Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1519/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər:: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə və mənzillə təmin edilənə qədər iddiaçıya kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-270/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 27 yanvar 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə İddiaçı, övladları X1 və X3 qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin etmək, 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-4614/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçının övladları X4 və X6 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə qədər hər ay 375 manat kompensasiya ödəmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-270/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X7 və X13) ilə Bakı İnzibati Məhk əməsinin 25 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-270/2022 nömrəli qərarı cavabdehə 28 mart 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 16 may 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-270/2022 nömrəli qərarı cavabdehə 28 mart 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 16 may 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür.
11. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır.
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-270/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.