivinə təhvil verilmədiyini əsas göstərərək ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsində qeyd olunmuşdur ki, ai lə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının həyat yoldaşı X3 2008-ci il 13 noyabr tarixdə (55 yaş) vəfat etmişdir. X1 vəfat etdiyi dövrdə onun həmin yaş həddi üçün 13 il 4 ay sosial sığorta stajı tələb olunur. Göyçay rayon Dövlət Arxivinə cavabdeh tərəfindən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, X2 məxsus 1982-ci il əmək haqqı cədvəllərində, həmçinin əmr kitablarında vətəndaşın adında pozuntu var. Bundan başqa arxiv arayışında işdən çıxma tarixi 1987-ci il 17 avqust, əmr isə №108 qeyd edilmişdir və göstərilən qeydlər əmək kitabçası i lə üstüstə düşmür. Əlavə olaraq, əmək kitabçasında X1 2008-ci il 27 yanvar tarixədək Göyçay 3№-li tikinti idarəsində işləməsi qeyd olunub. Arxiv arayışında göstərilmişdir ki, 2003-cü ildən 2008-ci ilə qədər şəxsə aid əmək haqqı cədvəlləri təhvil verilməmişdir. Dövlət Sosial Müdafiə Fonduna 2006-ci il 1 yanvar dən 2008-ci il 27 yanvar tarixə qədər Göyçay Təmir-tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşın işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarını ödəyibödəməməsi barədə sorğu göndərilmişdir. Cavabdeh ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiaçının iddiasının təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 6 noyabr tarixli, 2-1(116)-1213/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 2020-ci il 3 iyun tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan 2020-ci il 5 oktyabr tarixli, 248 nömrəli arxiv arayışına əsasən, iddiaçının mərhum əri 3 saylı Təmir-tikinti idarəsində 1987-1994-cü illərdə əmək haqqı almışdır. Həmin arxiv arayışında qeyd olunan ayları topladıqda ən azından 85 ay əmək haqqı alması təsdiqini tapır. Bu da 7 il 1 ay təşkil edir ki, həmin müddəti də mübahisələndirilməyən müddətlə topladıqda tələb olunan 13 il 4 ay stajdan artıq staj tamamlanır. İddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan stajın tamamlanması səbəbindən və onun iddia tələbinin hüququ yarandığı vaxtdan ailə başçısı itirməyə görə pensiya təyin edilməsindən ibarət olduğu üçün əmək kitabçasında qeyd olunan digər iş yerlərinin və stajın araşdırılması üçün heç bir səbəb qalmamışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(107)-126/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunma masını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi iş üzrə faktlara və sübutlara lazımınca qiymət verməmiş və işin hallarını qanunamüvafiq şəkildə araşdırmamışdır. Bu səbəbdən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli qərarı əsassızdır və ləğv olunmalıdır. Göstərilən müəssisələr İlə əlaqədar Göyçay rayon Dövlət Arxivinə tərəfimizdən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, 1982-ci il əmək haqqı cədvəllərində, həmçinin əmr kitablarında vətəndaşın adı Zülfüqarov Rafik yazılmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edi lir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının mərhum əri 1953-cü il 29 yanvar tarixdə doğulmuş, 2008-ci il 13 noyabr tarixdə ölmüşdür. İddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun mərhum ərinin 13 il 4 ay stajının olması kifayət edir (55-15=40; 40*4/12=13 il 4 ay il).
21. İddiaçının 1958-ci il 3 dekabr tarixdə doğulduğu nəzərə alındıqda, o, 61 yaş 6 ayının tamam olduğu 2020 -ci il 3 iyun tarixdə pensiya yaşına çatmışdır.
22. Cavabdehin iddiaya yazılı münasibətində qeyd olunanlara əsasən, o, iddiaçının mərhum ərinin 8 il 6 ay 15 gün stajını mübahisələndirmir.
23. Mübahisələndirilən müddətlərə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mərhum ərinin 1987-1994-cü illərdə işlədiyi onun əmək kitabçasının məlumatları ilə yanaşı, həm də iş materiallarında olan 2020-ci il 5 oktyabr tarixli 248 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Həmin arxiv arayışında isə iddiaçının mərhum ərinin 85 ay əmək haqqı aldığı təsdiqini tapır. Bu da 7 il 1 ay təşkil edir ki, həmin müddət mübahisələndirilməyən müddətlə birlikdə iddiaçıya əmək pensiyası təyin olunması üçün tələb olunan 13 il 4 ay stajdan çoxdur (8 il 6 ay 15 gün + 7 il 1 ay = 15 il 7 ay 15 gün).
24. Mübahisələndirilən digər iş müddətləri ilə bağlı şikayətin dəlilləri nəticəyə təsir etmir.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 21(107)-126/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.